"Əsas dövr" kimi müxtəlif ölkələrdə müxtəlif il qəbul oluna bilər. Məsələn, ABŞ-da vaxtilə 1967-ci il əsas götürü-lür və sonrakı illərin məlumatları onunla müqayisə edilirdi. Hazırda isə əsas dövr kimi 1982-ci il götürülür. Bu, onunla əlaqədardır ki, cəmiyyət inkişaf etdikcə insanların tələbat-ları və deməli, istehlak səbətinin qiyməti də dəyişir.
ABŞ-da 1996-cı ildə həyat səviyyəsi indeksi (buna həyatın dəyəri də deyilir) 129% olmuşdur. Bu, o deməkdir ki, istehlakçılar eyni "əmtəə və xidmətlər dəstinin" satın alınmasına 1982-ci ildəkinə nisbətən 1996-cı ildə 29% çox vəsait sərf etmişlər. Bu indeksdən əsas etibarilə minimum əmək haqqının hesablanmasında istifadə edilir. Inkişaf etmiş ölkələrdə hər yarım ildə bir dəfə inflyasiya nəzərə alınmaqla əmək haqqı indeksləşdirilir, yəni, inflyasiyanın hər faizinə görə əmək haqqı 0,5% artırılır.
Inflyasiyanın sürətinin hesablanması da az əhəmiyyət kəsb etmir. Hesabat dövrü üçün inflyasiyanın sürətini aşağıdakı kimi hesablamaq olar: hesabat dövrünün qiymət indeksindən əsas dövrün qiymət indeksi çıxılır, alınan fərq əsas dövrün qiymət indeksinə bölünür və qismət 100-ə vurulur. Məsələn, tutaq ki, son istehlak əmtəələrinin qiymət indeksi 2005-ci ildə 120%, 2006-cı ildə isə 126% olmuşdur. 2006-cı il üçün inflyasiyanın səviyyəsi aşağıdakı kimi müəyyən edilir:
Inflyasiyanın sürəti = (126 – 120) : 120 ∙ 100 = 5%
Inflyasiyanın hesablanmasının başqa bir üsulu "70 ədədi qaydası"dır. Bu, inflyasiyanın kəmiyyətini müəyyən etməyə imkan verir. Daha dəqiq desək, bu qayda ilə inflyasiyanın sürətinin iki dəfə artması üçün lazım olan illərin sayını hesablamaq mümkündür. Bunun üçün 70 rəqəmini inflyasiyanın illik səviyyəsinə bölmək lazımdır. Yəni:
=
Inflyasiyanın sürətini 70
iki dəfə artırmaq üçün qiymətlərin səviyyəsinin illik
lazım olan illərin artım sürəti (%-lə)
təxmini sayı
Məsələn, tutaq ki, inflyasiyanın sürəti 5%-ə bərabər-dir. Deməli, qiymətlərin səviyyəsinin 14 ildən (70:5) sonra iki dəfə artacağını gözləmək olar. "70 ədədi qaydası"ndan adətən ÜMM-i və ya şəxsi yığımı iki dəfə artırmaq üçün lazım olan vaxtı müəyyən etmək lazım gəldikdə istifadə olunur.
Dostları ilə paylaş: |