Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
38
MÖVZU 22.
Yumşaq altlıqlı protezin hazırlanması.
Bəzi xəstələr protez yatağı selikli qışasının həddən artıq həssaslığına görə çıxan protezdən
istifadə edə bilmirlər. Ağrılar sərt bazisin iti alveol darağına, aşağı çənə xətlərinin daxili səthinə, torusa
və ekzostozlara təzyiqində də yaranır.
Belə hallarda elastik plastmas altlıqlı, yəni ikiqat bazisli protez hazırlanır. Belə bazis həmçinin
protezin az hərəkətli protez yatağına təzyiqini azaltmaq üçün də hazırlana bilər. İkiqat bazis xarici - adi
sərt bazis plastmasından olan səthdən və daxili - yumşaq plastmasdan hazırlanır və selikli qişaya
söykənən səthdən ibarətdir. Yumşaq qat bazisi alveol çıxıntının iti sümük nahiyələrinə oturtmağa və
protezi protez yatağında eyni bərabərdə yerləşdirməyə imkan verir.
Sərt fərdi qaşıq ağız boşluğuna daxil edilib funksional ölçü alınır, işçi model tökülür. Okklüzion
yastıqlı bazis hazırlanır, mərkəzi münasibət təyin olunur, modellər okklüdatorda yerləşdirilir və dişlər
düzülür, protezin konstruksiyası yoxlanılır və mum kompozisiya əks üsulla küvetə gipslənir. Mum
əridildikdən sonra model üzərinə mum lövhə qoyulur. Mum elastik plastmasın ölçüsünə və qalınlığına
uyğun götürülür. Sonra sərt plastmas qarışdırılır, küvetə yığılır, preslənir və elastik plastmas hazırlanır.
Presləmədən sonra küvet açılır, mum çıxarılır və əvəzinə elastik plastmas qoyulur. Bu zaman bazis
plastmasının kənarlaşmasına monomer çəkilir ki, gələcəkdə yumşaq altlıq əsas bazisdən ayrılmasın.
Sonra küvetin ştampı kontrştampla birləşdirilir, yumşaq plastmas sərt plastmasla preslənir.
Polimerləşmə aparılır. Elastik plastmas ehtiyatla işlənir ki, qatı ayrılmasın.
|