FəNN: makroiQTİsadiyyat


Vergilərin tənzimlənməsi də böyük əhəmiyyət kəsb edir



Yüklə 1,1 Mb.
səhifə25/105
tarix04.11.2022
ölçüsü1,1 Mb.
#67392
1   ...   21   22   23   24   25   26   27   28   ...   105
Makroiqtisadiyyat

Vergilərin tənzimlənməsi də böyük əhəmiyyət kəsb edir. Vergi­lərin tənzimlənməsi dedikdə fiziki və hüquqi şəxslərin vergilərin azal­dılması üçün qüvvədə olan qanun-vericilik çərçivəsində öz hüquq­la­rın­dan istifadə etmələri nəzərdə tutulur. Bunun əsasını qanunla icazə veri­lən bütün güzəşt və imkanlardan tam istifadə edilməsi təşkil edir.
Təsərrüfat subyektlərinin özlərinin maddi mənafelə-rini müdafiə etmək hüquqları bazar iqtisadiyyatının mahiy-yətindən və bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsindən irəli gəlir. 1935-ci ildə hakim C.San­derlend ABŞ-ın Ali Məhkəməsi adından belə bir bəyanət vermiş­dir ki, vergi ödəyicilərinin vergiləri qanunla icazə verilən vasi­tələrlə azaltmaq hüququ heç bir mübahisə doğura bilməz.
Vergilərin tənzimlənməsi ilə vergidən boyun qaçırıl-masını eyni­ləşdirmək olmaz. Vergidən boyun qaçırmaq o deməkdir ki, ayrı-ay­rı şəxslər və ya şirkətlər vergi güzəştlə-rindən qeyri-qanuni istifadə et­məyə, vergini qəsdən ödəmə-məyə cəhd göstərirlər.
Müasir dövrdə vergilərin tənzimlənməsində aşağıdakı istiqa­mət­lər özünü göstərir:
Birinci istiqamət – hüquqi şəxslərin vergitutmanın ən optimal təş­kilati-hüquqi formalarını seçmələri. Bütün dün-yada qeyri-məhdud məsuliyyətli şirkətlər məhdud məsuliy-yətli şirkətlərə isbətən az vergi ödəyirlər. Bundan başqa, bəzi ölkələrdə vergi güzəştləri hər hansı bir firmanın digər firmaların kapitalında iştirakına görə əldə etdiyi divi­den­də şamil edilir ki, bu da firmaların formal olaraq birləşmələri və maliyyə qrupları yaratmaları üçün stimul hazırlayır.
Ikinci istiqamət–vergitutmanın səviyyəsi nöqteyi-nə-zərindən firmaların yerləşdirilməsi, yaxud da qeydiyyatdan keçirilməsi üçün yerin seçilməsi. Bir çox ölkələrdə ayrı-ayrı əyalətlər, ştatlar, vilayətlər üçün daimi vergi güzəştləri möv-cuddur. Dövlət bunlardan iqtisadiy­ya­tın tənzimlənməsi aləti kimi istifadə edir. Bu güzəştlər regional uyğun­suzluqları aradan qaldırmaq məqsədini güdür. Bütün dünyada müxtəlif növ sərbəst iqtisadi zonalar inkişaf etməkdədir. Bunun başlıca səbəb­lərindən biri həmin ərazilərdə xarici və yerli firmalar üçün vergi gü­zəştlərinin müəyyən edilməsidir.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin