Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə64/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 45 

 

MÖVZU  28. 



Protez bazisinin  yeniləşdirilməsi. 

 

Ölçü  alarkən  və  ya  digər  səbəblərdən  baş  verən  kiçik  qüsurlar  nəticəsində  çıxan  protezin 



fiksasiyası lazımi qədər olmadıqda, bilavasitə protezləmə və ya protezin uzunmüddətli istifadəsindən 

sonra  alveol  çıxıntının  forması  dəyişildikdə,  üzün  aşağı  üçdə  bir  hissəsinin  hündürlüyü  nisbətən 

azaldıqda  protezlərin  bazisinin  yeniləşdirilməsi  aparıla  bilər.  Bazislərin  yeniləşdirilməsində  məqsəd 

protezin  öz  yatağına  dəqiq  oturmasını,  alveollararası  optimal  hündürlüyün  və  çənələrin  mərkəzi 

münasibətinin bərpa edilməsidir. 

Tezbərkiyən  plastik  kütlələrin  istehsalı  ilə  əlaqədar  protezlərin  bazislərinin  bilavasitə  ağız 

boşluğunda  yeniləşdirilməsi  üsulu  geniş  tərbiq edilirdi.  Lakin  bu  üsulun  bəzi  çatışmazlıqları  vardır. 

Belə  ki,  polimerizasiya  zamanı  plastik  kütlə  ağız  boşluğunun  selikli  qişasına  qıcıqlandırıcı  təsir 

göstərir. Ağız boşluğunda gedən polimerizasiya plastik kütlənin yüksək dərəcədə məsaməli qalmasına 

səbəb  olur  ki,  nəticədə  protezlər  tez  çirklənir,  şəffaflığını  itirir,  rəngi  dəyişilir.  Bazislərin 

yeniləşdirilməsi laborator üsulla aparılmalıdır.  

Protezin  bazisinin  yeniləşdirilməsi  aşağıdakı  kimi  aparılır.  Əvvəlcə  sifətin  aşağı  üçdə  bir 

hissəsinin  hündürlüyünü,  dişlərin  sıx  qapanmasını  və  çeynəmə  hərəkətləri  zamanı  maneəsiz 

sürüşməsini yoxlayırlar. Sonra bazisin protez yatağına yüksək təztiq etdiyi zonaları müəyyən edirlər. 

Bazisin selikli qişaya baxan səthinə sink oksid-evgenol əsaslı və ya analoji başqa ölçü kütləsi yaxılır, 

protez çənəyə qoyulur və xəstəyə təklif olunur ki, dişlərini qapasın, dodaqlarını önə və arxaya çəksin 

və  udqunsun.  Ölçü  kütləsinin  tamam  sıxışdırılıb  çıxarıldığı  yerlər  yüksək  təzyiq  düşən  nahiyələr 

olduğundan yonulmalıdır. Əgər protez bazisinin kənarları qısadırsa, onu termoplastik kütlə ilə uzatmaq 

lazımdır.  Aşağı  çənədə  bazisi  çox  vaxt  molyararxası  nahiyədə  uzatmaq,  dilaltı  nahiyədə 

genişləndirmək  lazım  gəlir.  Sonra  protezin  daxili  səthi  və  onun  kənarlarından  frezlə  2-3  mm 

qalınlığına daxil edilir və xəstəyə dişlərini qapamaq təklif olunur, bu zaman çeynəmə təzyiqi altında və 

funksional sınaqların köməyilə protez bazisinin kənarları formalaşdırılır. 

Son  mərhələdə  kənarları  formalaşdırılmış  protez  bazisinin  içərisinə  ölçü  materialı  qoyaraq, 

çeynəmə  təzyiqi  altında  ölçü  götürülür.  Sonra  model  tökülür  və  protezlə  birlikdə  küvetə  basdırılır. 

Küvet açılır, ölçü materialı təmizləndikdən sonra plastik kütlə hazırlanaraq əlavə edilir. Daha sonra 

küvet  preslənir  və  adi  qaydada  polimerizasiya  aparılır.  Protezi  işlərkən  kənarlarının  həcmliliyinin 

saxlanılmasına xüsusi diqqət verilməlidir. 

Alveollararası  hündürlük  azalarkən  protezin  bazisinin  yeniləşdirilməsinin  bəzi  xüsusiyyətləri 

vardır.  Alveol  çıxıntılarının  atrofiyası  nəticəsində  çənələrin  mərkəzi  münasibəti  dəyişilə  bilər.  Belə 

hallarda  diş  sıralarının  arasına  yumşaldılmış  termoplastik  kütlə  qoyulur.  Sonra  fizioloji  sakitlik 

vəziyyətini  və  dişləmin  hündürlüyünü  təyin  edirlər.  Alveollararası  hündürlüyü  bərpa  edən  zaman 

protez  yatağının  relyefində  dəyişiklik  baş  verən  çənədəki  protezin  bazisinə  lazımi  qalınlıqda 

termoplastik  kütlə  əlavə  edilir  və  funksional  sınaqlarla  protezin  kənarları  formalaşdırılır.  Sonra 

ölçüdən və digər protezin bazisindən model tökülür. Əgər yuxarı protezin bazisinin yeniləşdirilməsi 

lazım gələrsə, çalışmaq lazımdır ki, bazisin damaq hissəsi çox qalınlaşmasın. Sifətin aşağı üçdə bir 

hissəsinin hündürlüyü həddindən çox azaldıqda  yeni protezlər düzəldilməlidir.  

 

 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin