Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə68/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   64   65   66   67   68   69   70   71   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 49 

 

LABORATORİYA 



MÖVZU  1. 

Çıxan  protezlərin  növləri  və onların  fərqləri.  Müsbət  və mənfi  cəhətləri.  

Ölçünün  alınma  qaydaları,  əsas və köməkçi modellərin  alınması. 

Sərhədlərin  cızılması. 

 

Çıxan protezlər dişlərin tam və ya hissəvi itirilməsi zamanı hazırlanır. Hal-hazırda yüksək estetik 



xüsusiyyətlərə, davamlılığa malik olan çıxan protezlər var.  

Çıxan protezlər aşağıdakı qruplara bölünür. 

1. Tam çıxan lövhəli protezlər 

2. Hissəvi çıxan protezlər 

a) lövhəli protezlər 

b) immediat protezlər 

c) bügel protezləri 

d) çıxan sektor və ya seqmentlər 

3. Şərti çıxan protezlər 

 

Tam çıxan lövhəli protezlər bir və ya hər iki çənədə bütün dişlərin olmaması zamanı hazırlanır. 



Hissəvi çıxan protezlər diş cərgəsində bir və ya bir neçə dişin olmaması zamanı hazırlanır. 

Lövhəli  hissəvi  protezlər  itirilmiş  fraqmentlərin  bərpa  olması  üçün  hazırlanır  və  ucuz,  sadə 

olması ilə fərqlənir.  

İmmediat protezlər müvəqqəti konstruksiya olub, daimi protez hazırlanmasına  hazırlıq zamanı 

qoyulur.  

Bügel  protezləri  tam  və  hissəvi  qüsurlar  zamanı  hazırlana  bilər.  Onlar  daha  etibarlı,  rahat, 

qiymətli  konstruksiyalardı.  Bu  protezlərin  əsas  fərqli  cəhəti  çeynəmə  təzyiqinin  dişlər  və  çənələrin 

dişəti səthi arasında bərabər bölünməsindədir.  

Çıxan sektor və ya seqmentlər çənənin bir tərəfində çeynəmə dişlərinin itirilməsi zamanı tətbiq 

edilən birtərəfli protezlərdir.  

Şərti çıxan protezlər adətən, bir çeynəmə dişinin itirilməsi zamanı tətbiq olunur. Çıxan protezlər 

ağız  boşluğunda  gigiyenik  qulluğu  asanlaşdırır,  pozulmuş  estetikanı  bərpa  edir,  dişlərin  xüsusi 

hazırlığına ehtiyac olmur, konstruksiyanı yeniləşdirmək və dəyişmək olur. 

Ölçü  almaq  üçün  fərdi  və  müxtəlif  ölçülü  standart  ölçü  qaşıqlarından  istifadə  olunur.  Elastik 

kütlələr üçün xüsusi dəlikli qaşıqlar olur. Ölçü materialı su ilə qarışdırılır, seçilmiş qaşıq vasitəsilə ağız 

boşluğuna yerləşdirilir və bərkidikdən sonra çıxarılır. Alınmış ölçüdən model tökülür, işçi (əsas) və 

köməkçi.  Əsas  model  üzərində  bilavasitə  iş  görüləcək  modeldir.  Köməkçi  model  əks  çənənin  diş 

çərçivəsindən alınan modeldir. Ölçüdə protez yatağının əksi dəqiq olarsa, onun üzərindən model alınır. 

Ağız suyunu yumaq üçün ölçü su ilə yuyulur, işlənir və üzərinə qarışdırılmış gips porsiyalarla tökülür 

və astaca silkələnilir (məsamələrin olmaması üçün). Gips tam quruduqdan sonra qaşıq ölçüdən ayrılır. 

Sonra model ehtiyatla ölçüdən ayrılır. 

 

Üst  çənədə  sərhədlərin  cızılması:  yanaq  və  dodaq  tərəfdə  bu  sərhəd  keçid  büküşündən  keçir, 



qabaq  tərəfdə  üst  dodaq  yüyənini  keçir,  dartılar  kənarda  qalmaqla,  damağın  dodağa  keçən  sərhəddi 

boyu arxa alveol çıxıntılar daxil olmaqla “A”xətti boyu çəkilir. Hərəkətli selikli qişa protezdən kənarda 

qalmalıdır. 

 

Alt çənədə sərhədlərin cızılması: qabaq tərəfdə alt dodaq dartıları istisna olmaqla, alt dodağın 



damağa  keçən  sərhəddi  boyu,  içəridən  isə  dil  dartısı  istisna  olmaqla  çəkilir.  Hərəkətli  selikli  qişa 

protezdən kənarda qalmalıdır. 

 

 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin