Fənn: Ginekologiya Müəllim: Qarayeva Qalibiyyət


Hormonal müalicənin əsas istiqamətləri



Yüklə 29,68 Kb.
səhifə5/5
tarix24.10.2023
ölçüsü29,68 Kb.
#161224
1   2   3   4   5
ginek 2.1.mama

Hormonal müalicənin əsas istiqamətləri:

  • endometriumu atrofiya etmək üçün estrogenlərin sekresiyasının azaldılması;

  • androgenlərin səviyyəsinin artırılması, hansı ki, ikincili hipoestrogeniyaya gətirir.

Endometriozun müalicəsi üçün ən çox istifadə olunan preparatlar:

  • progestagenlər (medroksiprogesteron, didrogesteron);

  • estrogen-gestagen preparatlar (femoden, janin, lindinet);

  • qonadotropin-rilizinq hormonun aqonistləri (buserilin, qozerelin, triptorelin);

  • antigestagenlər (mifepriston, qestrinon).

Endometriozun simptomatik müalicəsi aşağıdakı qrup preparatları özündə birləşdirir:

  • qeyri-steroid iltihab əleyhinə maddələr:

  • spazmolitik preparatlar;

  • anemiyanın korreksiyası üçün dəmir preparatları.

  • Endometriozun sosial əhəmiyyətli ağırlaşması sonsuzluqdur. Onun müalicəsi üçün ekstrakorporal mayalanma geniş tətbiq olunur (EKM). EKM endometrioz zamanı yalnız 10-20% hallarda effektivdir. O ən çox 35 yaşdan yuxarı qadınlarda, xəstəliyin ağır keçən yayılmış formaları üçün, uşaqlıq borularının ağır zədələnmələrində göstərişdir.

Profilaktika və proqnoz

Endometriozun inkişafinın qarşısını aşağıdakı üsullarla almaq olar:



  • uşaq və gənclik dövründə həddən artıq fiziki gərginliklərdən uzaq olmalı;

  • kombinəolunmuş oral kontraseptivlərin qəbulu;

  • abortların və uşaqlıqdaxili digər manipulyasiyaların azaldılması;

  • endometriozun cərrahi müalicəsi zamanı sağlam və zədələnmiş toxumaların kontaktına yol verilməməsi.

Endometrioz residivləşməyə meyllidir. Müalicədən keçən ilk 5 il ərzində bu xəstəlik 40 % qadında, sonrakı 5 il ərzində isə artıq 75%-də təkrar əmələ gəlir. Menopauza başladıqda xəstəliyin residivləşmə ehtimalı azalır. Xəstəliklə zədələnmiş orqanın radikal çıxarılması zamanı proses proqressivləşmir.
Yüklə 29,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin