Fənn: Toxuculuq, geyim-ayaqqabı mallarının ekspertizası Mövzu: Toxuculuq haqqında ümumi məlumat. Toxuculuq liflərinin təsnifatı, quruluşu və xassələri



Yüklə 34,71 Kb.
səhifə9/11
tarix02.01.2022
ölçüsü34,71 Kb.
#41412
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11
ASEU TEACHERFILE MATERIALS 2021 04 03 2839165539050953461.docx 1619501879

Misli ammonyak ipəyi viskoz ipəkdən fərqli olaraq ağac sellülozasından deyil, pambıq tiftiyindən hazırlanır. Burada pambıq tiftiyi yağlı və mumlu maddələrdən təmizlənərək xüsusi misli ammonyak reaktivində əridilir. Lif almaq üçün həmin məhlul təmizləndikdən sonra filyer qurğusunun deşiklərindən keçirilib çökdürücü vannaya tökülür.

Misli ammonyak ipəyinin xasələri viskoz ipəyin xassələrinə oxşardır.



Asetat ipəyi misli ammonyak ipəyi kimi pambıq sellülozasından hazırlanır; burada qabaqca pambıq sellülozası sirkə turşusunun, sirkə anqidridinin və kükürd turşusunun qarışığında təmizlənib asetilsellüloza çevrilir və həmin asetilsellüloz isə təmizləndikdən sonra asetonla etil spirtinin içində əridilir və sonra filyerdən keçirilib kameraya daxil edilir. Bu kamerada əridici maddə uçur, asetil-sellüloz isə bərkiyib sap törədir.

Asetat ipəyi viskoz və misli ammonyak ipəyindən elastikdir. Yaş halda onun möhkəmliyi yalnız 30-35% azalır; lakin ipəyin yüksək temperatura qarşı davamı azdır. Asetat ipəyin möhkəm bir xassəsi də ultrabənövşəyi şüaları keçirməsidiir.



Şüşə liflər. Ərinmiş şüşə kütləsindən dartılıb nazik şüşə tellərinə çevrilən saplara şüşə lifi deyilir. Şüşə lifi oda qarşı və kimyəvi cəhətdən davamlı olmaqla istini ağır keçirir. Şüşə liflər dekorativ parça istehsalında və texniki məqsədlər üçün tətbiq olunur.


Yüklə 34,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin