Müalicəsi Akromeqaliya zamanı müalicənin əsas məqsədi somatotrop hormonun həddən artıq ifrazının aradan qaldırmaqla remissiya əldə etməkdir. Müalicə medikamentoz, cərrahi, şüa və kombinə olunmuş metodlarla aparılır.
Akromeqaliyanın müalicəsində effektiv müalicə cərrahi hesab olunur. Cərrahi müalicənin aparılmasına əks göstərişlər olduqda dərman terapiyası aparılır.
Proqnoz və profilaktikası Akromeqaliyanın müalicə olunmaması əlilliyə gətirir və erkən ölüm riskini artırır.
Profilaktikası üçün başın travmalardan qorumaq, burun udlağın xroniki iltihab ocaqlarının sanasiyasını aparmaq lazımdır. Akromeqaliyanın erkən aşkarlanması və boy hormonunun konsentrasiyasının normallaşdırılması ağırlaşmaların yaranmasının və davaml remissiyanın yaranmasına səbəb olur.
Şəkərsiz diabet antidiurek hormonun ifrazının azalması və ya böyrəklərin bu hormonun təsirinə həssaslığının zəifləməsindən yaranan xəstəlikdir. Buna beyin şişləri, neyrocərrahi əməliyyatlar, kəllə-beyin travmaları, mərkəzi sinir sisteminin zədələnməsi ilə müşahidə olunan infeksiyalar və toksinlər səbəb ola bilər:
"Həmçinin bəzi böyrək xəstəlikləri, idiopatik olaraq anticisimlərin yaranması, eləcə də irsi patologiyalar da bu xəstəliyin etiologiyasında rol oynayır.
Şəkərsiz diabetin 4 tipi ayırd edilir:
• Mərkəzi şəkərsiz diabet;
• Nefrogen şəkərsiz diabet;
• Dipsogen şəkərsiz diabet;
• Hestasion şəkərsiz diabet.
Şəkərsiz diabetin əsas əlaməti poliuriya, yəni sidik ifrazının artmasıdır. Yüngül formalarda 2-2,5 litr, ağır hallarda isə 20 litrə qədər maye itkisi müşahidə edilir. Bunun nəticəsində insanda susuzluq hissi yaranır və xəstə itirdiyi qədər maye qəbul etmək məcburiyyətində qalır".
Şəkərsiz diabetin əsas əlaməti gün ərzində 6-10 litr olmaqla, tez-tez sidiyə çıxma və susuzluğun artmasıdır:
“Ağırlaşmış hallarda orqanizmin susuzlaşması, halsızlıq, ümumi zəiflik, ürəkdöyünmənin artması, qusma, psixoneyrogen pozulmalar, təyziqin enməsi halları və huşun itməsi müşahidə oluna bilər. Xəstəliyin diaqnozu sidiyin sutkalıq miqdarının və sıxlığının, Na miqdarının ölçülməsi, qan plazmasında Na, Ca, K miqdarı və ADH (antidiuretik hormon) təyininə əsasən qoyulur. Şəkərsiz diabetin müalicəsi əsas səbəb aradan qalxdıqdan sonra antidiuretik hormonun analoqu ilə aparılır. Preparat oral tablet və ya nazal sprey formasında istifadə olunur”.
belə xəstələrə böyrəklərin yüklənməsinin qarşısını almaq məqsədilə qidalanma zamanı proteinli qidalardan çox istifadə etməmək tövsiyə olunur.
Diaqnoz. Böyrəklərin ultrasəs müayinəsi, ekskretor uroqrafiya, endogen kreatin klirensinin təyini, Addison-Kakovski sınağı vasitəsilə xəstəliyin diaqnostikası aparılır.
Şəkərsiz diabetin müalicəsi. Müalicə məqsədilə vazopressinin sintetik analoqları tətbiq edilir.
Pəhriz. Duzun qəbulu məhdudlaşdırılmalı, daha çox dəniz məhsulları yeyilməlidir.