Üçüncü istiqamət–firmaların istehsal, kommersiya və maliyyə fəaliyyətləri ilə əlaqədar qüvvədə olan vergi güzəşt-lərinin təhlili və onlardan istifadə edilməsi. Bununla əlaqə-dar olaraq şirkətlərin maliyyə mütəxəssisləri vergilərin sti-mullaşdırılması sahəsində baş verən dəyişiklikləri çox yaxşı bilməli və onları daim izləməlidir. Ona görə ki, əsas kapita-lın amortizasiyasının hesablanmasında çox sürətli dəyişik-liklər baş verir; amortizasiya normaları, "gizli" ehtiyatların reallaşdırılması və yeni texnologiyadan istifadə üçün müka-fatlandırma, gənclərin istehsalat təlimi qaydaları sürətlə dəyişir.
Dördüncü istiqamət – mənfəətdən və sərbəst kapital-dan ən əlverişli şərtlərlə istifadə edilməsi, investisiya siya-sətinin seçilməsi. Bu, əlavə vergi güzəştləri əldə edilməsi, hətta əvvəllərdə ödənilmiş vergilərin bir hissəsinin geri qay-tarılmasını təmin edə bilər.
Dövlətin iqtisadi siyasətində investisiya mükafatları, dotasiyalar, ETTKI-nin maliyyələşdirilməsi, ixtisasın artırıl-ması, sosial və ekoloji tədbirlər üzrə güzəştlərə geniş yer verilir. Bu güzəştlər əsas etibarilə sahələr, regionlar üzrə çox vacib və orta müddətli ümummilli dövlət proqramlarında nəzərdə tutulur. Əgər şirkətlərin investiya siyasəti dövlət proqramlarının məqsəd və şərtlərinə uyğun gəlirsə, onlar vergilərin azaldılmasına ümid bəsləyə bilərlər. Məsələn, XX əsrin 80-ci illərinin axırlarında Hollandiyada firmalar dövlə-tin orta müddətli proqramına uyğun olaraq kapital qoyar-kən onlara, sərf olunan investisiyanın 25-30%-i qədər vergi güzəştləri edilmişdir. Braziliyada bu güzəştlər kapital qoyu-luşunun 1/3-ni təşkil edir. Vergilərin tənzimlənməsi istiqa-mətləri dəyişməz deyildir. Konkret şəraitdən asılı olaraq onların tənzimlənməsində müəyyən dəyişikliklər edilə bilər və edilir.
4. Vergitutmanın beynəlxalq aspektləri.
Vergi sisteminin seçilməsi və dəyişdirilməsi, vergi dərəcələri və güzəştlərin müəyyən edilməsi ayrı-ayrı ölkələ-rin qanunverici və icraedici orqanlarının səlahiyyətlərinə daxildir. Lakin müxtəlif ölkələrin hökumət orqanları vergi siyasəti sahəsində öz aralarında fəal əməkdaşlıq edirlər. Bunu zəruri edən əsas şərtlər ölkələr arasında ikitərəfli və çoxtərəfli təsərrüfat əlaqələrinin intensivləşməsi, iqtisadi inteqrasiyanın inkişaf etməsi və bununla da dünya bazar-larında bərabər rəqabət şəraitinin yaradılması və s.-dir.
Ayrı-ayrı ölkələrdə istehsal olunan əmtəə və xidmət-lərin rəqabət qabiliyyətinin, onların kapital ixracı imkanla-rının artırılması təkcə bütövlükdə milli iqtisadiyyatın səmə-rəliliyindən deyil, həm də milli firmaların xarici iqtisadi fəa-liyyətdə üzləşdikləri çətinliklərdən asılıdır.
Dostları ilə paylaş: |