Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə23/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Artikulyatorlar 2 qrupa bölünür. 

1. Sadə (orta) oynaq və kəsici yollarının orta xəttə doğru əyilməsilə 

2. Universal-oynaq və kəsici yollarının fərdi əyilməsilə. Onlar oynaqlı və oynaqsız ola bilər. 

 

Okklüdatorlar  2  məftil  və  ya  tökmə  çərçivədən  ibarətdir.  Çərçivələr  öz  aralarında  şarnirlə 



birləşir. Aşağı çərçivə100

0

-110 



bucaq altında əyilir, aşağı çənənin bucaq və budağını imitasiya edir. 

Çərçivənin  arxa  şöbəsində  dişin  hündürlüyünü  saxlayan  ştift  üçün  meydança  var.  Üst  çərçivə 

horizantal səthdə yerləşir, üzərində aşağı çərçivənin meydançasına söykənən vertikal ştift olur. 

Sadə  artikulyatorların  konstruksiyasının  əsasında  bucaq  orta  hesab  ölçüləri  durur.  Sadə 

artikulyatorda sagital bucaq 33

0

, yan bucaq-15



0

-17


0

, sagital kəsici yol-40

0

 və yan kəsici yol-120



0

-dir. 


Sadə  artikulyatorda  dişlərin  düzülməsi  üçün  klinikada  “protetik  səth”  təyin  edilir,  okklüzion 

yastığın  vestibulyar  səthi  yuxarı  çənədə  qeyd  olunur  və  ön  qrup  dişlərin  düzülməsi  üçün  oriyentir 

xətlər  çəkilir.  Dişlərin  okklüzion  münasibətlərinin  son  korreksiyası  protezin  çənəyə  oturdulması 

zamanı aparılır. 

Sadə artikulyatorlara misal olaraq Bonivil, Sorokin, Gizi artikulyatorlarını göstərmək olar. 

Bonivil  və  ya  ilk  anatomik  artikulyator  şarnirlə  birləşmiş  2  horizantal  çərçivədən  ibarətdir. 

Hündürlük ştifti artikulyatorun arxa şöbəsində quraşdırılır. Artikulyatorun konstruksiyasının  əsasında 

Bonvilin bərabər tərəfli üçbucaq prinsipi durur. 

Universal  artikulyatorlar  tam  çıxan  protezlərdə  diş  cərgələrinin  quraşdırılması  üçündür. 

Artikulyatorun hissələri gicgah-çənə oynağına uyğun qurulur və aşağı çənəyə uyğun olaraq çərçivənin 

bütün hərəkətləri təmin edir. 

Universal artikulyator aşağı və yuxarı çənə çərçivədən “oynaqlardan” ibarətdir. Artikulyatorun 3 

dayaq nöqtəsi var: ikisi oynaqlarda, biri isə kəsici meydançada. Oynaqlar  və orta xəttin göstəriciləri 

arasındakı məsafə 10 sm bərabərdir. 

 

 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin