Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
51
MÖVZU 3.
Artikulyatorlar və okklüdatorlar, səmt xətləri, onların göstəriciləri.
Modellərin artikulyatora gipslənməsi.
Səmt xətləri vasitəsilə dişlərin seçilməsi və düzülməsi.
Protezdə diş cərgələrinin konstruksiya olunması xüsusi aparatlarla həyata keçirilir. Aşağı çənənin
yalniz vertikal hərəkətlərini yerinə yetirən aparatlar okklüdatorlar adlanır. Aşağı çənənin bütün
hərəkətlərini yerinə yetirən aparatlar artikulyatorlar adlanır.
Artikulyatorlar 2 qrupa bölünür:
1. Sadə
2. Universal (oynaqlı və oynaqsız)
Yapışdırılmış modelləri okklüdatora gipsləmək üçün modelləri bir neçə dəqiqə suya salırıq.
Modelləri okklüdatora mərkəzləşdirilmiş şəkildə qoyuruq. Okklüdatora gipsləmək üçün modeli
okklüdatorun üstünə (əvvəlcə alt çənənin) hündürlük ştiftini hündürlük meydanına toxunana kimi (yəni
toxunmalıdır) qoymaq lazımdır.
Hündürlük ştifti modelin mərkəzi xətti ilə eyni sagital xətdə yerləşdirilməlidir. Gipsləməyə
okklüdatorun alt tərəfindən başlayırıq. Alt tərəfi gipslədikdən sonra üst tərəfi gipsləyirik. Dişlərin
düzülməsi, olçüsünün seçilməsi səmt xətlərinə əsasən aparılır.
Səmt xəttləri:
1. Mərkəzi (kosmetik) xətt-mərkəzi kəsicilərin arasından keçir.
2. Gülüş xətti alt dodağın selikli qişasından keçir.
3. Köpək xətti köpək dişlərini iki yerə bölür.
Mərkəzi xətt dişlərin düzülüşündə simmetriyanı qorumağa kömək edir. Gülüş xəttinin köməyi ilə
dişlərin (frontal) ölçüsünü (hündürlüyünü) düzgün seçmək olar. Köpək xəttinin arasindaki məsafədə 4
və 5 diş yerləşməlidir (dişlərin ölçüsünü düzgün seçməyə kömək edir)
|