Fənn: Məktəb təliminə hazırlıq Qrup: mq2-19 Müəllim


Məktəb təliminə hazırlıq dövründə uşaq nitqinin inkişaf mərhələləri



Yüklə 491,31 Kb.
səhifə5/7
tarix16.05.2022
ölçüsü491,31 Kb.
#58104
1   2   3   4   5   6   7
Məsməliyeva Röya Məktəb təlimi

Məktəb təliminə hazırlıq dövründə uşaq nitqinin inkişaf mərhələləri.

Uşağın əqli inkişafının, bütövlükdə, məktəb təliminə hazırlanmasının ən mühüm şərtlərindən birinin onun nitqinin normal inkişafı olduğunu qeyd edən professor Y. Kərimov yazır: «Məktəbəqədər dövrdə uşaqların nitq davranışına da ciddi fikir verilməlidir. Uşağın nitq davranışı ilk növbədə onun doğulduğu ailə, mikro mühit, ətraf aləmlə, təbiətlə şərtlənir. Uşaq böyüdükcə həyatının ilk illərindən alışdığı nitq davranışı adət şəklini alır.

Danışığında ətraf aləmin stereotipləri, fərdi xüsusiyyətləri, həmçinin müvafiq jestlər, mimikalar, ton möhkəmlənir». Uşaq məktəbə gedənədək tərbiyəçilərin və valideynlərin diqqəti onun təliminə, fiziki və mənəvi inkişafına yönəldilərsə, ibtidai siniflərdə müvəffəqiyyətlə təlim alma imkanları yüksələr. Hər bir uşaqla onun həyatının ilk illərindən başlayaraq məşğul olarlarsa, təlimdə özünü göstərəcək çətinlikləri yüngülləşdirmək və nitq inkişafında geridəqalma hallarını aradan qaldırmaq mümkün olar. Uşaqlara verilən bilik və bacarıqlar mütləq ailədə möhkəmləndirilməlidir.

Buna görə də, tərbiyəçilər valideynləri uşağın təlim-tərbiyəsində, onlarla keçirilən bütün tədbirlərdə iştiraka cəlb etməlidirlər. V.Suxomlinski demişdir: «Uşağın sevinc dənizini böyütmək valideyn davranışının yeganə kursu olmalıdır. Unutmaq olmaz ki, uşağın həyatı coşqun, saf sulu çaydır. Gördüyün çaya isə, əslində, heç vaxt təkrar girmək olmur, çünki o, daim axır və hər an dəyişir. Ona görə də uşağın həyatının hər anını izləmək və ona təsir yollarını araşdırmaq lazımdır». Təcrübə göstərir ki, nitq inkişafında müxtəlif pozulmaları olan uşaqların sayı ildən-ilə artır. Bunun səbəblərindən biri də valideynlərin öz uşaqları ilə az maraqlanmaları, demək olar ki, onlarla düzgün ünsiyyət qura bilməmələridir.

Valideyn uşağının nitqinin normal inkişaf etməsini istəyirsə, körpə vaxtından onunla danışmalı, uşağa laylalar, mahnılar, nağıllar, şeirlər oxumalıdır. Bunlar çox vacib məsələlərdir. Uşağı yuyundurduqda, yedizdirdikdə, geyindirdikdə, yatızdırdıqda və s. bütün hərəkətləri sözlərlə müşayiət etmək məqsədəuyğundur. Valideynlər uşaqla nə qədər çox danışarlarsa, uşaq nə qədər çox söz, cümlə eşidərsə, onun nitqi də o qədər yaxşı inkişaf edər. Uşağın nitqinin inkişafı və ümumi sağlamlığı üçün ən xoşagəlməz hal uşaqların erkən yaşlarda istifadəsinə başladıqları mobil telefon aludəçiliyi və bunun onların gələcəyinə vurduğu ziyandır.

Bu dövrdə nitq həm inkişaf edir, həm də formalaşır. Bu baxımdan, uşaqla məşğul olmaq və onunla düzgün ünsiyyət qurmaq ən vacib məsələlərdəndir. Ünsiyyət uşağın nitqinin düzgün formalaşması ilə yanaşı, onda olan geriləmələrin də qarşısını almağa kömək edir. Uşaqların nitqinin inkişaf etdirilməsində məktəbəqədər təhsil müəssisələrinin rolu böyükdür.

Uşaq bağçası uşaqların ilk təlim, tərbiyə və tədris ocağı hesab olunur. Uşaqların burada öyrəndikləri bilik və bacarıqlar onlara hərtərəfli ilkin istiqamət verir və əbədi olaraq yaddaşlarından silinmir. Ona görə də kiçikyaşlılara ətrafdakılarla ünsiyyətdə olmaq, öz fikrini başqalarına düzgün, aydın və ifadəli çatdırmağı öyrətmək məktəbəqədər təhsil işçilərinin mühüm vəzifələrindən biridir. Uşaq nitqinin inkişafı üçün əlverişli şərait, öyrədici, dəstəkləyici və inkişafetdirici mühit yaratmaq ən vacib şərtlərdəndir.

Qeyd edək ki, fikrin ardıcıl, düzgün və dolğun ifadə edilməsi, sözlərin dəqiq seçilməsi və tələffüzün təmizliyi üzrə işin aparılması «Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı»nın [Bakı, 1998] əsas istiqamətlərindən birini təşkil edir. Uşaq bağçasının ən böyük üstünlüyü orada uşaqların yaşıdları ilə ünsiyyət saxlamaları üçün gözəl imkan və şəraitin olması ilə yanaşı, sosiallaşma mühitinin yaradılmasıdır. Uşaqlar hiss və həyəcanlarını, əsasən, nitq vasitəsilə ifadə edir, ətraf aləmi onunla dərk edirlər. Məlumdur ki, dil fikrin ifadə forması, varlığıdır. Danışıq qabiliyyəti insanların genlərində olsa da, nitq və dil qabiliyyətləri anadangəlmə deyildir. Uşaqla ünsiyyətdə olmasan, o, danışmayacaq, qəribə səslər çıxaracaq, hərəkət və mimikalardan istifadə edəcək (Tarixdə buna bənzər bir çox faktlar vardır). O, mənalı söz, danışıq eşitmədiyindən, fikrini ifadə edə bilməyəcək.

Üç yaşından başlayaraq uşaqlara kitab oxumaq məqsədəuyğundur. Bu kitabların əksəriyyəti illüstrasiyalı xırda mətnlərdən ibarət olmalıdır. Kitablarda olan şəkillərə aid müxtəlif sualların verilməsi də vacib şərtlərdəndir. Valideyn və tərbiyəçilərin ümumi səyləri uşaq haqqında məlumatın bölüşdürülməsi, təcrübə mübadiləsi və ən əsası, uşağın düzgün böyüməsi, inkişafı üçün daha əlverişli şəraitin təmin edilməsi üzrə əməkdaşlıq münasibətlərinin qurulmasına yönəldilməlidir. Valideynlər öz uşaqlarının təlim fəaliyyətinə kömək göstərmək və onda iştirak etmək üçün çox iş görə bilərlər. Təlim prosesində valideynlərin tərbiyəçilərlə birgə əməkdaşlığı onların pedaqoji-psixoloji hazırlığını xeyli artırır, sonrakı fəaliyyətlərində nöqsanları aradan qaldırmağa imkan verir. Bu zaman tərbiyəçilər də uşaqların malik olduqları nitq qabiliyyətləri, təsəvvürlərinin inkişafına və təlim fəaliyyətinə kömək edə bilirlər.


Yüklə 491,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin