FəNN: makroiQTİsadiyyat


Vergitutmanın aşağıdakı formaları vardır



Yüklə 1,1 Mb.
səhifə24/105
tarix04.11.2022
ölçüsü1,1 Mb.
#67392
1   ...   20   21   22   23   24   25   26   27   ...   105
Makroiqtisadiyyat

Vergitutmanın aşağıdakı formaları vardır: 1) Bilava-sitə mənbə­dən (gəlir və ya mənfəət əldə edilənədək) vergi tutulması; 2) Bəyan­namə üz­rə (verginin gəlir və ya mənfəət əldə edildikdən sonra) vergi tutul­ma­sı. Bunlara uyğun olaraq vergitutma obyektləri gəlir, mənfəət, əmlak, tor­paq, faydalı qazıntılar və s. ola bilər.
Vergitutma bazası dedikdə vergitutma obyektinin vergi tutu­lan hissəsinin kəmiyyət ifadəsi başa düşülür.
Vergilər müəyyən olunduqda, bir sıra güzəştlər də nəzərdə tu­tu­la bilər
Bu və ya digər vergi növünün ödənilməsi üçün vergi bazasının əsas götürülən hissəsi vergi dərəcəsi (vergitutma norması) adlanır. Ən aşağı, ən yüksək və orta vergi dərəcə-ləri bir-birindən fərqlənir
Vergiləri əmək haqqından tutmaq daha asandır, çünki vergi əmək haqqı hesablanarkən tutulur və ondan yayınmaq mümkün deyil­dir
Ən böyük çətinlik özünü korporasiyalardan vergilə-rin alın­masında göstərir. Çünki onlar istehsal xərclərini süni surətdə artırmaq, müxtəlif növ güzəştlər, investisiya müka-fatları, dövlət orqanları tərə­findən icazə verilən müxtəlif fondlara ayırmalar və s. hesabına özlərinin vergiyə cəlb olunan mənfəət məbləğlərini azaltmağa çalışırlar. Vergi tu­tularkən torpağın və digər daşınmaz əmlakın dəyərinin müəyyən olun­masında da problemlər meydana çıxır.
Sahibkarlıq fəaliyyətindən, rantyedən gələn, habelə azad peşə sahiblərinin (həkimlər, vəkillər və s.) əldə etdikləri gəlirlərdən vergilərin alınmasında da müəyyən çətinliklər
meydana çıxır. Bu gəlirlərdən ver­gi­­lər ötən ilin yekunları nəzərə alınmaqla, bütün cari il ərzində ödənilir və bir növ "avans" ödənişlərini xatırladır. Axırıncı haqq-hesab isə ilin yekunlarına əsasən vergi deklarasiyası üzrə aparılır. Deməli, əslində bu vergi ödəyiciləri verginin bir hissəsinin ödənilməsi üçün bir növ möhlət əldə etmiş olur və onun kəmiyyətini azaltmaq imkanı qazanırlar. Bun­dan başqa, sahibkarlıq fəaliyyətindən əldə edilən şəxsi gəlirlərdən, kor­po­rasiyaların mənfəətindən və daşınmaz əmlakdan ödənilən vergilərin düzgünlüyünün yoxlanılması çoxsaylı maliyyə müfəttişləri ştatlarının, bəzi ölkələrdə isə hətta maliyyə polisinin sax­lanmasını tələb edir.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin