Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
48
MÖVZU 30.
Protez yatağı toxumalarının reaksiyası.
Protezləmədə istifadə olunan materiallara qarşı baş verən allergiya.
Allergiya anlayışı orqanizmin allergen antigeninin təsirindən dəyişilmiş reaktivliyi başa düşülür.
Orqanizmə allergenlərin daxil olmasının əsas yolları tənəffüs və həzm sistemi, həmçinin dəri örtüyü və
selikli qişalardır. Ortopedik stomatologiya klinikasında orqanizmin yüksək həssaslıq vəziyyətini törədə
bilən müxtəlif materiallar-üzvi və qeyri-üzvi maddələr, sementlər, pastalar, metallar və onların bir sıra
xəlitələri, həmçinin plastmas kimi yüksəkmolekullu birləşmələrdən istifadə olunur.
Hazırkı dövrdə protezləri polimetakrilatdan, bəzən də qarışıq polimer materiallardan hazırlanılır
ki, bunlar da neytral, həll olmayan maddələr olub, çox nadir hallarda allergen rolunu oynayır.
Protez materiallarından yaranmış allergiyanın klinik şəkli çox vaxt kontakt iltihabı xarakteri
daşıyır. Bu iltihab qeyri-spesifik olub, kimyəvi - toksiki və mexaniki iltihaba oxşardır. Kontakt
allergiyası qızartı, bəzən selikli qişanın kəskin ödemi və nöqtəvi qansızmalar kimi büruzə verir.
Damaqda, dodaqlarda, dildə və ya boğazda göynəmə hissi, dad hissiyatının dəyişilməsi, ağız
boşluğunda quruluq kimi subyektiv hissiyatlar yaranır. Nadir hallarda dəri reaksiyaları və bronxial
astma tutmaları baş verir. Allergik xəstəliklərin diaqnostikasının özünəməxsus xüsusiyyətləri vardır.
Birinci növbədə, allergen aşkar edilməli və orqanizmin sensibilizasiyasını törədən faktorlar aradan
qaldırılmalıdır. Bəzən allergenlər bir neçə olur və bunların içərisindən əsasını seçib kənarlaşdırdıqda,
ümumi həssaslıq aşağı düşür.
Allergiya ilə oxşar simptomlara bəzi patoloji vəziyyətlərdə rast gəlinir. Lakin allergiyanı sadə
olaraq, xəstəliyin bəzi əlamətlərinə də təyin etmək mümkündür. Səbəb aradan qaldırılan kimi
allergiyanın bütün simptomları itir və səbəbkar allergenlə kontakt zamanı o, yenidən baş verir. əgər
allergiyanın səbəbi protezdirsə,onda protez bir həftə müddətində taxılmır. Sonra protezdən istifadə
etdikdə allergiya əlamətləri yenidən baş verirsə, deməli, səbəb protezdir.
|