5.Girov müqaviləsi.
Girov-öhdəliyin icrasının təmin edilməsi üsuludur. Girova əsasən borclu təmin olunmuş öhdəliyi icra etmədikdə kreditor-girov saxlayan girov qoyulmuş əmlakın dəyərindən təminat almaqda başqa kreditorlar qarşısında üstünlük hüququna malikdir.
Girovqoyan-girov qoyulan əmlaka(hüquqlara) mülkiyyət və ya tam təsərrüfatşılıq səlahiyyəti hüququ olan, əsas borc üzrə borclu kimi, yaxud girov təqdim edən üçüncü şəxs kimi Azırbaycan Respublikasının və xarici ölkələrin fiziki və hüquqi şəxsləridir.
Girovsaxlayan (kreditor)-borclunun öhdəliyinin lazımi qaydada icra edilməsini təmin etmək məüsədi ilə girovu qəbul edən Azərbaycan Respublikasının və xarici ölkələrin fiziki və hüquqi şəxsləridir.
Girovun predmeti dövlət, xüsusi və ya bələdiyyə mülkiyyətində, habelə tam təsərrüfatçılıq səlahiyyətində olan əmlak ola bilər.
Cirov müqaviləsi müstəqil xarakter daşımır və əsas müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə bağlanır. Girov müqaviləsi sadə yazılı formada bağlanmalıdır. Girov barədə şərtlər girovla təmin olunmuş öhdəliyi yaradan müqavilədə nəzərdə tutula bilər.
Girov müqaviləsində tərəflərin adları və ünvanları, girov qoyulan əmlakın adı(tırkibi), onun qiyməti və olduğu yer, girovla təmin edilmlş öhdəliyin mahiyyəti, həcmi, icra edilməsi müddətləri, müqavilənin imzalandığı yer və tarix, habelə tərəflər arasında razılaşdırılmalı olan bütün digər şırtlər göstərilməlidir. Girov qoyulmuş əmlakın dəyəri tərəflərin razılığı ilə, tərəflərdən biri təkid etdikdə isə qiymətləndirici tərəfindən müəyyən edilir.
Daşınmaz əmlakın girov qoyulması haqqında müqavilədə ipoteka predmeti olan əmlaka girovqoyanın hüquqları və bu hüquqları qeydə almış dövlət orqanı göstərilməlidir.
Azərbaycan Respublikasından kənarda bağlanmış girov müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş tələblərə zidd deyilsə, yalnız formaya əməl olunmadığına görə etibarsız sayıla bilməz.
Tərəflərin razılığı ilə başqa qayda müəyyən edilməyibsə, girov müqaviləsi üzrə tərəflərin hüquq və vəzifələri girovqoyanın təsis olunduğu, yaşadığı və ya əsas fəaliyyət göstərdiyi ölkənin qanunvericiliyi ilə müəyyənləşdirilir.
Girov dövlət qeydiyyatından keçməlidir. Dövlət qeydiyyatı qaydalarının pozulması girovun etibarsız sayılmasına səbəb olur. Girov dövlət qeydiyyatından keçdiyi andan qüvvəyə minir. Saxlanc girovunun dövlət qeydiyyatı tələb olunmur. (saxlanc girovu- girov saxlayanın sahibliyinə və müqavilədə nəzərdə tutulan hallarda istifadəsinə verilən daşınar əmlakın girovudur.). Girovun dövlət qeydiyyatı üçün girovqoyan girov müqaviləsinin tarixindən 30 ğün ərzində qeydiyyat orqanına qeydiyyat ərizəsi verməlidir. Girovun qeydiyyatına alınması xərcləri girovqoyanın hesabına aparılır.
Girov müqaviləsi ilə girovqoyanın hesabına və mənafeyi naminə girovsaxlayanın üzərinə saxlanc girovu predmetini sığortalamaq vəzifəsi qoyula bilər.
Mövzu 15. Bank sistemi və Mərkəzi bank.
Plan
1. Bank işinin yaranması və inkişaf tarixi
2. Bankların təsnifləşdirilməsi
3. Dünya bank sisteminin xüsusiyyətləri
4. Mərkəzi bankın təşkili formaları və funksiyaları
5. Mərkəzi bankın passiv əməliyyatları
6. Mərkəzi bankın aktiv əməliyyatları
1.Bank işinin yaranması və inkişaf tarixi
Qədim əsrlər tarixində bankların nə zaman yarandığı, onların hansı əməliyyatları yerinə yetirdiyi, onların təkamülündə hərəkətverici qüvvənin məhz nəyin olduğu haqda dolğun məlumat yoxdur. Qədim xalqların ilk pulları haqda (balıqqulaqları, xəz dəri, qızıl külçələr, və s.) müəyyən qədər məlumat bu günə qədər gəlib çıxsa da, hazırda banklar haqqında yetərincə məlumat bizə çatmamışdır.
Bildiyimiz kimi bank sözü italyan sözü olan “banko” sözündən götürülüb, masa mənasını verir. Bu masa-banklar malların gur ticarəti baş verən meydanlarda qurulurdu. Bu ticarət zamanı dövlət tərəfindən, ayrı-ayrı şəhərlərin və hətta ayrı-ayrı şəxslərin zərb etdikləri müxtəlif sikkələrdən istifadə olunurdu. Aydın məsələdir ki, o dövrdə vahid pul sistemi yox idi. Alqı-satqı zamanı müxtəlif dəyərli, cürbəcür pullara rast gəlmək olurdu. Belə bir şəraitdə bu pulların bir-birinə dəyişdirilməsinin hansı nisbətdə aparılmasını məsləhət görən xüsusi peşəkarlar lazım idi. Bu peşəkarların ticarət meydanında öz fəaliyyətlərini yerinə yetirmək üçün xüsusi masaları olurdu. Əgər nəzərə alsaq ki, X əsrdə İtaliya dünyanın ticarət mərkəzi hesab olunurdu və buraya dünyanın hər yerindən müxtəlif ölkələrin malları və pul nişanları axışırdı, o zaman ticarət əməliyyatlarında bankirlərin iştirakının vacibliyini və onların masa-banklarının daha geniş yayılmasının səbəbini başa düşmək olar.
Qədim Yunanıstanda isə ticarətin bu məsləhətçiləri trapezidlər adlandırılırdı. Yunan dilində “trapeza” masa deməkdir. Qədim Romada da bu fəaliyyətlə məşğul olan mensarilər mövcud idi. “Mensa” latın sözü olub, masa mənasını verir. Mensarilər də öz növbəsində valyuta mübadiləsi və başqa pul əməliyyatları ilə məşğul olurdular. Belə çıxır ki, ilk banklar ticarət meydanlarında müxtəlif pulların mübadiləsi üçün nəzərdə tutulmuş mübadilə masaları əsasında yaranmışlar.
Tarixçilərin fikrincə Qədim Vavilonda hələ bizim eradan əvvəl VI əsrdə kredit qoyuluşları və onlar üzrə faizlərin verilməsi təcrübədən keçirilmişdir. Həmçinin bu əməliyyatlar b.e.ə. IV əsrdə Yunanıstanda da həyata keçirilmişdir. Bununla yanaşı qədim yunanlar müvafiq haqla pulların mübadiləsini də yerinə yetirirdilər. Bu ilk bank əməliyyatlarını kim yerinə yetirirdi? Tarixçilərin fikrincə bu həm ayrı-ayrı şəxslər tərəfindən, həm də müxtəlif kilsələr tərəfindən həyata keçirilirdi.
Çox keçmədi ki, ilk bankirlər başa düşdülər ki, hərəkətsiz qalan iri həcmli pul vəsaitlərinin yığımı səmərəli deyil. Belə ki, onları müvəqqəti olaraq istifadə etmək və ya başqasına verib, əvəzində faiz almaqla müəyyən gəlir əldə etmək olar. Bu zaman girov kimi əsasən gəmilər və mallar iştirak edirdi. Bəzi hallarda isə evlər, qiymətli əşyalar, hətta adamlardan (qullardan) da girov kimi istifadə olunurdu.
İqtisadiyyatın inkişafı və hesablaşmaların artması ilə əlaqədar banklar öz fəaliyyətini və yerinə yetirdiyi əməliyyatları artırmışlar. Sənayenin inkişafı bankların qısamüddətli kreditləşmə əməliyyatlarının inkişafına gətirdi, sonralar əməliyyat sahəsi genişləndikcə kredit müddətlərinin artması kimi fəaliyyətin inkişafına, universal fəaliyyətə gətirib çıxardı.
Bank xüsusi müəssisə kimi əmtəə istehsal edir, lakin onun istehsal etdiyi əmtəə maddi istehsal sahəsinin mallarından fərqlənir. Bank sadə əmtəə istehsalı ilə məşğul deyil. O, xüsusi növ olan ödəmə vəsaiti – pul istehsal edir.
2. Bankların təsnifləşdirilməsi
Təcrübədə bankların bir sıra növləri fəaliyyət göstərir:
- İlk növbədə emissiya və kommersiya banklarını bir-birindən ayırmaq lazımdır.
Yerinə yetirdikləri əməliyyatlara görə bankları universal və ixtisaslaşdırılmış banklara ayırırlar.
Universal banklara bütün bank əməliyyatlarını və xidmətlərini göstərmək iqtidarında olan bankları aid edirlər. Bankların universallığı dedikdə, onların məhdudiyyətsiz fəaliyyət tipi:
- İstehsalın ayrı-ayrı sahələri üzrə;
- Müştərilərin tərkibi üzrə;
- Kəmiyyət baxımından;
- Regionlar üzrə.
Universal banklar müxtəlif növ sahələri kreditləşdirdiyi halda, ixtisaslaşdırılmış banklar əsasən, müəyyən bir sahənin kreditləşməsi ilə məşğuldurlar. Həmçinin onu da gözdən qaçırmaq olmaz ki, universal banklar həm fiziki, həm də hüquqi şəxslərə xidmət göstərdiyi halda, ixtisaslaşdırılmış banklar yalnız ayrı-ayrı şəxslərin xidmətinə yönələn fəaliyyətlə məşğuldurlar.
Mülkiyyətinə görə banklar aşağıdakı kimi təsnifləşdirilirlər:
- Dövlət bankları;
- Səhmdar banklar;
- Kooperativ banklar;
- Xüsusi banklar;
- Qarışıq banklar.
Fəaliyyət çərçivəsinə görə bankları:
- iri,
- orta,
- kiçik banklara ayırırlar.
Dünyanın bir sıra ölkələrində kredit təşkilatları arasında xırda kredit təşkilatları da mövcuddur. Bunlara kredit kooperasiyaları, qarşılıqlı kredit cəmiyyətləri, ssuda-əmanət bankları, tikinti-əmanət kassaları və s. aiddir.
Xidmət göstərdikləri ərazilərə görə bankları:
- yerli,
- regional,
- Milli,
- beynəlxalq banklara ayırırlar.
Yerli banklar dedikdə bura, əsasən yerli əhaliyə, eyni ərazinin əhalisinə xidmət göstərən bankları aid edirlər. Bura həmçinin, müəyyən bir ərazinin, şəhərin xidmətində duran bələdiyyə banklarını da aid etmək olar. Ərazi bankları bir neçə regionun tələbatını təmin edən banklardır. Milli banklar ölkə daxilində fəaliyyət göstərən və əsasən öz vətəndaşlarına xidmət edən banklardır. Beynəlxalq banklar isə ayrı-ayrı ölkələrin müştərilərinin bir-birləri ilə əlaqəsinə xidmət göstərən banklardır.
Filiallarının sayına görə bankları:
- Çoxfiliallı
- filialsız banklara ayırmaq olar.
Misal olaraq ölkəmizdə fəaliyyət göstərən banklardan ATA bankı çoxfiliallı banklara aid etmək olar.
Bankların təsnifləşdirilməsi.
Emissiya bankları
filialsız
Çox filiallı
Kommersiya bankları
Filialların sayına görə
Hüququna görə
İxtisaslaşdırılmış bankları
Milli banklar
BANKLAR
Xidmət ərazilərinə görə
Əməliyyat çeşidinə görə
Regional banklar
Mülkiyyətinə görə
Fəaliyyət çərçivəsi
Universal banklar
Yerli banklar
Dövlət bankları
İri banklar
Orta banklar
Səhmdar banklar
Kooperativ banklar
Kiçik banklar
Qarışıq banklar
Xüsusi banklar
Bank – fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.
Bank olmayan kredit təşkilatı – öz vəsaiti və ya cəlb edilmiş vəsait hesabına (depozitlər istisna olmaqla) yalnız pul formasında kreditlər verməklə məşğul olan hüquqi şəxsdir.
3. Dünya bank sisteminin xüsusiyyətləri
İstənilən dövlətin bazar iqtisadiyyatının yaranması və inkişafının vacib şərtlərindən biri onun dünyanın iqtisadi sisteminə inteqrasiyasıdır. Burada əsas məqsəd beynəlxalq əmək bölgüsündə tam hüquqi tərəf kimi iştirak etməkdən ibarətdir. Bu cür inteqrasiya həmin ölkənin beynəlxalq maliyyə təşkilatlarında tam iştirakı ilə mümkündür.
Dünya arenasında böyük məna kəsb edən və ölkəmiz üçün də əhəmiyyətli olan təşkilatlara ilk növbədə ikinci dünya müharibəsindən sonra yaranmış Birləşmiş Millətlər Təşkilatının (BMT) üç ixtisaslaşdırılmış maliyyə-kredit institutları aiddir:
- Beynəlxalq valyuta fondu (BVF);
- Dünya bankı qrupları (DB);
- Avropa yenidənqurma və inkişaf bankı (AYİB).
BMT-nin tərkibini aşağıdakı sxemlə göstərmək olar:
BMT-nin tərkibinin sxematik quruluşu
BMT
Avropa Yenidənqurma və İnkişaf Bankı
BVF
Dünya İnkişaf Bankı
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
Beynəlxalq İnkişaf Assosiasiyası
İnvestisiyaların zəmanəti üzrə Beynəlxalq agentlik
Beynəlxalq Valyuta Fondu: bu fond dövlətlərin valyuta-kredit münasibətlərinin tənzimlənməsi və onlara dünya valyutasında (1944-cü il, ABŞ dollarının dünya valyutası müəyyən olunduğu müddətdən 1971-ci il ABŞ dollarının qızıla dəyişdirilməsinin ləğv edildiyi dövrə qədər) qısamüddətli kreditlərin verilməsi ilə maliyyə köməyinin göstərilməsi üçün nəzərdə tutulmuşdur.
Dollar özünün qızılla əlaqəsini itirdiyi, ABŞ və BVF isə aktiv şəkildə demonitizasiya siyasəti yürütdüyü zaman obyektiv olaraq dünya valyuta sisteminin yenidənqurulması vacibliyi ortaya çıxdı. Bu vəziyyət dünya valyuta sistemində elə bir pul vahidinin müəyyən olunmasını stimullaşdırdı ki, bu pul vahidi ayrı-ayrı dövlətlərin iqtisadi vəziyyətinə neytral yanaşmış olsun və BVF-in bütün üzv dövlətlərinin istifadəsi üçün yararlı olsun. Həmçinin qızılı əvəz edə bilsin. Məhz uzun sürən diskussiyalardan sonra BVF yeni beynəlxalq pulların – SDR-in emissiyasına başladı.
İlk olaraq elan edildi ki, SDR dollar kimi (0,888qr.) qızıl məzmununa malikdir. Buna görə SDR-i qızıl kağız adlandırırlar. Lakin, demonitizasiya ilə əlaqədar olaraq artıq SDR-in “qızıl məzmunu” sözündən istifadə olunmadı.
SDR-in emissiyasını BVF üzvlərinin Yamayka sövdələşməsində qızılın rəsmi demonitizasiyasından sonra BVF həyata keçirməyə başladı. Bu zaman SDR beynəlxalq valyuta sisteminin əsas ehtiyat aktivi kimi çıxış etdi.
Tədavülə buraxılan SDR dövlətlər arasında onların kvotalarına, daha dəqiq desək nizamnamə kapitalındakı payına uyğun şəkildə bölüşdürülür. Kvotanın ölçüsü periodik olaraq dəqiqləşdirilir. SDR-i almaqla üzv dövlətlər özlərinin xarici borclarını ödəmək üçün bu valyuta ilə ehtiyac duyduqları digər valyutaları almaq imkanına malik olurlar.
BVF səhmdar cəmiyyətin prinsiplərinə uyğun formalaşmışdır. Burada hər bir dövlət SDR-lə tərənnüm edilən kvotaya malikdir. Bu kvota əsasında ölkələrin BVF ilə qarşılıqlı münasibəti müəyyənləşir (nizamnamə kapitalına üzvlük haqqı; BVF resurslarından istifadə imkanı; qərarların qəbul edilməsində səs çoxluğu; ölkənin aldığı SDR-in məbləği və s.). Kvotanın ölçüsü ÜDM-in, tədiyyə balansının və rəsmi qızıl ehtiyatlarının ölçüsünə müvafiq müəyyənləşdirilir.
Kapitalın və uyğun olaraq kvotanın məbləğinə qeyd etdiyimiz kimi, periodik olaraq yenidən baxılır və dəqiqləşdirilir. Kapitalın növbəti on birinci genişlənməsi 1999-cu ildə baş vermişdir ki, nəticədə BVF-in kapitalı 212 mlrd. SDR-ə (297 mlrd. dollar) qədər yüksəlmişdi.
BVF-ə üzv dövlətlərin kredit alması bu dövlətlərin müəyyən iqtisadi-siyasi şərtləri yerinə yetirmələrindən asılıdır. Borcalan dövlətlə alınmış kreditin istifadəsinin reallaşdıracağı müəyyən iqtisadi siyasətdə əvvəlcədən razılaşmaya gəlinməlidir. Müəyyən şərtlərlə kreditlərin verilməsi zamanı BVF borcalan dövlətin ictimai inkişafına, sosial-siyasi qüvvələrinin vəziyyətinə təsir göstərmiş olur.
Dünya bankı qrupları: bu qrup BMT-nin ixtisaslaşdırılmış maliyyə təşkilatını tərənnüm edərək, aşağıdakı tərkibə malikdir:
- Beynəlxalq yenidənqurma və inkişaf bankı (BYİB);
- Beynəlxalq inkişaf assosiasiyası (BİA);
- Beynəlxalq maliyyə korporasiyası (BMK);
- İnvestisiyaların zəmanəti üzrə beynəlxalq agentlik (İZBA).
Bu qrupa daxil olan strukturların fəaliyyəti vahid istiqamətə xidmət edir, lakin onların hər biri ümumi məqsədi rəhbər tutaraq öz funksiyasını yerinə yetirməklə məşğuldur.
Məcmu şəklində bütün təşkilatlar Dünya Bankı adlanır. Bu bank dünyada ən iri investisiya institutu hesab olunur. Bankın məqsədi keçid dövründə olan ölkələrdə yoxsulluğu aradan qaldırmaq və o ölkənin iqtisadi artımının stimullaşdırılmasına xidmət etməkdən ibarətdir.
Beynəlxalq yenidənqurma və inkişaf bankı Dünya Bankının baş təşkilatıdır. Bu səhmdar tipli təşkilatdır.
1996-cı il, bu strukturun təşkil olunduğu dövrdə ona 38 dövlət üzv olmuşdu. Bu gün isə demək olar ki, dünyanın bütün ölkələri bu təşkilatın üzvüdür.
Beynəlxalq inkişaf assosiasiyası 1960-cı ildə yaranmışdır. Bu təşkilatın yaranmasının səbəbi ondan ibarət idi ki, iqtisadi cəhətdən çox geri qalmış dövlətlərə Dünya Bankı tərəfindən birbaşa kreditlərin verilməsi imkansız idi. Bu təşkilat 35 ildən 40 ilə qədər faizsiz kreditlər verməklə məşğuldur. Bu zaman yalnız inzibati xərclərin ödənilməsi üçün 0,5 % həcmində haqq ödənilir. Assosiasiya aşağı səviyyəli gəlirə malik ölkələri kreditləşdirir. 1999-cu ildə bu assosiasiya 1997-ci ildə ÜDM-nin adambaşına düşən payının 925 dollardan çox olmayan ölkələrə kreditlər vermişdir.
Beynəlxalq maliyyə korporasiyası 1956-cı ildə, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında xüsusi investisiyaların stimullaşdırılması məqsədilə təşkil olunmuşdur. Beynəlxalq yenidənqurma və inkişaf bankından fərqli olaraq bu təşkilat dövlət zəmanəti tələb etmir və bütün riskləri öz boynuna götürür. Bu korporasiya təkcə kreditlər verməklə deyil, həmçinin qiymətli kağızlar almaqla da məşğuldur ki, bu fəaliyyəti ilə xüsusi investorları cəlb etməyə çalışır. BMK 134 ölkədə 2 mindən çox müəssisəyə bu ölkələrin iqtisadiyyatının rentabellik səviyyəsini artırmaq məqsədilə köməklik göstərmişdir.
İvestisiyaların zəmanəti üzrə beynəlxalq agentlik 1988-ci ildə inkişaf etməkdə olan ölkələrdə birbaşa investisiyaların stimullaşdırılması məqsədilə yaradılmışdır. Bu agentlik zəmanətlər təqdim etməklə, daha dəqiq desək investisiyaları qeyri-kommersiya risklərindən sığortalamaqla məşğuldur. Agentliyin əsas məqsədi ondan ibarətdir ki, o, xarici investorların cəlb edilməsində maraqlı olan işgüzar dairələr və ölkələrin hökumətləri arasında görüşlər təşkil edir, danışıqlar aparır, onlara bu problem üzrə müxtəlif informasiya xidmətləri göstərir. İnvestisiyaların zəmanəti üzrə beynəlxalq agentliyin fəaliyyətində 145 ölkə iştirak edir.
Avropa Bankının əsas məsələsi avropa ölkələrinin bazar iqtisadiyyatına keçidinə şərait yaratmaqdan ibarətdir. Bunun üçün o, xüsusi sektorun, ilk növbədə orta və kiçik müəssisələrin genişlənməsinə və rəqabət qabiliyyətliliyinə kömək göstərir, xarici və yerli kapitalların istehsal fəaliyyətinin inkişafı naminə mobilizəsinə təkan verir; investisiyaları, xüsusi müəssisələrin inkişaf şəraitini təmin edən infrastruktur obyektlərinə istiqamətləndirir.
Başqa maliyyə təşkilatlarından fərqli olaraq Avropa İnkişaf və Yenidənqurma Bankının nizamnaməsində göstərilir ki, bu bank özünün əməliyyatlarını yalnız çoxpartiyalı, demokratiya, plyurealizm və bazar iqtisadiyyatı prinsiplərinə riayət edən ölkələrdə həyata keçirir. Bank öz resurslarının 60%-nə qədərini xüsusi sektorun inkişafına yönəltməyə borcludur. Bu zaman dövlətlərin belə proyektlərə görə təminat verməyinə ehtiyac yoxdur. Bu təşkilat kreditləri vasitəçilər tərəfindən verir ki, onlar kiçik və orta müəssisələrin tələbatını yüksək səviyyədə təmin edə bilirlər.
Beynəlxalq valyuta-kredit təşkilatları arasında əsas yerlərdən biri Beynəlxalq Hesablaşma Bankınındır. Onun tərkibi 34 dövlətdən ibarətdir. Bu bank mərkəzi mərkəzi bankların bankı kimi müəyyənləşə bilər. Onun iki əsas funksiyası vardır:
- Mərkəzi banklar arasındakı əməkdaşlığa imkan yaratmaq və beynəlxalq hesablaşmaların və digər maliyyə əməliyyatlarının həyata keçirilməsi üçün əlverişli şərait yaratmaqdan ibarətdir;
- Öz üzvlərinin beynəlxalq maliyyə hesablaşmalarının yerinə yetirilməsində agent-bank və ya depozitari-bank kimi çıxış edərək təsir göstərmək.
Həmçinin, London, Paris kreditor klubları da beynəlxalq maliyyə bazarında əsas rol oynayan təşkilatlardandır.
Paris kreditor klubunun mahiyyətinə əsasən ölkələrin bir-birlərinə olan borcları ödənilir və ya bu borc satıla bilər.
Bu klubun köməkliyi ilə 1999-cu ildə Rusiya dövləti keçmişdən SSRİ-nin tərkibindəki respublikalara verdiyi kreditlərin ödənilməsi yolu ilə büdcəyə 3,5 mlrd. dollara yaxın daxil olmaya malik olmuşdur.
London kreditor klubu əsasən inkişaf etməkdə olan ölkələri kreditləşdirən 600-dən çox kommersiya banklarını bir yerə cəmləşdirir. Dövlət kreditləri problemləri ilə məşğul olan Paris kredit klubundan fərqli olaraq London kredit klubu xüsusi kommersiya banklarına olan sığortalanmamış kredit borcları ilə məşğuldur.
4. Mərkəzi bankın təşkili formaları və funksiyaları
Kapital baxımından mərkəzi banklar aşağıdakı hissələrə bölünür:
- Dövlət – yəni belə banklarda kapital bütövlükdə dövlətə aid olur; (İngiltərənin, Almaniyanın, Fransanın, Kanadanın. Qeyd etmək lazımdır ki, Milli Bank da bu növ banklara aiddir).
- Səhmdar – Federal Ehtiyyat Sistemi;
- Qarışıq – bir hissəsi dövlətə, bir hissəsi isə digər hüquqi şəxslərə aid səhmdar cəmiyyətlər (Yaponiyanın, Belçikanın mərkəzi bankları).
Əlbəttə ki, ölkə hakimiyyəti mərkəzi bankın ölkənin kredit sistemindəki rolunun əhəmiyyətinə görə onun etibarlılığında maraqlıdır. Lakin dövlətin mərkəzi bankla sıx əlaqəsi onun mərkəzi bankın siyasətinə sərhədsiz təsiri demək deyildir. Kapital quruluşundan asılı olmayaraq mərkəzi bank hüquqi cəhətdən sərbəstdir və ölkənin qanunverici orqanına yaxud da parlament tərəfindən təşkil olunmuş sosial bank sisteminə hesabat verir.
Mərkəzi bankın hüquqi sərbəstliyi onun fəaliyyətinin effektivliyinin əsas şərtidir ki, əksər hallarda bu hakimiyyətin qısamüddətli məqsədləri ilə ziddiyyət təşkil edir. Eyni zamanda mərkəzi bankın hakimiyyətdən qeyri asılılığı nisbi xarakter daşıyır, belə ki, uzunmüddətli planda mərkəzi bankın siyasəti dövlətin makroiqtisadi kursu ilə müəyyənləşir.
Ənənəvi olaraq mərkəzi bank dörd əsas funksiyanı yerinə yetirir:
∆ Banknotların inhisarçı emissiyasını yerinə yetirir;
∆ Banklar bankı hesab olunur;
∆ Dövlətin bankiri hesab olunur;
∆ Pul-kredit tənzimlənməsini həyata keçirir və Milli valyutanın sabitliyini təmin edir.
Dostları ilə paylaş: |