Bu eynilik bütövlükdə iqtisadiyyat üzrə də doğrudur. Ona görə ki, ölkədə istehsal olunan bütün məhsullar ya ölkə daxilində təsərrüfatın üç bölməsi – ev təsərrüfatları, dövlət, biznes, - yaxud da xarici istehlakçılar tərəfindən satın alınır.
ÜMM-i xərclərə görə hesabladıqda son məhsulun istehsalı və xidmətlərlə əlaqədar olan bütün xərcləri cəm-ləmək lazımdır. Fikrimizi bir qədər də sadələşdirsək, ÜMM xərclərə görə hesablandıqda aşağıdakı ünsürlərdən ibarət olur: 1) Ev təsərrüfatlarının istehlakla əlaqədar xərcləri (C); 2) Biznesin investisiya ilə əlaqdar xərcləri (Iq); 3) Əmtəə və xidmətlərin dövlət tərəfindən satın alınması (G); 4) Əcnəbi-lər tərəfindən məhsulların satın alınması ilə əlaqədar olan xərclər (Xn).
Ev təsərrüfatlarının istehlakla əlaqədar xərclərinə uzun müddət istifadə olunan (avtomobil, soyuducu, mebel, videomaqnitafon və i. a.) və gündəlik tələbat məhsullarının (çörək, ət, süd, diş pastası, konyak, araq, siqaret və i.a.) sa-tın alınmasına, habelə göstərilən xidmətlərə (hüquqşünasın, həkimin, bərbərin, mexanikin və s.) görə ödənilən xərclər daxildir.
ÜMM xərclərə görə hesablandıqda istifadə olunan terminlərdən biri də bütün daxili xüsusi investisiyalardır. Investisiya xərclərinə aşağıdakılar daxildir: 1) Sahibkarlar tərəfindən son məhsul kimi satın alınmış maşın, avadanlıq, dəzgah və s.; 2) Bütün tikinti; 3) Ehtiyatların dəyişməsi.
Kapital ünsürlərinin – maşınlar, avadanlıqlar və i. a. – investisiya xərclərinə aid edilməsi aydındır. Çünki bu zaman istehsal gücləri artır, istehsalın miqyasının genişlən-məsi üçün şərait yaranır. Tikintinin investisiyaya aid edil-məsi məsələsində isə bəzi məqamların aydınlaşdırılmasına ehtiyac var. Məlumdur ki, istehsal təyinatlı yeni binaların tikintisi birbaşa investisiyalara aiddir. Bəs, nə üçün mənzil tikintisi istehlak kateqoriyasına deyil, investisiya kateqori-yasına aid edilməlidir. Bu, onunla əlaqədardır ki, istehsal təyinatlı binalar kimi, çoxmənzilli yaşayış evləri də gəlir gətirir. Icarəyə (kirayə) verilən digər yaşayış evləri də bu səbəbə görə investisiya əmtəələrinə aid edilir. Sahibkarın mülkiyyətində olan, lakin icarəyə (kirayə) verilməyən başqa yaşayış binaları da investisiya əmtəələrinə daxildir. Çünki onlar da gəlir əldə etmək məqsədilə istənilən vaxt icarəyə (kirayə) verilə və gəlir gətirə bilər. Bu səbəbə görə də bütün mənzil tikintisi investisiya anlayışına daxil edilir.