Müəllim:Qarayeva Qalibiyyət
Kurs,qrup: 3 kurs,mamalıq işi
Mövzu: Endometrioz
Endometrioz – normada yalnız uşaqlığın selikli qişasında olan toxumanın bu orqanın digər qişalarında və uşaqlıqdan kənar digər orqanlarda rast gəlməsi ilə xarakterizə olunan patologiyadır. Belə anormal yerləşən endometrium ətraf toxumalara sirayət edərək onları dağıdır.
Endometroid hüceyrələr qan və limfa damarları ilə bütün orqanizmə yayılaraq istənilən orqana düşə bilər, məsələn, qarnın ön divarının dərialtı piy qatına, postoperasion çapığa, gözün selikli qişasına, göbəyə. Endometrioz öz xarakterinə görə şiş sayılmır, çünki bu xəstəlik zamanı hüceyrələrin struktur dəyişikliyi olmur. Həmçinin onun əlamətləri menstrual tsikllə sıx bağlıdır.
Bu xəstəlik adətən 20-40 yaş arası cavan qadınlarda rast gəlinir. Endometrioz sonsuzluğu olan qadınların 40%-ində rast gəlinir. Bu xəstəliyin əhali arasında həqiqi yayılma tezliyini təyin etmək çətindir, çünki, patologiya hətta yeniyetmə dövründə inkişaf edə bilər və uzun müddət özünü heç nə ilə büruzə verməyə bilər.
Təsnifat Ocaqların yerləşməsinə görə ekstragenital (cinsiyyət orqanlarından kənar) və genital (cinsiyyət orqanlarını zədələyən)endometrioz ayırd edilir.
Genital endometriozun formaları:
daxili – uşaqlığın cismini, boğazını (cismin boyuna keçən hissəsi), boruların istmik hissəsini (uşaqlıq boşluğuna açılan) zədələyən;
Ekstragenital endometrioz digər orqan və sistemləri –ağciyərlər, bağırsaqlar, göbək, əməliyyatsonrası çapıqlar, konyuktiva və s. zədələyir.
İnkişaf səbəbləri və mexanizmləri Hazırda endometriozun səbəbləri sona qədər öyrənilməyib. Alimlər bu xəstəliyin inkişafının bir neçə nəzəriyyəsini irəli sürmüşlər, lakin heç biri onun yaranmasını axıra qədər izah edə bilmir.