Heyvanat mənşəli liflər. Heyvanat mənşəli liflər yun və natural ipəkdən ibarətdir.
Yun lifi qoyun, keçi, dəvə və s. heyvanların tükündən ibarətdir. Toxuculuq istehsalında ən çox əhəmiyyətli olan qoyun yunudur.
Qoyun yununun ayrı-ayrı lifləri, demək olar düz silindrdən ibarətdir. Bunun dalğavari qıvırcıqları olur, lakin müxtəlif liflərin qıvırcıqları da müxtəlif olur. Yun lifinin üst qatı küllü miqdarda müxtəlif formalı tiftiklərdən ibarətdir. Həmin tiftiklər sayəsində yun lifləri bir – birilə yaxşı tutuşur və bununla da yun məmulatı keçələşir, yəni keçəvari qat yaranır.
Qoyun yununun içində müxtəlif tipli liflər, məsələn, tiftik, yaxud yunaltı lifləri, yəni ən nazik və ən qıvırcıq liflər, tük, yəni yoğun və çox zaman heç qıvırcıqsız qaba liflər, keçid tükləri, habelə aralıq tükü adlanan və tiftiyə nisbətən daha yoğun, lakin tükə nisbətən daha nazik tüklər və ölü tüklər, yəni çox qaba və kövrək, demək olar heç boya götürməyən liflər rast gəlir. Qoyun yunu nazik, yarımnazik, yarımqaba və qaba olur.
Nazik yun təkcə nazik liflərdən (tiftik tipi) ibarətdir; bunların qalınlığı 25 mikrona qədər olur. Bu liflər ən qiymətli sayılır, çünki bunlardan ən nazik iplik hazırlamaq mümkündür.
Yarımnazik yunun lifləri nazik yunun liflərindən bir qədər yoğun (25,1-dən 34 mikrona qədər) olur. Bunlar da nazik yun kimi birnövlü olur.
Yarımqaba yun nisbətən yoğun liflərdən ibarətdir, bunun tərkibi çox zaman müxtəlif növlü olur.
Qaba yunun içində, adətən hər tipli yun lifləri, o cümlədən tiftik, keçid tükü və tuk rast gəlir və ona görə də çox zaman müxtəlif növlü olur.
Təsvir edilmiş yun növlərinin hərəsi müxtəlif cins qoyunlardan alınır. Məsələn, nazik yun, başlıca olaraq zəriftelli, yarımnazik və yarımqaba yun qatışıq cinsli və yarımqaba tüklü qoyunlardan və qaba yun isə qaba tüklü qoyunlardan alınır.
Yun, başlıca olaraq keratindən ibarətdir. Keratin isə zülallardan birini təşkil etməklə qeyrilərindən olunla fərqlənir ki, suda, zəif turşu və qələvi məhlularında ərimir.
Yun lifləri xeyli elastik olduğuna görə yun parçalar da əzilməyə qarşı yaxşı müqavimət göstərir. Yun rütubəti yaxşı çəkir, lakin yavaş-yavaş buraxır; bunun nəticəsində insanın bədəni rütubətin buxarlanması ilə əlaqədar olan kəskin soyuqdan qorunur.
Yaş – termik emal (rütubət və istilik təsirində) zamanı yun lifləri asanlıqla uzanıb yığılır ki, (qısalır) bunun da tikiş istehsalında böyük əhəmiyyəti vardır.
Nəbatat mənşəli liflərin əksinə olaraq yun lifləri turşulara qarşı nisbətən davamlı, qələvilərə qarşı isə çox davamsızdır.
Təbii yundan başqa parça istehsalında util (işlənmiş yun) yun da olduqca geniş miqyasda tətbiq edilir. Util yun, işlənmiş yun və yarımyun parçalardan və hörmə məmulatdan alınır.
Dostları ilə paylaş: |