Okklüziyanın 3 növü var.
1. Mərkəzi
2. Ön
3. Yan
Mərkəzi okklüziyanın əlamətləri
1. Daha çox dişlərin kontaktda olması
2. Hər dişin (aşağı mərkəzi kəsici və yuxarı III molyarlardan (8) başqa) iki antoqanistinin olması
3. Yuxarı I molyarın (6) ön-yanaq qabarının aşağı I molyarın (6) ön və arxa yanaq qabarları
arasındakı fissurda yerləşməsi
4. Yuxarı ön dişlərin aşağı ön dişləri örtməsi (1/3)
5. Orta xəttin yuxarı və aşağı mərkəzi kəsicilər arasından keçməsi
6. Aşağı çənəni qaldıran çeynəmə əzələlərinin yığılmış vəziyyətdə olması
7. Aşağı çənə oynaq başının oynaq qabarı əsası qarşısında yerləşməsi
Ön okklüziya aşağı çənənin yuxarı və aşağı kəsicilərin kəsici kənarının qapanmasına qədər irəli
çıxması ilə xarakterizə olunur. Bu lateral qanadabənzər əzələlərin eyni zamanda ikitərəfli yığılması ilə
əldə olunur.
Aşağı çənənin ön-arxa istiqamətdə hərəkəti bir neçə fazada baş verir və dairəvi tsikl yaradır. Yan
okklüziya xarici qanadabənzər əzələlərin birtərəfli yığılması nəticəsində yaranır. Bu zaman aşağı çənə
yığılan əzələnin əksi istiqamətdə yerini dəyişir.
Okklüziya səthinin düzlüyü protezin səmərəli hazırlanmasında mühüm rol oynayır.
Okklüziya səthinin əyriliyi və dişlərin deformasiyası qismən dişlər olmadıqda qalan dişlərin ağız
boşluğunda öz normal vəziyyətini dəyişməsi nəticəsində yaranır. Nəticədə ortopedik müalicə
aparılması çətinləşir. Buna görə də mərkəzi okklüziyadan başqa, ön, sağ, sol, yan okklüziyalar da
nəzərə alınmalıdır.
Sagital okklüziya (ön) aşağı çənənin önə və aşağı, sonra isə yuxarı və arxaya yerdəyişməsidir.
Okklüzion kontakt zamanı aşağı çənənin kəsiciləri yanlara əyilmədən sürüşür - kəsicilər arasındakı
orta xətlər uyğun gəlir. Aşağı çənənin kəsicilərinin yerdəyişmə yolu sagital (önə) kəsici yol adlanır.
Onun ölçüsü yuxarı kəsicilərin aşağı kəsiciləri örtməsindən asılıdır. Sagital kəsici yol bucağı fərdi olur
və yuxarı çənə kəsicilərinin uzununa oxundan asılıdır. Düz dişləmdə bu yol və bucaq olmur.
Çeynəmə dişləri nahiyəsində kontakt bu okklüziya zamanı həmişə və bütün dişlər arasında
yaranmır ki, bu da kəsici dişlərin yüklənməsinə səbəb olur. Ön dişlərin və ya bütün diş cərgələrinin
süni dişlərlə əvəz olunması zamanı bu vəziyyət protezin düşməsilə nəticələnir. Oynaqlar da yüklənir və
oynaq daxili disk oynaq qabarının zirvəsinə yerini dəyişir, oynaq başına düşən güclü təzyiqdən oynaq
kapsulu və bağları dartılır. Əgər süni diş cərgələrində Bonvilin 3 nöqtəli kontaktı yaradılırsa (ön və
çeynəmə diş nahiyyəsində sağ və sol tərəfdə), oynaq disklərinə təzyiq azalır, bağların dartılması aradan
qalxır.
Dostları ilə paylaş: |