2. Inflyasiyanın səbəbləri və müasir dövrdə xüsusiyyətləri.
Qiymətlərin qalxması və pul artıqlığının əmələ gəl-məsi inflyasiyanın zahiri təzahürləridir. Onun başlıca səbəbi milli iqtisadiyyatda formalaşmış proporsiyaların, başqa sözlə, ümumi tarazlığın pozulmasıdır.
Dünya iqtisadi ədəbiyyatında tarazlığın pozulmasına və inflyasiyaya gətirib çıxaran aşağıdakı amillərin olduğu göstərilir.
1) Kağız pulun emissiyası, xarici ticarət, qeyri-məh-suldar, hər şeydən əvvəl, hərbi xərclər və dövlətin yerinə yetirdiyi vəzifələrlə əlaqədar olan xərclər üzərində dövlət inhisarının olması;
2) Əmək haqqının artırılması və onun səviyyəsinin saxlanması (azalmaması) üzərində müəyyən müddət həm-karlar ittifaqının inhisarının olması;
3) Ən iri firmaların qiymətlərin müəyyən edilməsi və öz xərcləri üzərində inhisarının olması.
Bunlar bir-biri ilə qarşılıqlı əlaqədədirlər və hər biri tələb və təklifin artması və ya azalmasına, onların arasında-kı tarazlığın pozulmasına təsir edə bilər. Inflyasiyanın sə-bəblərinin müəyyən edilməsi onunla mübarizə tədbirlərini işləyib hazırlamaq üçün lazımdır.
XX əsrin ortalarında sənayecə inkişaf etmiş ölkələrdə inflyasiyaya iki amil təsir etmişdir: 1) Maliyyə və pul-kredit sisteminin yenidən qurulması; 2) Iqtisadiyyatın oliqopolçu strukturunun formalaşması.
Bu dövrdə sahibkarların qiymətləri qaldırmaq yolu ilə daha çox mənfəət əldə etmək uğrunda apardıqları müba-rizə azad rəqabəti məhdudlaşdırmış, habelə pul tədavülünün və qiymətlərin əmələ gəlməsinin nisbi sabitliyi qızıl külçə standartlarını təmin etmişdir. Qızıl külçə standartı o demək idi ki, yalnız böyük məbləğdə, məsələn, Ingiltərədə ən azı 1700 funt sterlinq, Fransada 215000 frank və s. banknotlar külçə qızıla dəyişdirilə bilər. Həm də banknotları yalnız qızıla dəyişdirilməsi mümkün olan xarici valyutaya (devizaya1) mübadilə etmək olardı. Göründüyü kimi, bu pul sistemində bütün valyutalar bir valyutadan asılı vəziyyətə salınır. Əsas götürülən valyuta iflasa uğradıqda, onunla bağlı olan bütün ölkələrin valyutaları da nüfuzdan düşürdü.
Iqtisadiyyatın inkişafının müasir mərhələsinə keçil-məsi pulun hərəkətindəki istiqamətin kəskin surətdə dəyiş-məsinə səbəb oldu. Pul tədavülündə qızıl, kağız pullar tərəfindən sıxışdırılıb çıxarıldı, kredit-pul mexanizmi isə pul kütləsinin artması üçün əlverişli şərait yaratdı. Bunlar da öz növbəsində dövlət xərclərinin artması və dövlət büdcəsinin daim kəsirli olmasına səbəb oldu.
O dövrdə iqtisadiyyatın əksər sahələri üçün oliqopo-liya strukturu formalaşmışdı. Sahibkarlar belə bir şəraitdə özlərinin bazar, xüsusilə də qiymət siyasətlərini qarşılıqlı surətdə əlaqələndirmək imkanı əldə etmişdilər. Bu isə yeni, XX əsr üçün xarakterik olan, əmtəələrin qiymətlərinin art-ması meylinin inkişaf etməsinə səbəb olurdu. Lakin əsrin ilk dövrlərində, daha dəqiq desək, təqribən 30-35 il ərzində vaxtaşırı baş verən ifrat istehsal böhranları dövründə qiy-mətlərin artması daimi xarakter daşımır, daim pozulurdu.
Dostları ilə paylaş: |