Fənn: Çıxan protezlərin hazırlanma texnikası Şöbə: “Ortopedik stomatologiya” 2 nömrəli Bakı Baza Tibb Kolleci


Fənn: Çıxan protezlərin hazırlanma texnikası



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə73/158
tarix02.01.2022
ölçüsü1,05 Mb.
#37394
növüMühazirə
1   ...   69   70   71   72   73   74   75   76   ...   158
Çıxan protezlərin hazırlanma texnikası (2)

Fənn: Çıxan protezlərin hazırlanma texnikası 

 

Şöbə: “Ortopedik stomatologiya” 

2 nömrəli Bakı Baza Tibb Kolleci 

 54 

 

MÖVZU  6.



 

Üz  qövsü anlayışı, onun  vasitəsi ilə Kamper  xəttinin  təyini.   

Yeni  modellərin  artikulyatora  bərkidilməsi. 

 

Dişlərin  çıxması  nəticəsində  diş  sıraları  əmələ  gəlir.  Diş  sıralarının  ayrı-ayrı  dişlərdən  təşkil 



olmasına  baxmayaraq,  onlar  morfoloji  və  funksional  baxımdan  tamdır.  Dişlərin  alveol  çıxıntısında 

yerləşməsi  və  köklərinin  istiqaməti  diş  sıralarının  davamlılığında  əhəmiyyətli  rol  oynayır.  Bütün 

dişlərin  kəsici  və  çeynəmə  səthlərindən  keçən  müstəvi  okklüziya  səthi  adlanır.  Bu  səth  ön  dişlər 

tərəfdən  üfüqi  istiqamətdə  gedib,  bəbək  xəttinə  paralel  olur,  yan  dişlər  tərəfdən  isə  Kamper  xəttinə 

(burun-qulaq  xəttinə-burun  qanadından  qulaq  çıxıntısına  gedən  xətt)  paraleldir.  Dişlərin  okklüziya 

səthlərindən  keçən  xətt  okklüziya  əyriliyini  təşkil  edir.  Okklüziya  əyrisi  sagital  və  transversal 

istiqamətdə  olur  və  daimi  dişlər  tamam  çıxdıqdan  sonra  daha  aydın  nəzərə  çarpır.  Diş  sıralarının 

mərkəzi okklüziya  vəziyyətində  qapanması  (dişləm)  üç  müstəvidə  öyrənilməlidir  -  şaquli,  sagital  və 

transversal.  Ön  dişlərin  kəsici  kənarlarından  çeynəmə  dişlərin  yanaq  qabarcıqlarına  doğru  kecən, 

aşağıya baxan əyri xətt şpeye əyrisi adlanır. 

 

Bütün diş qövsünə aid olan əlamətlər: 



1. Üst diş qövsü ellips, aşağı diş qövsü parabola şəklində olur. 

2. Yuxarı diş qövsü aşagı diş qövsündən geniş olduğundan,  yuxarı dişlər aşağı dişləri örtür. 

3. Hər bir diş iki antaqonistlə görüşür. 

4. Mərkəzi dişlərdən başlayaraq azı dişlərə doğru diş tacının hündürlüyü tədricən kiçilir (köpək 

dişlərdən başqa). 

5. Yuxarı dişlərin tacları xaricə, kökləri isə içəri tərəfə, aşağı dişlər isə əksinə, tacları dilə tərəf, 

kökləri isə xaricə əyilmiş olur. 

 

Frontal dişlərin qapanması əlamətləri: 



1. Üst frontal dişlər aşağı frontal dişlərin 1/3-ni örtür. 

2. Yuxarı və aşağı mərkəzi kəsici dişlər arasından keçən orta xətt bir sagital səthdə yerləşir. 

 

Çeynəmə dişlərin qapanması əlamətləri: 



1. Dişlərin yanaq-damaq istiqamətində qapanması. 

2. Dişlərin ön-arxa istiqamətdə qapanması. 

 

 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin