Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
37
Tam metal bazis yuxarı çənənin hissəvi qüsurları zamanı diş cərgələrin böyük qüsurlarında, tək
qalmış dişlərdə tətbiq olunur. Bu halda protez maksimal sərhədli hazırlanır.
Aşağı çənədə metal bazis tam və ya hissəvi dil lövhəciyi ilə hazırlanır. Göstərişlər:
1. Dilaltı qövsün yerləşdirilməsi üçün dilaltı sahədə lazımi yerin olmaması
a) Dil yüyəninin qısa olması
b) Alveol çıxıntının dil enişinin 7 mm-dən az olması
2. Alveol çıxıntının böyük atrofiyası ilə birgə hüdudlanmayan cərgələri
3. Aşağı çənə ön dişlərinin şinalanması məqsədilə arasıkəsilməz klammer əvəzinə
4. Aşağı çənədə iri ekzostozlar.
5. Dişlərində çox diş daşları əmələ gələn xəstələrdə onların qarşısının alınması məqsədilə
6. Plastmas bazisin tez-tez sınmaları
Dilin metal lövhəciyinin eni daimi deyil və ağız boşluğu dibi yumşaq toxumalarının
vəziyyətindən, ön dişlərin klinik tacının hündürlüyündən asılıdır. Dil lövhəcikli metal bazisli hissəvi
çıxan protez də yaxalıqlı protezlərə aid edilir.
Dişsiz alveol çıxıntı nahiyyəsində bazis sərhədləri vestibulyar səthə alveol darağının ortasından
2-3 mm-ə qədər, ön və arxa sərhədlər diş cərgəsi qüsurunun ölçüsü və yerləşməsindən asılı olaraq
keçir. Aşağı çənədə bazisin aşağı kənarı keçid büküşündən 3-4 mm aralı, təbii dişlərlə münasibətdə isə
tacın 2/3-ini örtməklə keçməlidir. Dişsiz alveol çıxıntının zirvəsinə qalınlığı 0,3 mm və eni 2-3 mm
olan mum zolağı qoyulur, metal bazislə alveol darağı səthi arasında sahə saxlanır. Model suda isladılır,
2-3 qat bügel mumu qoyulur, sərhədlərə uyğun kəsilir, alveol darağının üstündən kənarları boyunca
qaranquş quyruğu kimi kəsiklər aparılır. Bazisin plastmasla birləşməsi üçün mum kompozisiyanın
səthində ilgəklər modelləşdirilir, oral tərəfə keçən nahiyədə isə yəhərəbənzər hissənin uzunluğu
boyunca plastmas bazisin qalın kənarının əldə olunması üçün pilləkən modelləşdirilir. Tökmələrin
modelləri qoyulur, mum kompozisiya modeldən ehtiyatla çıxarılır və metalla əvəz olunur.
Bundan başqa metallaşdırılmış plastmas bazisli protez də hazırlanır. Polimetakrilat plastmas
protezlərə qarşı həssaslıq zamanı bazis selikli qişadan yapışqan, lak, qızıl folqa, gümüşlə izolyasiya
edilir. Bunlar bazisə mexaniki yolla çəkilir və ya elektrolitik oturdulma ilə yeridilir.
Kimyəvi gümüşləmə gümüşün birləşmələrindən alınması ilə aparılır. Bunun üçün formaldehid və
qlükozadan istifadə olunur.
Gümüşün plastmasla birləşməsi mexaniki xarakter daşıdığı üçün metallaşdırılacaq səth bir sıra
tələblərə cavab verməlidir. Səth az nahamar yağsızlaşdırılmış və tamamilə təmiz olmalıdır. Bundan
əlavə gümüşün plastması daha yaxşı qəbul etməsi üçün qalay Pbdixloridlə sensibilləşdirilir. Bu zaman
gümüş molekulları plastmas bazisin səthindən adsorbsiya olunur, kristallaşma mərkəzləri əmələ gətirir,
bunlar da öz növbəsində gümüşün əmələ gəlmə prosesinə imkan yaradır.
Gümüş plastması protez yatağı selikli qişanı kontaktdan izolə edir, eləcə də bakteriosid
xüsusiyyətləri yaradır.
Protez səthinin elektrolit metallaşdırılması aşağıdakılardan ibarətdir: plastmas səthinin
hazırlanması sensibilizasiya və kimyəvi gümüşləmə.
Plastmas 100 ml H
2
SO
4
, 15 q kaliy bixromat və 50 ml sudan ibarət məhlula salınır. Məhlulun
temperaturu +65
0
C, plastmasın məhlulda qalma müddəti isə 3-5 san-dir.
Səthin sensibilizasiyası 1%-li Pb-dixloridin spirtdə məhlulu ilə aparılır.
Kimyəvi gümüşləmə 2 məhlulla aparıla bilər (+8
0
:+12
0
C temperaturda, 1:1 nisbətində)
I məhlulun tərkibi: gümüş-nitrat-30 qr/l, ammonyakın sulu məhlulu-30 ml/l
II məhlulun tərkibi: 40%-li formaldehid məhlulu-32 ml.
M. Salkauskas və A.Vaşkyalis tərəfindən daha bir məhlul təklif olunmuşdur.
I məhlul: gümüş-nitrat-8 qr/l, kalium oksidinin hidratı-4 qr/l, 25%-li ammonyakın sulu məhlulu
(əriyənə qədər).
II məhlul: kalium və ya natrium tartrat-15 qr/l, 25%-li ammonyakın sulu məhlulu (əriyənə
qədər).
Gümüşləmədən sonra protezin səthi 1 saat ərzində +50
0
C temperaturda qurudulur.
|