Fənn: Maliyyə, pul tədavülü və kredit Mövzu Maliyyənin mahiyyəti. P L a n


Kənd təsərrüfatı müəssisələrində xüsusi tədbirlərin və sosial-məişət ehtiyaclarına xərclərin maliyyələşdirilməsi



Yüklə 1,49 Mb.
səhifə12/22
tarix28.04.2017
ölçüsü1,49 Mb.
#16027
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

5. Kənd təsərrüfatı müəssisələrində xüsusi tədbirlərin və sosial-məişət ehtiyaclarına xərclərin maliyyələşdirilməsi
Xüsusi tədbirlərə çəkilən xərclərə, hər hansı təsərrüfat, rayon, həmçinin bölgə üzrə olan xərcləri əhatə edir. Onların həyata keçirilməsi istehsalın inkişaf etdirilməsinə və xoşa gəlməz hadisələrin aradan götürülməsinə müsbət təsir edir. Onlar əsasən büdcə təxsisatı hesabına maliyyələşdirilərək istehsal xərcinə aid edilmir.

Sosial-məişət ehtiyaclarına xərclərə aiddir: məktəbəqədər uşaq müəssisələrinin saxlanmasına, kadr hazırlığına; mənzil-kommunal təsərrüfatına; həmkarlar təşkilatına verilmiş binaların, qurğuların, bağların, parkların, istirahət düşərgələrinin saxlanılmasına; məktəblilərin məktəbə və geri aparılmasına, yemekxanada yeməklərin dəyərlərinin ucuzlaşdırılmasına çəkilən xərclər.

Xüsusi tədbirlərə məsrəflərin xeyli hissəsini əməliyyat xərcləri təşkil edir.

Kənd təsərrüfatı müəssisələrində xüsusi tədbirlərə məsrəflərin tərkibində aşağıdakı əməliyyat xərcləri maliyyələşdirilir: epizotologiyaya qarşı tədbirlər; meşə təsərrüfatının bərpası və onun mühafizəsi; yer quruluşu; torpağın yaxşılaşdırılması.

Əməliyyat xərcləri xətti üzrə kənd təsərrüfatına xidmət edən ixtisaslaşdırılmış müəssisə və təşkilatlar kənd təsərrüfatından başqa büdcə vəsaiti hesabına da maliyyələşdirilir. İxtisaslaşdırılmış müəssisə və təşkilatlara aiddir: dövlət baytarlıq stansiyası; dövlət atçılığı; toxum müfəttişliyi; pambıqçılıq üzrə elit təsərrüfatı; pambıq toxumçuluq laboratoriyası; kənd təsərrüfatı bitkilərinin toxum sınağı üzrə dövlət komissiyası; bitkilərin mühafizəsi və qarantininə dövlət xidməti orqanı; dövlət zona maşın sınaq stansiyası; sair müəssisə və təşkilatlar.

Epizotologiyaya qarşı tədbirləri həm büdcə təxsisatı, həm də təsərrüfatın xüsusi vəsaiti hesabına maliyyələşdirilir.

Kənd təsərrüfatı müəssisələrində büdcə vəsaiti hesabına aşağıdakı xərclər maliyyələşdirilir: heyvan və quşların yoluxucu xəstəliklərinə qarşı mübarizəyə xərclər; heyvanların və quşların diaqnostik tədqiqatdan keçirilməsinə; keçici xəstəliklərə qarşı profilaktiki tədbirlərin həyata keçirilməsinə; heyvanlarda və quşlarda qorxulu həşaratlara (qurdlara) qarşı mübarizə aparılmasına; minimum miqdarda biopreparatların, dezinfeksiya vasitələrinin, şprislərin, iynələrin, pambığın və digər tibbi ləvazimatın yaradılmasına; baytarlıq işçilərinə və sürücülərə əmək haqqı və ezamiyyə xərcləri; xüsusi geyimlərə xərclər; müvəqqəti xüsusi baytarlıq qarantin dəstəsinin yaradılmasına və saxlanmasına xərclər; epizotologiyaya qarşı mübarizə üçün istifadə edilən avtonəqliyyatların saxlanması xərcləri.

Bütün cinslərdən olan heyvanların müalicəsinə digər xərclər, həmçinin plan üzrə proflaktiki tədbirlər təsərrüfatın vəsaiti hesabına həyata keçirilir və heyvandarlıq məhsullarının maya dəyərinin tərkibinə daxil edilir.

Büdcə vəsaiti hesabına alınan preparatlar və tibbi ləvazimatlar istifadə edilərkən maliyyələşmə mənbəyi hesabına silinir. Təsərrüfat vəsaiti hesabına alındıqda isə heyvandarlıq üzrə xərclərə aid edilir.

Kənd təsərrüfatı müəssisələrində yerinə yetirilən aşağıdakı işlər meşə təsərrüfatı işlərinə aiddir: meşənin salınması; meşənin bərpası; meşə bitkilərinə qulluq edilməsi; toxumun yığılması; əkin materiallarının böyüdülməsi; qurumuş ağacların kəsilməsi və yanğından mühafizə və s. işlər. Qeyd olunan işlər ona aid olan meşə materiallarının satışından əldə etdiyi xüsusi vəsait hesabına və meşə təsərrüfatının inkişaf etdirilməsi üçün ayrılan büdcə təxsisatı hesabına yerinə yetirilir.

Əgər qeyd olunan işlərin meşə təsərrüfatı yerinə yetirərsə onda meşə təsərrüfatının kənd təsərrüfat müəssisənin imza etdikləri akta əsasən vəsait meşə təsərrüfatına köçürülür. İşləri bilavasitə kənd təsərrüfat müəssisəsi yerinə yetirdikdə isə təsərrüfatın təqdim etdiyi hesaba akta əsasən yuxarı təşkilat kənd təsərrüfatı müəssisəsinə yerinə yetirilən işlərə görə ödəmələr edir.

Maliyyələşmə planın uyğun olaraq yerinə yetirilmiş işin həcminə görə bu məqsədə hər rüb vəsait ayrılır.

Kənd təsərrüfat müəssisəsində yer quruluşu tədbirlərinə aiddir: yeni torpaq sahələrinin yaradılması və istifadəyə verilməsi; rayonun planlaşma sxeminə əsasən onların sərhədlərinin dəqiqləşdirilməsi və dəyişiklik edilməsi; təsərrüfat daxilində yararlı torpaqların iqtisadi əsaslarla təşkili; kənd təsərrüfatının istifadəsi üçün yeni torpaqların aşkara çıxarılması; həyatyanı torpaq sahələrinin ayrılması; kənd təsərrüfatına lazım olan topoqrafik, geodeziya , geobotanika və digər tədqiqat və axtarış işlərinin aparılması; dövlət kadastrının aparılması, torpağın kəmiyyətinin və keyfiyyətinin uçotunun aparılması, torpağın banitirofkası və əkini iqtisadi qiymətləndirilməsi. Qeyd olunan işlər yer quruluşu təşlikatları tərəfindən büdcə vəsaiti hesabına yerinə yetirilir.

Yer quruluşu tədbirlərinə görə büdcə təxsisatı bu işləri yerinə yetirən təşkilatların hesablaşma hesabına köçürülür.

Torpağın keyfiyyətinin yaxşılaşdırılması tədbirlərinə aiddir: torfun gətirilməsi, torpağın gipsləşdirilməsi, fosforlaşdırılması, melarativ işlənilməsi əhənglənməsi və digər işlər. Bu tədbirlərdən yalnız şoran torpaqların əhəglənməsi büdcə vəsaiti hesabına yerinə yetirilir. Qalan tədbirlərin hamısı təsərrüfatın vəsaiti hesabına yerinə yetirilir.

Torpağın keyfiyyətini yaxşılaşdırılması işlərə görə hesablaşma başa çatmış obyektlərdə təqdim olunan hesaba və yerinə yetirilmiş işlərə görə akta əsasən həyata keçirilir.

Podratçılarla hesablaşma, bank şöbəsi vasitəsilə təqdim olunan hesaba və aylıq akta əsasən ödəmə tapşırığı ilə podratçının hesablaşma hesabına vəsaitin köçürməklə aparılır.

Torpağın əhənglənməsi xərcləri büdcə vəsaitləri hesabına olduqda xərclər 96 №-li hesaba silinir.Əgər xüsusi vəsaitlər və krediti hesabına olarsa onda həmin xərclər 20∕1 sub hesabına aid edilərək, sonrakı 5-7 il ərzində məhsulların maya dəyərinə daxil edilir. Əməliyyat xərclərinin illik smetası və maliyyələşmə planı rüblərə və ayrı-ayrı tədbirlərə bölünməklə hazırlanaraq, xidmət eləyən bank şöbəsinə də verilir.




6. Kənd təsərrüfatı müəssisələrinin fondları

Kənd təsərrüfatı müəssisələri öz fəaliyyətlərini həyata keçirmək üçün nizamnamə (bölünməz), amortizasiya, təmir, yığım və istehlak fondları yaradırlar.

Nizamnamə (bölünməz) kapitalı təsərrüfatda olan əsas və xüsusi dövriyyə vəsaitlərinin məbləğini əks etdirir. Nizamnamə kapitalının həcmi müəssisənin yaradılması barədə təsisedici sənədlərlə müəyyən edilir və müəssisənin fəaliyyət göstərdiyi dövrlərdə dəyişilməz qalır. Əgər təsadüfən nizamnamə fondunun artırılması haqqında qərar qəbul edilərsə, onda uyğun olaraq müəssisənin təsisedici sənədlərində də dəyişiklik aparılır.

Nizamnamə (bölünməz) fondunun azadılmasında da həmçinin təsisedici sənədlərdə dəyişiklik edilir. Bu baxımdan nizamnamə fondu (bölünməz) müəssisənin mülkiyyətində olan kapitalının həcmini əks etdirir.

Kənd təsərrüfatı müəssisələrində yaradılan fondların həcmini onlar özləri sərbəst müəyyən edirlər.

Fondlar bir qaydada mənfəət (xalis gəlir) hesabına yaradılır. Təsərrüfatlarda müxtəlif yığım və istehlak fondların yaradılması imkan verir ki, müəssisə toplanan vəsaiti yığım və istehlak fondlarına bölüşdürülərkən optimal nisbətlərə əməl etsin.

Müəssisədə yığım və istehlak fondlarının yaradılması və istifadə edilməsi kənd təsərrüfatı istehsalının idarə edilməsi sistemində iqtisadi vasitələrdən ən vacibidir. Bu vasitədən düzgün istifadə etdikdə kollektivin marağının ödənilməsi cəmiyyətdən; işçilərinki – kollektivdən yaxın asılılığı təmin edilir.

Yığım və istehlak fondları sistemində kənd təsərrüfatı müəssisələri vəsaitlərindən maddi həvəsləndirmə, sosial inkişaf, istehsalın, elm və texnikanın inkişafı fondlarını yaradır və istifadə edirlər.

Təsərrüfatların ixtiyarı var ki, məqsədli ehtiyaclar üçün təmir fondu, valyuta fondu, ehtiyat fondu və s. yaratsınlar.

Müəssisənin yığım və istehlak fondları vəsaitlərinin hamısı smeta üzrə sərf edilir. Smetanın layihəsi təsərrüfatın əmək kollektivinə müzakirə üçün verilir, o qəbul edildikdən sonra həmkarlar komitəsi və rəhbərliyin birgə qərarı ilə təsdiq edilir. Smetadan istifadə haqqında rəhbərlik və həmkarlar komitəsi əmək kollektivinə məlumat verir. Fond vəsaitinin qalığı götürülmür, növbəti ildə təsdiq edilmiş smetaya uyğun istifadə edilir. Müəssisənin yığım və istehlak fondlarının vəsaitləri təsərrüfatın hesablaşma hesabında saxlanır.

Fondların plan və faktiki həcmini təsərrüfat müəyyən edir. Hansı həcmdə fond vəsaiti varsa, o qədər də sərf etmək olar. İcazə verilir ki, gələcək ayırmalar hesabına xərclər edilsin. İstehsalın, elm və texnikanın inkişafı və sosial inkişaf fondu vəsaitində çatışmazlıq olduqda bank kreditindən istifadə etmək olar. Təsərrüfatların hamısı yığım və istehlak fondlarını ilin yekun işləri üzrə yaradırlar.

Kənd təsərrüfatı müəssisələri bununla yanaşı xüsusi yığım və istehlak fondlarını yaratmayaraq, onların sərəncamında qalan vəsaitlərdən istifadə üçün ümumi smeta tərtib edirlər. Hansı ki, həmin vəsaitlərdən istehsalın inkişafına, texniki tərəqqiyə, elmi nailiyyətlərin tətbiqinə, yaxşı olmayan hava şəraitinin mənfi təsiri zamanı istehsalın inkişaf etdirilməsi üçün maliyyə ehtiyatlarının yaradılmasına istifadə edilir.

Müəssisənin sərəncamında qalan maddi həvəsləndirmənin vəsaiti mükafatlandırmağa, təltif etməyə, əməyə görə həvəsləndirmənin digər formalarına, maddi köməyə sərf edilir. Həmçinin ondan işçilərin əlavə məzuniyyətinin ödənilməsində istifadə olunur. Təsərrüfatın hüququ var ki, əmək kollektivinin razılığı ilə onun sərəncamında qalan vəsaiti faktiki əmək haqqı fondunun artırılmasına yönəltsin.

Bundan başqa vəsaitdən istehsal ehtiyatlarının aşkar edilməsinə yönəldilən baxışın, müsabiqənin qaliblərinə - kollektivə və ayrı-ayrı işçilərə mükafatların verilməsinə; əhəmiyyətli işlərin öz vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə görə, təsərrüfatın istehsal fəaliyyətinin yekununun yaxşılaşdırılmasına görə, yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına görə, işçilərin mükafatlandırılmasına; işçilərə birdəfəlik yardım edilməsinə; əmək haqqı fondunda sərf olunmuş artıq xərcin ödənilməsinə; təsərrüfat fəaliyyətinin əsas nəticəsinə görə tibb işçilərinin, mədəni maarif və idman qurğuları (onun balansında olan) işçilərin mükafatlandırılmasına; əmək veteranlarına, əvvəllər bu təsərrüfatda işləmiş əmək əlillərinə (hansı ki, onlar pensiya alırlar, təsərrüfatın siyahı tərkibində yoxdurlar) birdəfəlik yardım edilməsinə və ya maddi köməyə; təsərrüfatın ərazisində yaşayan və işləyən müəllimlərə və həkimlərə, uzun müddət təsərrüfatda işləyib hazırda pensiya alanlara, vicdanla çalışanlara inək almaq üçün aldıqları kreditin 50%-nin ödənilməsinə; təsərrüfatda ən azı 5 il işləyən (gənclər üçün 2 il) işçilərə fərdi mənzil tikintisi üçün götürdükləri kreditin müəyyən hissəsinin ödənilməsinə; işdə digər nailiyyətlərə görə mükafatların ödənilməsinə sərf edilir.

Maddi həvəsləndirmə məqsədilə təsərrüfatın sərəncamında qalan vəsaitin istifadəsinin dəqiq təyinatını təsərrüfatın rəhbəri həmkarlar komitəsi ilə birlikdə müəyyən edir. Onlar təsərrüfatın işçilərinin maddi maraqlandırılması haqqında şərtləri işləyir və təsdiq edirlər. Təlimatda əhəmiyyətli işlərin öz vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə görə mükafatlandırma üçün, həmçinin qiymətləndirməsi ardıcıllığı, mükafatın həcmi, göstəricilər şərti və s. göstərilir.

İşçilərin orta əmək haqqı çıxarıldıqda (məzuniyyət vaxtı, pensiya və müavinət hesablanarkən və s.) təsərrüfatın sərəncamında qalan vəsaitdən bütün pul ödəmələri (birdəfəlik kömək üçün ödəniləndən başqa) nəzərə alınır.

Mükafatların və həvəsləndirmələrin ödənilməsi il ərzində işlərin faktiki nəticəsinə görə müəssisənin sərəncamında qalan vəsait hesabına uyğun smetada həyata keçirilir. Qeyd edilən vəsaitdə çatışmazlıq olduqda müəssisə onu maliyyə ehtiyatı vəsaiti hesabına tamamlaya bilər. Bu baxımdan müəssisənin sərəncamında qalan vəsaitin yaradılmasının qalıq prinsipi, ondan istifadənin səmərəliliyini təmin edir.

- Sosial inkişafın vəsaitindən mənzil tikintisinə, sosial-mədəni sferanın maddi texniki bazasının möhkəmləndirilməsinə, həmin obyektlərin saxlanmasına, mədəni-kütləvi tədbirlərin keçirilməsinə və digər sosial tələbatın ödənilməsinə istifadə edilir. Vəsaitin əsas hissəsi yaşayış evlərinin tikintisinə, uşaq müəssisələrinin və digər sosial obyektlərə yönəldilir.

- İstehsalın, elm və texnikanın inkişafı vəsaitindən fəaliyyət göstərən istehsalın yenidən qurulmasına, texniki cəhətdən yeniləşdirilməsinə və genişləndirilməsinin maliyyələşdirilməsinə; yeni obyektlərin tikintisinə, elmi-tədqiqat, təcrübə konstruksiya və layihə işlərinin keçirilməsinə; bu işlər üçün avadanlıqların, priborların və digər əmtəə-material qiymətlilərin gətirilməsinə yerli avtomobil yollarının tikintisində, yenidən qurulmasında, təmirində və saxlanılmasında iştirakına; kənd təsərrüfatının maşınlarının, mexanizmlərin, mal-qaranın, quşların, toxumların və s. alınmasına; əsas sürünün təşkilinə; uzun müddətli bank kreditlərinin və onların faizlərinin ödənilməsinə; xüsusi dövriyyə vəsaitlərinin artımının və çatışmazlığının ödənilməsinə; gənc mütəxəssislərin hazırlanması üzrə xərclərin əsas hissəsinin ödənilməsinə; təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsinə; əmlak digər müəssisələrə verilərkən, satılarkən və ya silinərkən yaranan zərərin ödənilməsinə; icarəyə verilən əsas vəsaitlərin xərcinin ödənilməsinə; digər istehsalat ehtiyaclarının maliyyələşdirilməsinə istifadə edilir.

Mövzu 8. İnvestisiyanın maliyyələşdirilməsi
P L A N
1. İnvestisiya fəaliyyətinin mahiyyəti

2. İnvestisiya qoyuluşunun maliyyələşdirilməsi mənbələri

3. İnvestisiyanın maliyyələşmə mənbəyi kimi amortizasiya

4. Əsas vəsaitlərin təmirinin maliyyələşdirilməsi və kreditləşdirilməsi



1. İnvestisiya fəaliyyətinin mahiyyəti
İnvestisiya – gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intelektual sərvətlərdən ibarətdir.

İnvestisiya obyektlərinə qiymətli kağızlar (səhmlər, istiqrazlar və s.), iqtisadiyyatın bütün sahələrində yeni yaradılan və modernləşdirilən əsas fondlar və dövriyyə vəsaitləri, məqsədli pul əmanətləri, elmi-texniki məhsul və mülkiyyətin digər obyektləri, əmlak hüququ və intellektual mülkiyyət hüququ aid edilir.

İnvestisiya fəaliyyəti subyektləri (investorlar) hasilat, tikinti, innovasiya və maliyyə kapitalı dövriyyəsi siferasına daha çox diqqət yetirirlər. İnvestisiyalaşmanın əsas istiqamətləri kimi aşağıdakıların fərqləndirilməsi məqsədəuyğundur. İstehsalın genişləndirilməsinə, istehsal infrastrukturunun inkişafına, modernləşdirməyə, material ehtiyatlarının artırılmasına, sosial infrastrukturunun inkişafına, elmə, kadr hazırlığına investisiyalar.

İnvestisiya proseslərin əsas kapitalın artırılması və yeniləşdirilməsi, innovasiyalı inkişafı, sturuktur təkmilləşmələrinin həyata keçirilməsinə və istehsalın səmərəliyini yüksəldən digər bu kimi vəzifələrin icrasına yönəldilir.

Ümumiyyətlə, investisiya qoyuluşlarını gələcəkdə gəlir əldə etmək üçün bu gün pul vəsaitlərinin maddi aktivlər və ya qiymətli kağızlar əldə edilməsinə sərfi kimi xarakterizə etmək olar və xarakteristikadan bəllidir ki, investisiyalar real və maliyyə investisiyalarına bölünür.

Maliyyə investisiyaları – səhm, istiqraz, opsion və s. qiymətli kağızlar alqısı ilə bağlıdır.



İnvestisiyaların təsnifatı


İnvestisiyalar







Real investisiyalar




Portfel investisiyalar





Təhlükə-sizlik və təbiəti mühafizə



İstehsalın genişlən-məsi layihələri

Digər layihə-lər

Qiymətli kağızlar alqısı

İstehsalın modernləş-məsi layihələri

Yeni istehsallar və yeni bazarlarla bağlı layihələr



İstehsalın saxlanması layihələri

Kapital qoyuluşu - əsas fondların bərpasına və inkişafına yönəldilən material, əmək və pul vəsaiti məsrəfidir.

Təkrar istehsal üzrə kapital qoyuluşu istehsal və qeyri istehsal təyinatlı qoyuluşlara bölünür. İstehsal təyinatın qoyuluşlara istehsal qurğularının tikintisinə və avadanlıqlarına, su təsərrüfatı və meliorasiya qurğularına, kənd təsərrüfatı texnikasının və inventarların gətirilməsinə, çoxillik əkmələrin və bağların salınmasına və s. xərclər aid edilir.

Mədəni-məişət təyinatlı obyektlərin tikintisinə, mənzil-kommunal təsərrüfatına məsrəflər qeyri-istehsal təyinatlı kapital qoyuluşuna aid edilir.

Kapital qoyuluşunda əsas yeri 1-ci qrup təşkil edir. Ona görə ki, o istehsal prosesində həlledici rol oynayır. Digər tərəfdən kənd təsərrüfatı istehsalı imkanının yaxşılaşdırılması kəndin sosial problemlərinin həlli ilə bilavasitə əlaqədardır. Buna görə qeyri-istehsal təyinatlı kapital qoyuluşu hər il genişləndirilməlidir.

Kapital qoyuluşu növlərinə görə tikinti-quraşdırma işlərinə məsrəflərə, quraşdırma tələb edən və etməyən maşın və avadanlıqların, inventar və alətlərin gətirilməsinə məsrəflərə; çoxillik əkmələrin salınmasına və becərilməsinə məsrəflərə; layihə-axtarış işlərinə; obyektlərin inventar dəyərinə aid edilən sair kapital qoyuluşuna məsrəflərə bölünür.

Tikinti-quraşdırma işləri iki üsulla podrat və təsərrüfat üsulu ilə yerinə yetirilir. Podrat üsulla işləri lazımi texnika ilə təcriz edilmiş, yüksək ixtisaslı kadrlara malik ixtisaslaşmış tikinti təşkilatları yerinə yetirir.

İnvestisiya fəaliyyəti haqqında (Azərbaycan Respublikası Qanunu) qanuna uyğun olaraq əsaslı tikintidə işləri yerinə yetirmək üçün dövlət investorlara (investisiya fəaliyyətini həyata keçirənlərə) sifariş verir. Sifariş veriləndə bir qayda olaraq, müəssisə və təşkilatlar üçün bu sifarişin iqtisadi səmərəliliyi nəzərə alınır. Sifariş müsabiqə (tender) yolu ilə verilir. Həmçinin tikinti işlərində investorlara dövlət sifarişi verilərkən, qanunvericiliklə müəyyən güzəştlər də nəzərdə tutula bilər. İşlər başa çatandan sonra Respublika dövlət sifarişi obyektləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydada istismara qəbul olunur.

Tender – hər hansı bir işin, xidmətin ən səmərəli üsul və aşağı xərclə yerinə yetirilməsi üçün iddiaçılar arasından birinin (bir neçəsinin) seçilərək, həmin işin (xidmətin) müqavilə əsasında ona (onlara) həvalə edilməsi məqsədilə keçirilən müsabiqədir. (Tender haqqında Azərbaycan Respublikası Qanunu. Azərbaycan qəzeti.11.04.1997. İstehsal növünün təşkili üçün texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu nou-hau adlanır.

Çoxillik əkmələrin salınması və becərilməsi üzrə məsrəflər iki mərhələdə həyata keçirilir. Birincidə - əkmələrin salınması üzrə , ikincidə - çoxillik əkmələrin məhsuldar dövrünə qədər becərilməsi üzrə məsrəflər.

Layihə - axtarış işləri üzrə kapital qoyuluşuna, layihə-smeta sənədlərinin gətirilməsinə, layihə tapşırıqlarının, texniki layihənin, smeta-maliyyə hesablamalarının, işçi sxemlərin hazırlanmasına xərclər aid edilir.

Sair kapital işlərinə və məsrəflərə tikintidə yerdəyişmə, torpaq sahələrinin yaxşılaşdırılması üzrə xərclər aid edilir.

Kapital qoyuluşu planlaşdırılmasına və maliyyələşdirilməsi mənbəyinə görə dövlətin mərkəzləşdirilmiş; müəssisənin xüsusi vəsaiti və bank krediti hesabına yerinə yetirilir. Birinci halda kapital qoyuluşu büdcə təxsisatı, mərkəzləşdirilmiş fondlar və ehtiyatlar hesabına maliyyələşdirilir və sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulur; ikinci halda müəssisə və təşkilat sərbəst müəyyənləşdirir və təsdiq edir.

2. İnvestisiya qoyuluşunun maliyyələşdirilməsi mənbələri
İnvestisiya qoyuluşunun maliyyələşdirilməsi mənbələri – xüsusi borc və büdcə vəsaitlərinə ayrılır. Maliyyələşdirilməsi mənbələrindən asılı olaraq investisiya qoyuluşu mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş qoyuluşlara ayrılır. Mərkəzləşdirilmiş investisiya qoyuluşu əsasən büdcə vəsaiti hesabına yerinə yetirilir. Xüsusilə də sahələrarası istehsalın inkişafına yeni tikintiyə və s. yönəldilir. Mərkəzləşdirilməmiş investisiya qoyuluşu isə xüsusi vəsait və bank krediti hesabına yerinə yetirilir.

İnvestisiya qoyuluşunun maliyyələşdirilməsinin xüsusi mənbələrinə aiddir: mənfəətdən bu məqsədə ayırma; səhm buraxılışından səfərbər edilən vəsait; icarə haqqı əsaslı tikintidən daxili resursların səfərbər edilməsi; əsas istehsal fondları üçün nəzərdə tutulan amortizasiya ayırması; artıq və lazımsız əsas fondların satışından gəlir; məhsuldar və iş heyvanlarının çıxdaş edilməsindən gəlir və s.

İnvestisiya qoyuluşunun maliyyələşdirməsi mənbələrindən ən əsaslısı amortizasiya ayırmasıdır.


3. İnvestisiyanın maliyyələşmə mənbəyi kimi amortizasiya
Bazar iqtisadiyyatına keçid şəraitində əsas fondların təzələnməsi ilə əlaqədar olan xərclərin ödənilməsinin, müəssisənin özünü maliyyələşdirilməsinin əsas mənbəyi müəssisənin xüsusi vəsaitidir. Bu vəsait əsas fondların bütün xidməti müddətində amortizasiya ayırmaları şəklində yığılır. Amortizasiya ayırmaları müəssisənin öz maliyyə resursları içərisində başlıca yer tutur.

Amortizasiya əsas fondların fiziki və mənəvi aşınmasının pul ilə ifadəsidir. Amortizasiya əsas fondlar sıradan çıxdıqda onları tam dəyişmək məqsədilə həyata keçirilir. Məhsul satışından əldə edilən gəlirin bir hissəsi (amortizasiya ayırmaları həcmində) amortizasiya fonduna daxil olur.

Amortizasiya fondu – əsas istehsal fondlarının amortizasiya ayırmaları hesabına yığılmış və köhnəlmiş əsas fondların bərpasına və yeni əsas fondların alınmasına yönəldilən pul vəsaitidir.

Amortizasiya ayırmalarının məbləği məhsulun istehsal xərclərinə (maya dəyərinə) daxil edilir və bununla da məhsulun qiymətinin üzərinə keçir. Müəssisə amortizasiya ayırmaları məbləğini yığmağa borcludur. Bu baxımdan müəssisə həmin məbləği məhsulun satış pulundan ayıraraq amortizasiya fonduna keçirməlidir. Müəssisənin illik amortizasiya ayırmalarının kəmiyyəti əsas fondların dəyərindən, onun tərkibindən və amortizasiya normasından asılıdır.

Amortizasiya hər ay hesablanır, yəni daimi və fasiləsiz xarakter daşıyır. Fondun vəsaiti dövri olaraq xərclənir yəni vəsaitin xərclənməsi normativ xidmət müddətinin başa çatması ilə əlaqədar onların təkrar istehsalı prosesində həyata keçirilir. Bu anadək həmin vəsaitlər azad olur və əsas fondların təkrar istehsalı üçün maliyyə resursları mənbəyi kimi istifadə edilə bilər.

Amortizasiya ayırmaları sistemində əsas problemlərdən biri də amortizasiya ayırmaları normalarının təkmilləşdirilməsi, əsas fondların, xüsusən onların aktiv hissəsinin – maşın və avadanlıqların sürəti amortizasiya metodundan istifadə edilməsidir.

Amortizasiya ayırmalarının məbləği amortizasiya normasına görə müəyyən edilir. Amortizasiya norması əsas fondların hazır məhsulun üzərinə hər il keçirilən hissəsini əks etdirir. Amortizasiya norması aşağıdakı düsturla hesablanır:

Fİ – FL


Na = ───── ∙100

TN ×Fİ


burada, Na – amortizasiya norması;

Fİ – əsas fondların ilk dəyəri, man.;

FL – əsas fondların ləğv etmə dəyəri, man.

TN – əsas fondların normativ xidmət müddətidir (amortizasiya müddəti), il.

Amortizasiya normasının səviyyəsi əsas fondların aşınmış hissəsinin bərpa edilməsi üçün lazım olan resursların həcmini müəyyən edir. Amortizasiya normasının köməyilə əsas fodların dövretmə sürəti tənzimlənir, onların təkrar istehsalı prosesi intensivləşdirilir. Amortizasiya norması və əsas fondların qrupları üzrə bu normaların diferensiallaşdırılması vasitəsilə müəssisədə texniki və istehsal siyasəti həyata keçirilir.

Əsas fondların tam bərpası üçün amortizasiya ayırmalarının məbləği aşağıdakı düsturla hesablanır:


Aa = Na ∙ F

burada, Aa – amortizasiya ayırmalar, F – əsas fondların orta illik dəyəridir, man.

Amortizasiya ayırmalarının həcmi üç metodla müəyyən edilir: bərabər, bərabər sürətləndirilmiş, sürətləndirilmiş (və ya qeyri-bərabər). Bərabər metodla amortizasiya ayırmaları belə hesablanır: əsas fondların orta illik dəyəri amortizasiya ayırmalarının illik normasına vurulur.

Məsələn: 5 il istifadə müddətinə orta illik dəyəri 100,0 mln manat avadanlıq alınmışdır. Amortizasiya ayırmalarının illik norması 20%-dir. Buradan amortizasiya ayırmalarının illik məbləği 100x20:100=2,0 mln man. olacaqdır.

Amortizasiya ayırmalarının hesablanmasının bərabər metodu əsas fondların fiziki və mənəvi cəhətdən bərabər aşınmasına əsaslanır. Belə hesablama fiziki aşınma üçün tam qanunauyğundur. Lakin mənəvi aşınma üzrə vəziyyət tamamilə başqa cürdür, çünki elm, texnika, istehsal texnologiyası qeyri-bərabər inkişaf edir. Əsas fondların mənəvi aşınması əksər hallarda amortizasiya normasında nəzərdə tutulduğu kimi bərabər sürətlə deyil, sürətləndirilmiş qaydada baş verir. Ona görə də əsas fondların sürətləndirilmiş mənəvi aşınması baş verdikdə sahibkar onların dəyişdirilməsini təmin edən amortizasiya ayırmalarına malik olmalıdır. Həmin problemi əsas fondların sürətləndirilmiş amortizasiyası metodundan istifadə etməklə həll etmək olar. Bu zaman ilk üç ildə artırılmış normalar tədbiq edilir ki, bu da əsas fondların ilk dəyərinin 2/3 hissəsinə qədərinin məhsulun maya dəyərinə keçirilməsinə imkan verir. Bundan sonra dəyərin qalan hissəsi qəbul olunmuş amortizasiya müddəti hədlərində yerdə qalan hər bir xidmət ili üçün eyni (sabit) amortizasiya normaları üzrə keçirilir.

Hazırda qeyri-bərabər amortizasiya geniş yayılmaqdadır. Bu zaman avadanlığın dəyərinin əsas hissəsi istismarın ilk illərində istehsal xərclərinə daxil edilir. Məsələn, birinci il 50%, ikinci il 30%, üçüncü il 20%. Bu isə inflyasiya şəraitində çəkilmiş xərcləri daha tez ödəməyə və onu avadanlıq parkının yeniləşdirilməsinə yönəltməyə imkan verir.

Amortizasiyanın aşağıdakı qaydaları geniş tədbiq edilir:

1. Amortizasiyaya məruz qalacaq əmlak aşağıdakı kateqoriyalar üzrə birləşdirilir:

- binalar, tikililər və onların sturuktur komponentləri;

- minik avtonəqliyyatı, yüngül yük avtonəqliyyatı, idarə avadanlığı və mebel, kompüter texnikası, informasiya sistemləri və məlumatların işlənməsi sistemləri;

- enerji, nəqliyyat və digər texnoloji avadanlıq eləcə də birinci və ikinci kateqoriyaya daxil edilməyən maddi aktivlər;

- qeyri-maddi aktivlər.

Vergiyə cəlbolunmanı asanlaşdırmaq üçün amortizasiyaya məruz qalacaq əmlakın tərkibinə faydalı xidmət müddəti bir ildən çox olan, dəyəri əməyin ödənilməsinin aylıq minimum ölçüsünün 100 mislindən artıq olan əmlak daxil edilir. Torpaq sahələri, yerin təki və meşələr, eləcə də maliyyə aktivləri amortizasiyaya məruz qalacaq əmlaka daxil edilmir.

2. Amortizasiyanın illik normaları: birinci kateqoriya üçün – 5%, ikinci kateqoriya üçün – 25%, üçüncü kateqoriya üçün 15% müəyyən edilir. Dördüncü kateqoriya üçün amortizasiya ayırmaları müvafiq qeyri-maddi aktivlərin mövcud olması müddəti ərzində bərabər hissələrlə həyata keçirilir. Qeyri-maddi aktivin istifadə müddətini müəyyən etmək deyildirsə, amortizasiya müddəti 10 il qəbul edilir.

3. İkinci və üçüncü amortizasiya kateqoriyalarına aid edilən əmlak üçün amortizasiya ayırmalarını müəyyən etmək üçün əmlakın cəmi dəyərini amortizasiya normasına vurmaq lazımdır. Birinci və dördüncü kateqoriyadan olan əmlak üzrə isə amortizasiya ayırmaları hər bir avadanlıq vahidi üçün ayrı-ayrılıqda hesablanılır.

4. Amortizasiya ayırmaları hesablanarkən istismar şərtlərini nəzərə alan əmsaldan istifadə olunur. Bu əmsal ayrı-ayrı istehsal növlərinin xüsusiyyətlərini, maşın və avadanlığın istismar rejimlərini, əsas fondların istismarının sürətləndirilməsinə təsir edən təbii şərtləri və ətraf mühiti əks etdirir. Amortizasiya ayırmaları aşağıdakı düsturla hesablanır:

Aa = ND∙KG∙F,

burada, KG – istismar şərtlərini nəzərə alan əmsaldır.




Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin