Bəs, ehtiyatların dəyişməsi nə üçün investisiyaya aid edilir?Ona görə ki, ehtiyatların artımı əslində “istehlak edil-miş məhsullardır" və investisiyadan başqa bir şey deyildir.
ÜMM göstəricisini hesablamaqda məqsəd cari ildə istehsalın həcmini müəyyən etməkdən ibarət olduğuna görə onun tərkibinə satılıb – satılmamasından asılıı olmayaraq həmin ildə istehsal olunmuş bütün məhsullar daxil edilmə-lidir. Başqa sözlə, bir halda ki, ÜMM istehsalın ümumi həcminin düzgün ölçüsüdür, onda bütün ehtiyatların il ərzində artımı onun tərkibinə daxil edilməlidir. Çünki ehtiyatların artımının nəzərə alınmaması istehsalın illik həcminin azalması demək olardı. Əgər ilin əvvəlinə nisbətən ilin axırında rəflərdə və anbarlarda daha çox əmtəə yığılıb qalmışdırsa, bu o deməkdir ki, ölkədə il ərzində istehlak olunduğundan çox istehsal edilmişdir və bu artım ÜMM-ə daxil edilməlidir. Ehtiyatlar azaldıqda isə bu, il ərzində istehsal olunduğundan çox istehlak edildiyini göstərildiyi üçün həmin fərq ÜMM-ə daxil edilmir.
Investisiyaya daxil edilməyən ünsürlərin müəyyən olunması da az əhəmiyyət kəsb etmir. Daha konkret desək, məsələn, qiymətli kağızların əldən-ələ keçməsi investisiyaya aid edilmir. Çünki bu, mülkiyyət hüququnun sadəcə olaraq bir şəxsdən digərinə keçməsi deməkdir. Bu sözlər mövcud aktivlərin yenidən satılmasına da aiddir.
Milli hesabları tərtib edərkən aşağıdakı anlayışlardan istifadə olunur: 1) Ümumi investisiyalar; 2) Xüsusi investisi-yalar; 3) Daxili investisiyalar.
Xüsusi və daxili investisiyalar o deməkdir ki, onlar xarici şirkətlər tərəfindən deyil, ölkə daxilindəki şirkətlər tərəfindən həyata keçirilir.
Lakin "bütün" anlayışını müəyyən etmək təsəvvür olunduğu qədər asan deyildir. Bütün daxili xüsusi inves-tisiyalara cari ildə istehsal prosesində istehlak olunmuş ma-şınlar, avadanlıqlar və qurğuların yeniləri ilə əvəz olunması üçün nəzərdə tutulan investisiya əmtəələri, iqtisadiyyatda tətbiq olunan kapitala edilmiş hər cür əlavələr daxildir. Deməli, ümumi investisiyalar dedikdə ödəmə məbləği və investisiyaların artımı nəzərdə tutulur. Digər tərəfdən, "xalis daxili xüsusi investisiyalar" anlayışından istifadə edilir ki, bu da öz növbəsində cari ildə həyata keçirilmiş əlavə investisiyalara xarakteristika vermək üçün lazımdır. Bu göstərici həm də bir sıra mətləbləri aşkarlamağa imkan verir. Bunu aşağıdakı misalla izah edək. Tutaq ki, hər hansı bir ölkədə 2006-cı ildə 85,0 mlrd. dollarlıq investisiya əmtəələri istehsal edilmişdir. ÜMM-in istehsalı prosesində isə 54,5 mlrd. dollar məbləğində maşın və avadanlıqlar is-tehlak olunmuşdur. Deməli, ölkədə həmin il kapital yığımı-na 30,5 mlrd. dollar (85,0 mlrd. dollar – 54,5 mlrd. dollar) əlavə edilmişdir. Buradan aydın olur ki, 2006-cı ildə ümumi investisiya 85,0 mlrd. dollar təşkil etdiyi halda, xalis inves-tisiyalar 30,5 mlrd. dollar olmuşdur.
Ümumi investisiya ilə cari ildə istehlak olunmuş kapital–amortizasiya məbləği–arasındakı fərq iqtisadiyyatın yüksəliş, durğunluq və ya azalma vəziyyətində olması haqqın-da mühakimə yürütməyə imkan verir. Daha doğrusu, ümumi investisiyalar amortizasiyadan çox olduqda bu, istehsal güclərinin artdığını, iqtisadiyyatın yüksəliş mərhələsində olduğunu göstərir. Ümumi investisiyalarla amortizasiya bir-birinə bərabər olduqda bu, iqtisadiyyatda durğunluğun hökm sürdüyünü, yəni, ÜMM-in istehsalı prosesində istehlak olunmuş kapital qədər, kapital ünsürləri istehsal olunduğunu göstərir. Ümumi investisiyalar amortizasiyadan az olduqda, yəni il ərzində istehlak olunduğundan az kapital istehsal edildikdə isə bu, iqtisadiyyatın tənəzzül vəziyyətində olmasına dəlalət edir. Bu zaman iqtisadiyyata investisiya qoyuluşu azalır. Durğunluq da eyni vəziyyətin meydana gəlməsinə əlverişli şərait yaradır. Istehsal və məşğulluq azalmağa doğru meyl etdikdə ölkə iqtisadiyyatında istifadə olunduğundan çox istehsal gücləri olur. Nəticədə köhnəlmiş kapitalın dəyişdirilməsinə maraq ya azalır, ya da heç olmur. Amortizasiya ümumi investisiyaya nisbətən artır. Bu isə ilin əvvəlinə nisbətən ilin axırında kapitalın həcminin azalmasına gətirib çıxarır.
ÜMM hesablandıqda əmtəələrin dövlət tərəfindən satın alınması və xidmətlər üzrə xərclər də nəzərə alınma-lıdır. Buraya müəssisələrin son məhsullarının və bütün ehtiyatların, xüsusilə də işçi qüvvəsinin dövlət tərəfindən satın alınması ilə əlaqədar olan xərclər daxildir.