Fənn:
Qida fiziologiyası
Tərtib etdi:
müəl., b.ü.f.d. BABAŞLI A.Ə.
MÜHAZİRƏ 15. PƏHRİZ İAŞƏSİ
Plan:
1. Pəhrizlərlə müalicəvi qidalanma
2. Pəhriz iaşəsinin fizioloji əsasları
3. Pəhrizlər üçün qida rasionları tərtibinin ümumi prinsipləri
4. Pəhrizlərin qurulmasına göstərilən ümumi tələblər
1. Pəhrizlərlə müalicəvi qidalanma
Pəhrizlərlə müalicə (dietoterapiya) insanlara qədimdən məlum olsa da, bu
üsulun elmi əsasları və prinsipləri son dövrlərdə qidalanma haqqında
elmin-dietologiyanın tərəqqisi və orqanizmdə gedən maddələr mübadiləsi
proseslərinin və onların patoloji dəyişmələri əlaqələrinin dərindən
öyrənilməsi və müasir qida texnologiyasının nailiyyətləri sayəsində
formalaşmışdır.
Müalicəvi
qidalanma
müalicə
və
ya
profılaktiki
məqsədlər üçün xüsusi olaraq tətbiq edilən qidalanma rejimi və
rasionlarının tətbiq edilməsi üsuludur. Bu, müalicənin müstəqil metodu
olmayıb, dərman və digər vasitələrin köməyi ilə aparılan kompleks
müalicənin bir tərəfı sayıla bilər. Pəhrizlə müalicənin əsas istiqamətləri
iki mühüm elmi-nəzəri müddəa ilə şərtlənir. Əvvəla, qidalanmanın
fıziologiya, biokimya, patofıziologiya və gigiyenası sahəsində əldə
edilmiş nailiyyətlər qida maddələrinin patoloji proseslərə təsirinin ümumi
qanunauyğunluqlarını
dərk
etməyə,
orqan
və
sistemlərin
üzvi
pozğunluqları zamanı qidaların kimyəvi tərkibinin kəmiyyət və keyfıyyət
tərəflərinin nisbətini düzgün seçməyə imkan verir.
İkincisi,
müasir
dövrdə
dietoloji
prinsiplərin
inkişafı
əhalinin
qidalanmasının strukturunda baş verən dəyişiklikləri də nəzərə almadan
mümkün deyil. Məlumdur ki, ölkələrin inkişaf səviyyəsindən, qida
məhsullarının əldə edilməsi texnologiyalarından, əhalinin müəyyən
qidalara ənənəvi və ya məcburi meyllərindən asılı olaraq, qidalanmanın
strukturunda əhəmiyyətli dəyişikliklər baş verir. Bir sıra yüksək inkişaf
etmiş ölkələrdə əhalinin qidasında heyvan mənşəli qidalar, heyvani
yağlar daha çox üstünlük təşkil edir, "kobud" bitki məhsullarına nisbətən
az yer verilir. Digər tərəfdən, bir sıra qida maddələri, ilk növbədə
karbohidratlar xeyli dərəcədə rafınadlaşmış halda qəbul edilir. Bu kimi
hallar əhalinin qidalanma strukturunda xroniki disbalansın yaranmasına,
"pozulmuş maddələr mübadiləsi xəstəlikləri”nin (ateroskleroz, diabet,
piylənmə, öd və böyrək daşları xəstəliyi və s.) artmasına gətirib
çıxartmışdır. Qidalanmanın strukturunda baş verən dəyişikliklərin bəzi
xəstəliklərin gedişinə bilavasitə təsir etdiyi haqqında məlumatlar
artmaqdadır.
Hal-hazırda
qidalanma
haqqında
elmin
(orqanizmin
hüceyrə
və
subhüceyrə
səviyyələrində
qida
maddələrinin
mənimsənilməsi
və
çevrilmələri, onların sintez və yenidənqurma, enerji hasili və məsrəfı
kimi
proseslərlə
əlaqədar)
əldə
etdiyi
müvəffəqiyyətləri
düzgün
tarazlaşdırılmış qidalanma düsturunun işləyib hazırlanmasına xeyli
kömək etmişdir. Tarazlaşdırılmış pəhriz qidalanması, ilk növbədə, məhz
orqanizmin
hüceyrə,
toxuma
və
orqanları
səviyyəsində
gedən
metabolizmində baş verən və ya baş verə biləcək patoloji dəyişikliklərin
düzəlişinə (korreksiyasına) yönəlmişdir. Bununla əlaqədar olaraq, pəhriz
iaşəsinin səmərəliliyini qiymətləndirməyin əsas prinsipi metabolik
prinsip
hesab
olunur.
Dietologiyanın
müasir
metodları,
pəhrizlə
qidalanmanın həm xəstəliyin kliniki təzahürlərinə, həm də metabolik
əsaslarına təsirini qiymətləndirməyə imkan verir.
Qidalanmanın biokimyası sahəsində tanınmış alim olan A.A.Pokrovski
hesab edirdi ki, bir sıra mübadilə xəstəlikləri zamanı orqanizmdə hansı
konkret metabolik vəsilənin pozulduğunu və onu hansı pəhriz vasitəsilə
aradan qaldırmaq mümkün olduğunu dəqiq aydınlaşdırmaq mümkündür.
Məsələn, normadan artıq piylənmə (kökəlmə) zamanı xəstə üçün tipik
olan hal, piy toxumasında mübadilənin passivliyi mübadiləsi prosesini
səfərbər edən lipaza fermentinin aktivliyinin artması sayəsində aradan
qalxa bilər. Belə xəstənin pəhrizi elə qurulmalıdır ki, o yağlara təsir edən
fermentlərin fəaliyyətini daha da aktivləşdirsin. Qidanın tərkibində olan
əvəzolunmaz yağ turşularının metabolizm əmsalı (onun qiyməti maye-
qaz xromoqrafıyası üsulu ilə eritrositlərin stromasının yağ turşu tərkibinə
görə təyin edilir) elə bir göstəricidir ki, onun vasitəsilə pəhrizin piylənmə
prosesinə təsirinin effektini müəyyən etmək mümkündür. Piylənməyə
məruz qalmış xəstələrdə bu əmsalın qiyməti xeyli dəyişilmişdir
. Bunun əsasında belə nəticəyə gəlmək olar ki, qidanın tərkibində olan
yağ turşularının orqanizmin struktur komponentlərinə metabolizmə
olunması prosesləri pozulmuşdur və o, müvafiq pəhriz təsirlərinin
köməyi ilə korreksiya edilməlidir.
Başqa bir misal, məlumdur ki, əksər patoloji pozuntular zamanı təyin
edilən pəhrizlərdə zülali maddələrin fizioloji normaları saxlanılır və onun
heyvanat və bitki zülallarının tələb olunan nisbətləri ciddi gözlənilir.
Amma orqanizmdə zülal qıtlığı olduğu hallarda pəhriz qidalarında zülalın
payı artırılmalıdır. Bu artım elə tarazlaşdırılmalıdır ki, həm zülalların
mədə-bağırsaq kanalında həzm olunması və əmələ gələn aminturşuların
bağırsaqdan sorulması proseslərini, həm də orqanizmdə müsbət azot
balansının
yaranmasını
stimullaşdıra
bilsin.
Ona
görə
də
qida
rasionlarının zülal tərkibinə ciddi fikir verilməlidir. Zülal mübadiləsinin
pozulması, qaraciyərin yağ və zülal distrofıyası kimi xəstəliyə, qanın
lipo- və qlikoproteid tərkibinin pozulmasına, toxumalarda aminturşu
disbalansına səbəb olur və s. Qidanın aminturşu tərkibi də çox vacib
şərtlərdən biridir. Belə ki, bir sıra daxili üzvlərin xəstəliklərində
aminturşu mübadiləsinin pozulmaması mütləq gözlənilır.
Zülal mübadiləsinin pozulması, qaraciyərin yağ və zülal distrofıyası
kimi xəstəliyə, qanın lipo- və qlikoproteid tərkibinin pozulmasına,
toxumalarda aminturşu disbalansına səbəb olur və s. Qidanın
aminturşu tərkibi də çox vacib şərtlərdən biridir. Belə ki, bir sıra
daxili üzvlərin xəstəliklərində aminturşu mübadiləsinin pozulmaması
mütləq gözlənilır.
Qida vasitəsilə orqanizmə amin-turşuların nəzarətsiz daxil olması,
onların normal mübadiləsi üçün təhlükə yaradan amilə çevrilə bilər.
Sutkalıq qida rasionunda aminturşu tərkibinin qeyri-tarazlığı xüsusilə
xroniki böyrək çatışmazlıqları zamanı çox təhlükəlidir. Digər qida
komponentlərinin dietik normaları isə xəstəliyin və onun dərman
müalicəsinin xarakteri və müddətləri ilə müəyyənləşdirilir. Nəzərdə
tutmaq lazımdır ki, pəhrizlə müalicənin təsir sferasının genişlənməsi,
onun keyfıyyəti və səmərəliliyi, verilmiş xəstəlik zamanı orqanizmdə
baş verən metabolik pozuntular haqqında dəqiq biliklərdən çox
asılıdır.
Tibbi dietologiya və iaşə sistemində tətbiq olunan pəhrizlə qidalanmanın
bu günkıi prinsipləri - qidalanma rasionu və rejiminə, qidanın kulinar
emalı üsullarına fərdi yanaşma, qidalanmanın kəmiyyət və keyfıyyət
tərəflərinin
xəstəlik
prosesinin
xarakterinə,
xəstənin
vəziyyətinə
uyğunluğu.
xəstənin
vəziyyəti,
onun
qidasında
müəyyən
qida
maddələrinin və ya qida məhsullarının istisna və yaxud məhdud edilməsi,
zəruri olduqda tarazlaşdırılmış və fızioloji cəhətdən tam dəyərli fərdi qida
rasionunun tərtib edilməsi və s. müxitəlif stasionar şəraitlər də mütləq
nəzərə alınmalıdır.
Profilaktiki qidalanmanın əsas məqsədi isə bu və ya digər xəstəliklərə,
istehsalat və ya peşə zəhərlənmələrinə, iş şəraitində mümkün olan zərəri
təsirlərə
qarşı
orqanizmin
müqavimətini
artırmaq,
onda
zərərli
maddələrin yığılmasını məhdudlaşdırmaq və ya tezliklə kənar edilməsini
sürətləndirməkdən ibarətdir. Bir sıra ölkələrdə, müalicəvi-profılaktiki
qidalanma hüququ verən əsas istehsalat sahələri və xəstlik növləri
müəyyən edilmişdir
Dostları ilə paylaş: |