Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
41
2. İ.M.Oksman, Z.Y.Şur, M.N.Şitovanın üsulu birinci üsuldan 2 mərhələdən ibarət olması ilə
fərqlənir. Ölçü götürülür, modellər tökülür, sonra mum şablona uyğun plastmas bazis hazırlanır. Protez
ağız boşluğunda yoxlanır və bazislə birlikdə yenidən ölçü alınır. Model töküldükdə bazis model
üzərinə keçir, model köməkçi modellə birlikdə artikulyatorda gipslənir. Sonra alveol çıxıntının
işlənməsinə başlanır. Bu üsulda gips dişlər elə kəsilir ki, alveol çıxıntının səthində hündürlüyü 1 mm
olan güdül qalsın. Dişlər düzülür və protez üzərində iş bir neçə diş əlavə edilməsi ilə təmir zamanı
olduğu kimi bitir. İmmediat protezin bazisi alveol çıxıntının formalaşdırılmasında iştirak etdiyi üçün
birbaşa protezdə düzülüş süni dişəti üzərində aparılır. Bu üsulla hazırlanmış protez bazisi əməliyyat
yarasına söykənmir, sağalma ilə əlaqəli prosesləri pozmur. Bazisin əvvəlcədən hazırlanması və ağız
boşluğunda yoxlanması əməliyyatdan sonra hazır protezin ağız boşluğuna qoyulmasını yüngülləşdirir.
Son illərdə dişlərin çıxarılmasından sonra regenerasiyanı tezləşdirmək, alveol çıxıntının
atrofiyasının qarşısını almaq, xəstələrin immediat protezlərə adaptasiyasını asanlaşdırmaq məqsədilə
diş yuvalarının kollagenoplastikası aparılır.
|