FəNN: makroiQTİsadiyyat


Vergiləri əmək haqqından tutmaq daha asandır, çünki vergi əmək haqqı hesablanarkən tutulur və ondan yayınmaq mümkün deyil­dir



Yüklə 322,89 Kb.
səhifə42/177
tarix10.05.2022
ölçüsü322,89 Kb.
#57226
1   ...   38   39   40   41   42   43   44   45   ...   177
Makroiqtisadiyyat mühazirə

Vergiləri əmək haqqından tutmaq daha asandır, çünki vergi əmək haqqı hesablanarkən tutulur və ondan yayınmaq mümkün deyil­dir

Ən böyük çətinlik özünü korporasiyalardan vergilə-rin alın­masında göstərir. Çünki onlar istehsal xərclərini süni surətdə artırmaq, müxtəlif növ güzəştlər, investisiya müka-fatları, dövlət orqanları tərə­findən icazə verilən müxtəlif fondlara ayırmalar və s. hesabına özlərinin vergiyə cəlb olunan mənfəət məbləğlərini azaltmağa çalışırlar. Vergi tu­tularkən torpağın və digər daşınmaz əmlakın dəyərinin müəyyən olun­masında da problemlər meydana çıxır.

Sahibkarlıq fəaliyyətindən, rantyedən gələn, habelə azad peşə sahiblərinin (həkimlər, vəkillər və s.) əldə etdikləri gəlirlərdən vergilərin alınmasında da müəyyən çətinliklər

meydana çıxır. Bu gəlirlərdən ver­gi­­lər ötən ilin yekunları nəzərə alınmaqla, bütün cari il ərzində ödənilir və bir növ "avans" ödənişlərini xatırladır. Axırıncı haqq-hesab isə ilin yekunlarına əsasən vergi deklarasiyası üzrə aparılır. Deməli, əslində bu vergi ödəyiciləri verginin bir hissəsinin ödənilməsi üçün bir növ möhlət əldə etmiş olur və onun kəmiyyətini azaltmaq imkanı qazanırlar. Bun­dan başqa, sahibkarlıq fəaliyyətindən əldə edilən şəxsi gəlirlərdən, kor­po­rasiyaların mənfəətindən və daşınmaz əmlakdan ödənilən vergilərin düzgünlüyünün yoxlanılması çoxsaylı maliyyə müfəttişləri ştatlarının, bəzi ölkələrdə isə hətta maliyyə polisinin sax­lanmasını tələb edir.




Yüklə 322,89 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin