Fənn: Ginekologiya Müəllim: Qarayeva Qalibiyyət



Yüklə 29,68 Kb.
səhifə4/5
tarix24.10.2023
ölçüsü29,68 Kb.
#161224
1   2   3   4   5
ginek 2.1.mama

Diaqnostika
Ginekoloji müayinə zamanı endometriozun əlamətlərini uşaqlıq boynunda və uşaqlıq yolunun selikli qişasında "gözcüklər" şəklində aşkar etmək olur.
B imanual ginekoloji müayinə daha çox aybaşı əvvəli dövrdə informativdir. Ocaqların lokalizasiyasından asılı olaraq bu zaman uşaqlığın böyüməsi və ağrılı olması, uşaqlıq yolu divarında və ya arxasında düyünlər, uşaqlığın və yumurtalıqların hərəkətliyinin məhdudlaşması müəyyən olunur.
Endometriozun diaqnostikası demək olar ki, instrumental müayinə metodlarına (ultrasəs müayinəsi, histeroskopiya, laparoskopiya, maqnit-rezonans tomoqrafiya) əsaslanır. Onların köməyi ilə endometroid ocaqların yerləşməsini, formasını, yayılma dərəcəsini və digər xarakteristikalarını dəqiqləşdirmək olur. Endometrioz zamanı laparoskopiya həm diaqnostik, həm də müalicəvi xarakter daşıyır.
Diaqnoz histoloji müayinə ilə (alınmış toxuma hissələrinin mikroskop altında tədqiqi) təsdiq olunur.
Müalicə
Endometriozu olan pasient həddən artıq emosional və fiziki gərginliklərdən özünü qorumalıdır, normal qidalanmalıdır, requlyar olaraq ginekoloqda nəzarətdə olmalıdır. Sauna, solyari və digər qızdırıcı proseduralar zərər gətirə bilər.
Endometriozu necə müalicə etmək lazımdır sualının cavabı xəstəliyin lokalizasiyasından, ağırlığından və bir çox digər faktorlardan asılıdır. Bu xəstəliyin müalicəsi kompleks olmalıdır.
Endometriozun müalicə metodları

Patologiya zamanı cərrahi müdaxilənin ən çox rast gəlinən variantları:

  • uşaqlıq boynunda və uşaqlıq yolunda olan ocaqların lazer, soyuq və ya elektrik cərəyanı ilə dağıdılması;

  • uşaqlığın artımlarla və ya artımlarsız çıxarılması;

  • endometrin ablasiyası (endoskopik rezeksiyası);

  • yumurtalıqlarda və peritonda olan ocaqların laparoskopik ləğvi.

Çox vaxt əməliyyatdan öncə və sonra hormonal müalicə təyin olunur. Hormonal terapiya cərrahi əməliyyata əks göstəriş olduğu zamanlarda da təyin olunur. Müalicəsində məqsəd – ovulyasiyanın tormozlanması, estrogenlərin səviyyəsinin aşağı salınması, aybaşı qanamalarının dayandırılmasıdır. Bütün bunlar endometriumun atrofiya olunmasına və endometroid ocaqların ölçüsünün kiçilməsinə gətirib çıxarır. 

Yüklə 29,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin