Fənn: Toxuculuq, geyim-ayaqqabı mallarının ekspertizası Mövzu: Toxuculuq haqqında ümumi məlumat. Toxuculuq liflərinin təsnifatı, quruluşu və xassələri



Yüklə 34,71 Kb.
səhifə10/11
tarix02.01.2022
ölçüsü34,71 Kb.
#41412
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11
ASEU TEACHERFILE MATERIALS 2021 04 03 2839165539050953461.docx 1619501879

Sintetik liflər. Sintetik liflərin ilk xammalı daş kömürdən, neftdən və təbii qazdan ayrılmış məhsullardan, habelə fenoldan, akril turşusundan, etilendən və s. ibarətdir.

Həmin məhsullardan mürəkkəb emal nəticəsində yüksək-molekulyar maddələr (polimerlər) əldə edilir ki, bunların da ərintisindən, yaxud məhlulundan sonra lif hazırlanır.

Sintetik liflər kimyəvi və mexaniki cəhətdən xeyli (natural ipəyə nisbətən demək olar iki qat artıq) davamlıdır. Sintetik liflərin çoxusu təbii liflərdən yüngül və termik cəhətdən isə xeyli yüksək göstəriciyə malikdir. Məsələn, kapron – 215°, nitron – 240°-yə yaxın və lavsan isə – 250°-yə yaxın temperaturda əriyir. Xlorin lifi burada müstəsna sayılır; bu, 80-90° temperaturda yumşalır. Sintetik liflərin qüsur cəhəti bunların az hiqroskopik olmasıdır; məsələn, kapron və anid liflərinin hiqroskopikliyi 4%-ə yaxın, lavsan və nitron liflərinin isə 1%-dən də aşağıdır. Bu cəhətdən sintetik liflərin gigiyenik xassələri zəif sayılır.

Lavsan və xüsusən nitron çox elsatik olduğundan yuna qarışdırmaq üçün əlverişli material sayılır.

Parçada toxuculuq liflərinin orqanoleptik üsulda müəy­yənləşdirilməsi üçün onların sapını yandırmaq lazım gəlir.

Nəbatat mənşəli liflər (pambıq, kətan), habelə süni ipək (asetat ipəyindən başqa) asan alışır, tez yanır və yanıq kağız qoxusu verir. Kətan ipliyi pambıq iplikdən seçmək üçün ipliyi açmaq lazım gəlir; burada iplik pambıqsa – ayrı-ayrı qısa liflərə və kətansa – uzun liflərə bölünür.

Heyvanat mənşəli liflər (yun, natural ipək) pis yanır və yanıq tük qoxusu verir; yun iplik yananda həm də ucunda kürəcik şəklində göz əmələ gəlir.

Asetat ipəyi yavaş-yavaş yanır, yananda yun kimi köz əmələ gətirir, lakin qoxusu spesifik olur.

Lifin mənşəyini laboratoriya üsulu ilə müəyyənləşdirəndə mikroskopdan istifadə edilir və habelə lifə müxtəlif kimyəvi reaktivlər vasitəsilə təsir göstərilir.


Yüklə 34,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin