Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
44
MÖVZU 27.
Neylon protezlər haqqında məlumat.
Neylon protezlərin hazırlanması texnikası.
Neylon protezlərin hazırlanması üçün kompresyon olmayan ölçü alınır. 4 qr gipsdən ölçü tökülür
və super gipsdən model alınır. Sonra modeldən dublikat alınır (dublikat almaq üçün silikondan və ya
xüsusi gilindən istifadə edilir). Dublikat almamışdan əvvəl diş ətrafı (boyun sümük çıxıntısı və s.)
mumla doldurulur. Dublikat alınandan sonra master model tökülür (4 qr super gipsdən). Gips 100/20
nisbətdə qarışdırılır. 100qr gips 20 qr su. Bundan sonra modeldə gələcək protez səhəddi cızılır. Sərhəd
hissəvi protezə nisbətən qısa olur.
Hazırlanması 2 üsulla aparılır. Moskva Tibb üsulu və Amerika Tibb üsulu.
Moskva Tibb üsulu diş master model üzərində, Amerika Tibb üsulunda isə diş əsas model
üzərində düzülür.
Vaskap – çıxmayan protezlərin hazırlanmasının son mərhələsini mumda hazırlayaraq əvvəlcədən
göstərilməsidir.
Setap – çıxan protezlərin hazırlanmasının son mərhələsini mumda hazırlayaraq əvvəlcədən
göstərilməsidir. Setap üsulunda süni dişləri silikon açar vasitəsilə bir modeldən başqa modeldə və ya
karkasa keçirmək olur.
Sərhəd Moskva Tibb üsulunda hissəvi protez olduğu kimi, Amerika Tibb üsulunda isə qısa
çəkilir (yanaqla damağın birləşdiyi büküşdə ). Damaqda isə olan işlərdən asılı olaraq A xəttindən bir az
önə çəkilə bilər. Valplast hazırlanarkən A xəttindən önə model üzərində cızıq aparılır ki, bu da gələcək
protezin vakuum yaradaraq protez ağızda tam oturmasını təmir edir. Sərhəd çəkildikdən sonra şablon
hazırlanır. Dişləm təyin olunur. Modellər artikulyatora və ya okkuldatora gipslənir.
Valpastın mumla birləşməsi kimyəvi deyil, fiziki üsulla olduğuna görə düzüləcək süni dişlər
bayır və arxa tərəfdən deşilərək hazırlanır, süni dişlər düzülür. Süni diş düzərkən çalışmaq lazımdır ki,
dişlər diş qövsü üzərində düzülsün. Bügel protez damaqların arasındakı məsafə 4 mm-dirsə çıxan
neylon protezlərdə bu 8 mm-dən az olmamalıdır. Əks təqdirdə neylon cırıla bilər. Bundan sonra
hazırlanmış mum kompazisiya ağızda yoxlanılır.
Modeldə otuzdularaq sonuncu modelləşdirilməsi aparılır (master modeldə). Bunun üçün neylon
protezlər özünün yanaq və damaq mumları var. Biz diş düzdüyümüz 05 bazis mumunu kəsərək
kənarlaşdıraraq bu mumlardan istifadə etməklə sonuncu modelləşdirməni həyata keçiririk. Hazır
protez küvetə gipslənir (4qr) küvet üzərində yanında deşiyi olan alt və üst hissələrdən ibarət olub 4
vintlə 1-1-nə birləşdirilir. Gipslənmə çıxan protezlər hazır olduğu kimi hər 3 üsulda (qarışıq, düz, əks)
aparıla bilər. Alt hissə töküldükdən sonra gips qoruyur. Damaq hissəyə litnik MTÜ litnik
qoymamışdan əvvəl A xəttinə olan hissə bazis mumla tam tutulur. ATÜ isə yox qoyulur, küvetin üst
hissəsi otuzdurularaq vintlə bərkidilir.
Üst hissənin gipsi tökülür. 1 hissənin gipsinə nisbətən 2 hissə bir az duru qarışdırılır.
Gipsləmə zamanı küvetlər əvvəlcədən yağlanılır ki, gips yapışmasın. Gips quruduqdan sonra
mumun ərinməsi həyata keçirilir. Bu çıxan protez olduğu kimidir. Lakin mumu əriməyə qoymamışdan
əvvəl küvetin vintləri açılır. Bundan sonra neylon protezin vurulması həyata keçirilir. İzakol çəkilərək
qurudulur. Küvetin vinti bərkidilərək presə yerləşdirilir. Bu zaman küvetin yan deşiyi ilə (litnik
qoyulan hissə) presin sıxılan dəmiri paralel olmalıdır. Katric protez sahəsinə görə seçilərək ərinməsi
üçün peçə qoyulur.
Katric 3 ölçüdə olur. Tam çənə üçün, hissəvi protez üçün, mikro protez üçün peç 11 dəq
qızdırılır. 550 formgen 230 C 4 dəq sonra katric xüsusi turbaya yerləşdirilərək 7 dəq qızdırılır.
Katric 3 hissəli olur: yuxarı qalın hissə, orta turba hissə və alt nazik hissə. Katrici peçə qoyanda
çalışmaq lazımdır ki, alt nazik hissə küvetin deşiyinə düşsün. Çünki katric qızdıqdan sonra tez küvetin
üstünə oturdularaq preslə sıxılır və bu zaman katric partlayır, ərimiş neylon küvetə daxil olur.
Küvet protez tam soyuduqdan sonra gipsdən təmizlənərək işlənir, parıldadılır və təhvil verilir.
İşlənilərkən əvvəlcə litniklər kəsilir, sonra almaz frezlərlə hamarlanır, özünün xüsusi borları var.
Xüsusi şotkalarla bərk sabun formalı pemza və pasta QOİ-yə verilib parıldadılır. Xəstəyə təhvil verilir.
|