Geniş mənada işlədilən mənfəət iki yerə bölünür: 1) Mülkiyyətə görə, yaxud da sahibkarlığın qeyri-korporativ bölməsindən əldə edilən mənfəət; 2) Korporasiyaların əldə etdikləri mənfəət.
Mülkiyyətə görə əldə edilən mənfəət dedikdə fərdi mülkiyyətdə olan müəssisə, habelə kooperativ sahiblərinin xalis gəliri nəzərdə tutulur.
Korporasiyaların əldə etdikləri mənfəət isə aşağıdakı kimi istifadə olunur: onun bir hissəsi mənfəət vergisi şəklin-də dövlətə verilir, yerdə qalan məbləğin bir hissəsi səhmdar-lar arasında dividend şəklində bölünür; vergi və dividend çıxıldıqdan sonra qalan məbləğ isə korporasiyaların bölüş-dürülməyən mənfəəti adlanır. Bölüşdürülməyən mənfəətin bir hissəsi istehlak olunmuş kapitalın bərpa edilməsi üçün ayrılır, bir hissəsi isə gələcəkdə istehsalı genişləndirmək – yeni zavodlar tikilməsi və avadanlıqlar alınması üçün nəzər-də tutulur.
Beləliklə, nəzərdən keçirilən aşağıdakı gəlir kateqoriyalarının köməyilə istehsalın illik bazar dəyəri, yəni ÜMM hesablanır: 1) Istehlak olunmuş kapitalın dəyəri (amortiza-siya məbləği); 2) Şirkətlərdən alınan dolayı vergilər; 3) Muzdlu işçilərin əmək haqqı; 4) Icarə haqqı; 5) Faiz; 6) Mülkiyyətə görə əldə edilən mənfəət; 7) Korporasiyaların əldə etdikləri mənfəətdən alınan vergilər; 8) Dividendlər; 9) Korporasiyaların bölüşdürülməyən mənfəəti.
3. Xalis milli məhsul və milli gəlir.
ÜMM-in çox mühüm bir çatışmazlığı vardır. Bu, ondan ibarətdir ki, o, cari ildə istehsalın həcmi haqqında şişirdilmiş təsəvvür yaradır. Çünki ÜMM-in tərkibində cari ildə istehsal prosesində istifadə olunan investisiya əmtəə-lərini yenilərilə əvəz etmək üçün zəruri olan vəsait də öz əksini tapır. Bunu aşığıdakı həqiqətdən aydın görmək olar. Məsələn, tutaq ki, 2006-cı il yanvar ayının 1-i vəziyyətinə iqtisadiyyatın bütün sahələrində 10 mlrd. manatlıq investisiya əmtəələri vardır. Il ərzində 90 mlrd. manatlıq ÜMM istehsal olunmuş, 5 mlrd. manatlıq maşın və avadanlıq istehalk edilmişdir. Deməli, investisiya əmtəələrinin dəyərindən 5 mlrd. manatı ÜMM-ə daxil edildiyinə görə, 2006-cı il dekabr ayının 31-i vəziyyətinə 5 mlrd. manatlıq investisiya əmtəələri qalmışdır. Buradan belə bir nəticə çıxarmaq olarmı ki, 2006-cı ildə istehsal olunan 90 mlrd. manatlıq ÜMM cari ildə cəmiyyətin rifahının yaxşılaşdırılması üçün əlavə imkanlar yaratmışdır? Əlbəttə, yox! Bu barədə daha düzgün nəticə çıxarmaq üçün ÜMM-dən həmin il istehsal prosesində istehlak olunmuş maşın və avadanlıqların yerini doldurmaq məqsədilə istifadə olunacaq 5 mlrd. manatı çıxmaq lazımdır. Bu qaydada hesablama aparsaq 85 mlrd. manat (90 mlrd. manat – 5 mlrd. manat) alarıq ki, bu da istehsalın xalis həcmini göstərir.
Dostları ilə paylaş: |