Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə52/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 34 

 

MÖVZU  19. 



Herbstə  görə dişsiz çənələrə protez hazırlanması  xüsusiyyətləri. 

 

Diş texniki laboratoriyasında protez hazırlanmasının xüsusiyyətləri protez bazisinin sərhədlərinin 



dəqiq  saxlanmasından  ibarətdir.  Bunun  üçün  Herbst  tərəfindən  təklif  olunmuş  funksional  nümunə 

üsuludur. Anatomik ölçü alınır, gips model tökülür və sərhədlərə uyğun olaraq plastmasdan fərdi qaşıq 

hazırlanır. 

Herbestin  funksional  nümunələrinin  köməyilə  həkim  dişəti  dartıları  və  yüyənin  sərbəst 

hərəkətinə mane olan yerlərdə fərdi qaşığın kənarlarını düzəldir. Sonra bazisi termoplastik kütlə aşağı 

çənə qaşığında formalaşdırılır. Diqqət ön dişlər nahiyəsində dil səthinə və premolyarlara verilir. 

Üst çənə qaşığına sərt damağın yumşaq  damaq  keçən nahiyəsində termoplastik kütlə qoyulur. 

Funksional nümunələrin köməyilə həkim fərdi qaşığın fiksasiyasını təmin edir. 

Qaşığın kənarlarının və səthlərinin formalaşdırılmasından sonra termoplastik kütlə ilə ölçü alınır 

və işçi model tökülür. Modellərin tökülməsi zamanı ölçünün kənarları 4 mm gipsə oturdulur, ölçünün 

ətrafında 5-6 mm enində gipsdən qoruyucu zolaq saxlanır. Bunu (mumun əvəzinə) ölçü kənarlarının 

dəqiq  həcminin saxlanması  üçün  edirlər.  Gips  quruduqdan  sonra  model əvvəlcə soyuq,  sonra  qaynar 

suya salınır, qaşıq ayrılır və ölçü kütləsi çıxarılır. Model üzərində ölçünün kənarından  qalmış dəqiq 

izlər  qalır,  son  modelləşdirmədə  bu  izlər  -  dərinliklər  tamamilə  doldurulmalıdır.  Qalan  iş  adi  protez 

hazırlanmasında olduğu kimidir. Hazır protezin işlənməsi zamanı plastmasın artlqları götürülür, lakin 

protez kənarlarının həcmi dəyişdirilmir. 

Bu metodika ilə protez hazırlanması onun yaxşı fiksasiyasına şərait yaradır. 

 

 





Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin