Fənn :Şərq xalqları tarixi Müəllim: Dos. Sevinc Seyidova



Yüklə 0,73 Mb.
səhifə2/4
tarix04.05.2023
ölçüsü0,73 Mb.
#107533
1   2   3   4
D. Nəzirə

BRAHMA
Şiva
Toxucular hörümçək toru kimi zərif parçalar toxuyurdular. Sənətkarlar peşələr üzrə, yəni toxuculuq, zərgərlik, çəkməçi, silah qayıran və s. üzrə kastalara bölünürdülər. Sənətkarlıq kastalarına ağsaqqallar şurası başçılıq edirdi. Hindistanın qərb sahillərində çoxlu liman şəhərləri var idi. Limanlara Çindən, Afrikadan, Ərəbistandan tacirlər gəlirdilər. Onlar ədviyyat, parça, zərgərlik məmulatı və s. alırdılar. VII əsrdə Hind tacirləri Çin və Yaponiya bazarlarına çıxırdılar. Ərəb tacirləri vasitəsilə Hindistanın ticarəti genişlənməyə başladı. Sənətkarlığın inkişafı ilə atçılıq inkişaf etdi. At ticarəti İran və Ərəb tacirlərinin əlində idi.
Ərəblərin Hindistana yürüşləri. Hindistanda feodal dağınıqlığı 6 əsr (VI–XII əsrlər) davam etdi. VIII əsrin əvvəllərində ərəblər Hindistana hücum etdilər. Feodal dağınıqlığı, ara müharibələri, sürətlə hərəkət edən ərəb süvariləri Hindistanın işğalını asanlaşdırdı. VIII əsrin əvvəllərində ərəb sərkərdəsi Məhəmməd ibn Qasimin qoşunu Sind vilayətini, Hind çayının sahillərini tutdu. Ərəblər Qərbi Hindistanı işğal etdilər. Burada iki ərəb əmirliyi yarandı: Mənsurə (Sindin cənubunda) və Multan əmirlikləri. Qərbi Hindistanda VIII əsrdə islam dini yayıldı. Yerli əhalinin islam dinini qəbul etməsi Hindistanda mədəniyyətin inkişafına təkan verdi. Hindistanda feodal ara müharibələri genişləndi. Bu dövrdə döyüşçülərin xüsusi hərbi təşkilatı olan racəlit kastası yaranmışdı. "Racəlit" racələrin uşaqları deməkdir. Bu kastaya racə başçılıq edirdi. Feodal ara müharibələri dövründə var-yoxdan çıxmış kəndlilər VIIIəsrin ortalarında Benqaliyada üsyana başladılar. Racələr üsyanı yatırtmaq üçün birləşdilər.
Şimali Hindistanın Qəznəvi dövlətinə qatılması. Ara müharibələri nəticəsində Hindistan ən zəif ölkəyə çevrilirdi. Qəznəvi dövlətinin sultanı Mahmud Qəznəvi 1002–1026-cı illərdə Hindistana 17 dəfə hücum etdi, Pəncab və Sind əyalətlərini Qəznəvi dövlətinə qatdı. Bu yürüş nəticəsində Hindistanın şimalında türk-müsəlman əhalisinin məskunlaşması və bu yerlərdə İslam dininin yayılması gücləndi. Türk tayfalarının Şimali Hindistanda yerləşməsi və bu ərazinin türk dövlətinə daxil edilməsi burada təsərrüfatın və mədəniyyətin inkişafını sürətləndirdi.
Hindistan mədəniyyəti. Buddizm. Buddizm erkən orta əsrlərdə feodalizmin meydana gəlməsi ilə əlaqədar hinduizmə qarşı etiraz olaraq yaranmışdır. Buddizm kasta sisteminə qarşı çıxır, hamının bərabərliyini elan edirdi. Bu din müqaviməti inkar etdiyinə görə hakim feodal zümrəsinin mənafeyini də ifadə edirdi. Buddizmə görə, insan həyatı şər və əzabdan ibarətdir. İnsan məqsədinə çatmaq üçün arzularından, dünya nemətlərindən imtina etməli, itaətkar, müti, sakit olmalıdır, belə olarsa. Insan rahatlığa tez çatar. Budda mədəniyyəti memarlığın, heykəltəraşlığın, rəssamlığın və s.-nin əsasında yarandı.
Çarvaklar məktəbi. Hindistanın mədəni həyatında çarvaklar məktəbi əhəmiyyətli rol oynayırdı. "Çarvak" sözü "car", (dörd) və vak (söz) sözlərindən əmələ gəlmiş və "dörd söz" deməkdir. Çarvaklara görə, dünya torpaqdan, sudan, havadan, oddanibarətdir; bunların birləşməsindən canlı və cansız aləmin cisim və hadisələriyaranır. Çarvaklar dünyanın əbədiliyini qəbul edir, Allahı kainatın yaradıcısı kimi rədd edir. Elm. Erkən orta əsrlərdə Hindistanda elm yüksək inkişaf səviyyəsinə çatdı. Riyaziyyat sahəsində onluq say sistemininyaradılması elmin inkişafına təkan verdi. 
Hindistan riyaziyyatçıları kəsrlərlə mürəkkəb əməliyyatlar aparır, fiqurların sahəsini və cismin həcmini dəqiqliklə hesablayırdılar. V–VI əsrlərdə Hindistanda astronomiya inkişaf etmiş, böyük şəhərlərin hamısında rəsədxanalar yaranmışdı. Paslanmayan metal emalınınmükəmməl texnologiyası hazırlanmışdı. Dehlidəki paslanmayan metaldan hazırlanmış (Vəsr) tökmə dəmir qüllə indi də qalır. Hindistanda tibb elmiyüksək inkişaf etmişdir. Ölkədə həkimlər mürəkkəb cərrahiyyə əməliyyatları aparır, bu zaman 2000-ə yaxın cərrahlıq alətindən və ağrıkəsən dərmanlardan istifadə edirdilər.
Ədəbiyyat və incəsənət. Erkən orta əsrlərdə hind ədəbiyyatının ən görkəmli nümayəndəsi Kalidas idi. Hindistanda islam dininin yayılması ilə əlaqədar olaraq fars və ərəb dillərində ədəbiyyat yaranmışdı. VI–VII əsrlərdə Hindistanda cənub və şimal məbəd tipləri mövcud olmuşdu. Cənub tipli məbədlərin üzərində pilləvarı ehram tikilir və onlar günbəzvari örtüklə tamamlanırdı. Hindistanda əvvəllər məbədləri qayalarda və daş mağaralarda oyurdular. Mərkəzi Hindistanda Acanta mağarası 9 əsr ərzində yaradılmışdır. 
Qayalarda oyulmuş 29 mağara salon naxışlar, heykəllər, freskalarla (yaş suvaq üzərində xüsusi boyalarla çəkilmiş şəkillə bəzədilmişdi. V–VIIəsrlərdə divar rəsmləri Hindistanda yüksək səviyyəyə çatmışdır. Hindistanda VIII əsrdən başlayaraq məbədləri daşdan və kərpicdən nəhəng qüllələr şəklində tikirdilər. Məbədlərin xaricində müxtəlif heykəllər, daxilində isə allahların daşdan və tuncdan nəhəng heykəlləri qoyulurdu. "Rəqs edən allahın heykəli" dünyada hərəkətin mənbəyi sayılırdı. Hind teatrının mənşəyi müxtəlif tayfaların mərasim və rəqsləri, Ram və Krişna epik qəhrəmanlarına sitayişlə əlaqədar xalq tamaşaları ilə bağlı idi.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin