Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə62/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   58   59   60   61   62   63   64   65   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 43 

 

MÖVZU  26. 



İmplant  üzərində  çıxan protezin  hazırlanması. 

 

Dişsiz  çənələr  təkcə  çıxmayan  körpüvari  və  hibrid  protezlərlə  deyil,  həmçinin  innovasiyon 

suprastrukturlarla  konusvari  qapaqlar  (teleskopik)  fiksasiya  olunmuş  silindrik  attaçmentlərlə  bərpa 

oluna bilər. Protezləmə şərtləri daha da yaxşılaşdırıla bilər. Belə ki, çənədə bir neçə diş qaldıqda belə, 

dayağın sayını artırmaqla attaçmentləri implanta fiksasiya etməklə daha yaxşı nəticə əldə etmək olar.  

İmplant  üzərində  çıxan  protezin  hazırlanması  müasir stomatologiyanın  nailiyyətlərindən  olub, 

geniş tətbiq olunmağa başlanmışdır. 

Bunların  ən  çox  tətbiq  olunan  növlərindən  biri  qıfılla  2  implanta  fiksasiya  edilmiş  hibrid 

protezlərdir.  Diyircək  və  oturacaq  (şarik  və  mufta)  formalı  qıfıllı  2 implant  sadə  və  qənaətli effektiv 

fiksasiya üsuludur. Protez diyircək və oturacağında yaxşı funksiya qabiliyyətinə malikdir. Qıfılla təyin 

olunan transversal fırladıcı ox ön şöbədən mümkün qədər aralı olmalıdır. Protezin sagital oxu ətrafında 

fırlanmaması  üçün  implantlar  lazımi  uzunluqda  dayaq  xəttinə  malik  olmalıdır.  Qıfıllar  protezə  gec 

uyğunlaşan  və  stresə  meylli  yaşlı  xəstələrdə  çıxan  protezin  stabilizasiyası  üçün  nəzərdə  tutulub. 

Diyircəkli və oturacaqlı qıfıllar dairəvi və ya oval uzununa kəsikli çubuqlardan daha effektivdir, çünki 

tək  attaçmentlər  daha  az  yer  tələb  edir.  İş  düzgün  yerinə  yetirilibsə,  qıfıllar  xəstənin  ağız  boşluğuna 

birbaşa qoyulur, bu zaman protezə təzyiq olunmur, onun xarici konturları pozulmur. Bu cür metodika 

ilə hazırlanmış protezi xəstənin mərkəzi sinir sistemi sensor olaraq qəbul edir və adaptasiyaya ehtiyac 

qalmır. 


Protezin  daha  bir  fiksasiya  üsulu  maqnitlərdir,  lakin  onlar  üçün  geniş  yer  tələb  olunur  və 

maqnitlərin  fiksasiyaedici  gücü  tənzimlənmir.  Eləcə  də  maqnitlər  protezi  horizontal  hərəkətverici 

qüvvələrin  əksinə  stabilləşdirmir  ki,  bu  da  protezin  pis  fiksasiyasına  gətirir. Protezin  hərəkiliyi  ilə 

əlaqədar maqnitlər güclü sürtülməyə məruz qalır. 

Attaçmentlərin digər növləri ya lehimlənir, ya da implantın abatment adlanan hissəsinə lazerlə 

qaynaq  olunur.  Qıfıl  abatmentə elə  yerləşdirilə  bilər  ki,  çıxan  protezin  istiqamətinə  və  konturlarına 

düzəliş  versin.  Belə  qıfılın  patrisası  dairədən,  matrisası  isə  giliz  formalı  oturacaqdan  ibarətdir. 

Lövhəcikli matrisa çox rahatdır, çünki onlar patrisanı az sürtür və xüsusi alətlərlə tənzimlənir və ya 

deaktivasiya olunur. Hal-hazırda qızıl  və titan ərintilərindən hazırlanan qıfıllardan çox istifadə olunur. 

Titan attaçmentləri restavrasiya etmək daha asandır. Onların matrisa hissəsi protez bazisində adgeziv 

yolla fiksasiya olunur. 

İkidən çox implantlı çıxmayan çubuqlu şinalayıcı çıxan protez möhkəm fiksasiya olunur. Aşağı 

çənənin ön şöbəsi qövsvari olduqda  bu cür fiksasiya protezə yüksək stabillik verir. Qeyd olunduğu 

kimi yeri çox tələb olunduğina görə bu növün hazırlanması bir qədər problem yaradır. 

3-4 implantın çıxan konusvari qapaqlarla və ya hazır silindrik qıfıllarla şinalanması hibrid protez 

suprastraturunun  konstruksiyası  böyüdür.  Çıxan  protezin  periimplant  şöbəsini  körpüvari  protez 

şəklində formalaşdırmaq olar. Dişətinə oturan yəhər alveol çıxıntının arxa zonalarında yerləşdirilir. Bu 

tip  protez  yumşaq  çıxıntının  toxumaların  atrofiyasında  nəzərə  alınır.  Çıxan  protez  altında  qalan 

periimplant  selikli  qişanın  qıcıqlanması  faktiki  olaraq  mümkü  deyil.  Çıxan  protezin  açıq  dizaynı 

periimplant  ərp  və  infeksion  təsir  əmələ  gəlməsini  minimallaşdırır.  Çıxan  protezin  bazisi  körpüvari 

protezə  oxşadığı  üçün  ağız  boşluğu  gigiyenasına  riayət  etmək  asanlaşır.  Düzgün  yerləşdirilməmiş 

implant və ya onun oxunu silindrik qıfılla əvəz oluna bilər.  

4 konusvari qapaqlı və ya silindrik qıfıllı suprastruturlar mental dəliyin hər iki tərəfində implant 

qoyulması üçün çıxan körpücüklər şəklində konstruksiyalar oluna bilər. Bir neçə dişin çənədə qalması 

və ya yaxşı yerləşməməsi zamanı implantın sayını artırmaqla protezləməni yaxşılaşdırmaq olar. 

Bərpaedici  fazada  dişlərin  düzülməsi  və  ağız  boşluğunda  yoxlanması  vacibdir,  çünki  birincili 

qıfıllar və çıxan karkasın hazırlanması üçün əsas formalaşdırılmalıdır. 

Hər  bir  çıxan  protez  hazırlanmasının  əsasına  xəstənin  fərdi  tələblərini  yerinə  yetirmək,  qane 

etmək durduğu  kimi, implant  üzərindəki çıxan protezlərdə bu kimi tələblərə cavab  verməlidir. Dişsiz 

çənələr  protezləndikdə,  diyircək  və  oturacaqlı,  maqnit  və  ya  çubuqlu  hibrid  protezlərdən  başqa 

attaçmentli  sərt  suprastruturlar  da  tətbiq  olunur.  Bu  protezlər  müalicənin  effektini  optimallaşdırır, 

toxumaları uyğunlaşdırır, istifadə və estetikanı rahatlaşdırır. 

 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin