Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə58/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   54   55   56   57   58   59   60   61   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 39 

 

MÖVZU  23. 



Şərti çıxan protezlər. 

 

Şərti  çıxan  protezlər  çıxmayan  körpüvari  protezlərin  alternatividir.  Bildiyimiz  kimi  körpüvari 



protez bir dişin itirilməsi zaman hazırlanır. İtirilmiş dişin yerinə protez hazırlanmadıqda qonşu dişlər 

boş  zonaya  doğru  yerini  dəyişir  və  düz  diş  cərgəsini  pozur  ki,  sonradan  protez  hazırlanmasında 

çətinliklər yaranır. Klassik körpüvari protez uzun müddətə hazırlanır və yalnız ciddi göstəriş olduqda 

çıxarılır. Şərti çıxan protezləmədə isə süni dişi çıxarmaq və əvəz etmək asan və tez başa gəlir, çünki 

çatmayan diş öz dayaq elementləri ilə sadəcə olaraq yapışdırılır və ya işıqdanbərkiyən sementlə qonşu 

dişlərə fiksasiya edilir. Buna baxmayaraq konstruksiya möhkəm, uzun illər ərzində çeynəmə təzyiqinə 

davam gətirə biləcək qədər davamlı olur. Süni diş çıxarılsa belə, istənilən digər protezləmədən istifadə 

etmək  olur.  Şərti çıxan  protez  gözəl  görünür  və  öz  canlı  qonşularından  tamam  seçilmir.  Xəstə  hətta 

ağız boşluğunda süni dişin olduğunu unudur, çünki ona qulluqda sağlam dişlərə olan qulluq kimidir. 

Şərti  çıxan  protezləmədə  konstruksiyanın  qurulması  müxtəlif  üsullarla  həyata  keçirilir.  Ən 

sadəsi, deyildiyi kimi qonşu dişlərə bərkidilmədir. Eləcə də qonşu dişlərdə süni dişin dayaq elementləri 

üçün xüsusi yer hazırlanır və sementlənir. 

Mürəkkəb,  bahalı,  lakin  möhkəm  və  uzunmüddətli  variant  da  var:  implant  tətbiq  etməklə 

hazırlanır, qonşu dişlərin köməyi tələb olunmur, nəticədə süni diş tamamilə təbii dişi imitasiya edir. 

Kökün yerinə titan sterjen qoyulur, onun üzərinə çıxan qapaq süni tac bağlanır. Belə protezlə xəstə öz 

təbii  dişləri  kimi  rəftar  edir,  ağız  boşluğunun  gigiyenasına  fikir  verir,  doğru  olaraq  stomatoloq 

müayinəsindən keçir. Bu  variant eyni anda  bir neçə dişin bərpası üçün də yararlıdır. Bir dəfəyə 6-8 

implant  qoyub,  üzərinə  vintlərlə  metal-keramik  protez  bağlamaq  olar.  Belə  konstruksiya  protezin 

təmizlənməsi və ya implantın başlıqlarının dəyişdirilməsi üçün sökülə bilər. Bunun üçün fiksasiyaedici 

vintlər  açılır,  protez  çıxarılır,  lazimi  iş  aparılır.  Beləliklə  implantasiya  ilə əlaqədar  olaraq  şərti çıxan 

protezləmənin imkanları daha da genişlənir. 

 

 





Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin