Fənn: Toxuculuq, geyim-ayaqqabı mallarının ekspertizası Mövzu: Toxuculuq haqqında ümumi məlumat. Toxuculuq liflərinin təsnifatı, quruluşu və xassələri


TOXUCULUQDA ISTIFADƏ OLUNAN TƏBII LIFLƏRIN NÖVLƏRI VƏ XARAKTERISTIKASI



Yüklə 34,71 Kb.
səhifə3/11
tarix02.01.2022
ölçüsü34,71 Kb.
#41412
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11
ASEU TEACHERFILE MATERIALS 2021 04 03 2839165539050953461.docx 1619501879

TOXUCULUQDA ISTIFADƏ OLUNAN TƏBII LIFLƏRIN NÖVLƏRI VƏ XARAKTERISTIKASI

Yuxarıda qeyd edildiyi kimi toxuculuq sənayesi üçün bütün liflərin əhəmiyyəti eyni deyildir.

Hal-hazırda toxuculuq sənayesində ən çox bitkilərdən alınan təbii liflər işlədilir. Bitki liflərindən sonra ikinci yeri heyvanlardan alınan təbii liflər tutur. Lakin son zamanlarda kimyəvi liflərin istifadə edilməsi günü–gündən artmaqdadır.

Toxuculuq sənayesində istifadə edilən liflərin 80%-dən çoxunu bitki lifləri təşkil edir. Bu liflərin yüksək əhəmiyyəti təsadüfi hesab edilə bilməz. Bu qrupa daxil olan liflər bir sıra xassələrə malikdirlər. Bunlar həm istehsalatın, həm də istehlakçıların lifli materiallara olan tələblərini daha tam ödəyirlər.

Məlum olduğu kimi, bütün lifli materiallardan tələb olunur ki, onlar uzun müddət istehlakçıya xidmət edə bilsin, bədəni rütubətdən, havadan, günəş şüalarından, dəyişən temperaturdan və başqa təsirlərdən qoruya bilsin. Bundan başqa lifli materiallar iqtisadi cəhətdən də əlverişli olmalıdırlar.

Bitkilərdən alınan liflər demək olar ki, həmin tələblərin hamısını ödəyir.



  1. Bitki lifləri başqa liflərə nisbətən suya qarşı daha davamlıdır. Bu lifləri uzun müddət suda saxladıqda və hətta suda qaynatdıqda heç bir əhəmiyyətli dəyişiklik baş vermir. Deməli, bitki lifləri gigiyenik tələbləri başqa liflərdən daha yaxşı ödəyir.

  2. Bitki lifləri yaxşı isti saxlamaq xassəsinə malikdir.

  3. Bu liflər kimyəvi maddələrə qarşı çox davamlıdır. Bir çox təsirli kimyəvi maddələrə qarşı yüksək müqavimət göstərir.

  4. Bunlar mikroorqanizmlərin və bakteriyaların təsirinə qarşı da lazımi dərəcədə davamlıdırlar.

  5. Nəhayət, bitki lifləri yüksək texnoloci xassələrə malikdir, yəni əyrilmə, toxunma və arayışlandırma üçün çox əlverişlidir.

Mövcud olan materiallara əsasən dünyada 700 növə qədər lif verə bilən bitki vardır. Lakin bunların ancaq az bir hisəsi toxuculuq sənayesində istifadə edilir.

Toxuculuq sənayesində ən geniş istifadə edilən və böyük əhəmiyyətə malik olan lif pambıq lifidir. Odur ki, pambıq haqda bir qədər geniş məlumat vermək lazım gəlir.



Pambıq ən çox yayılmış toxuculuq lifidir. Bu liflər pambıq adlı xüsusi bitki kolunun toxumlarından alınır. Pambığın tək-tək lifləri yastı, içi boş borucuqdan ibarətdir, bu borucuq spirala bənzər qıvırcıq şəkildə olur. Lifin nazikliyi 10 – 25 mikron, uzunluğu isə 12-dən 55 mm-ə qədər təşkil edir. Qeyd edilməlidir ki, uzun liflər eyni zamanda həm də ən nazik olur. Kimyəvi cəhətcə pambıq, demək olar xalis sellülozdan ibarətdir.

Toxuculuq istehsalında uzun pambıq xüsusilə yüksək qiymətləndirilir, çünki bundan nazik iplik və deməli nazik, yüksək keyfiyyətli parça istehsal etmək mümkün olur.

Pambığın keyfiyyəti ciddi yaxşılaşmış və yaxşılaşmaqdadır. Qısalifli pambıq (28 mm-ə qədər) əvəzində hazırda ortalifli (28–34 mm) və uzunlifli pambıq (35 mm-dən yuxarı) becərilir.

Kətan, floema adlanan liflərin bir növündən ibarət olaraq bitki gövdəsindən floema hisəsindən alınır. Bu liflər çubuqlu kətan gövdəsinin emalı nəticəsində əldə edilir.

Texniki kətan lifi, yəni bitkinin gövdəsindən alınan lif çoxlu miqdarda iy formalı elementar liflərdən ibarətdir, həmin elementar liflər pektin adlanan maddə vasitəsilə bir-birinə yapışmış olur və pektin maddəsi özü isə sellüloza kimi karbohidratlar sırasına aiddir. Texniki kətan lifinin uzunluğu 30–90 sm, elementar lifin uzunluğu isə 14–100 mm təşkil edir. Texniki kətan lifləri xüsusi mexaniki, yaxud kimyəvi emal vasitəsilə elementar liflərə ayrıla bilər. Beləliklə, əldə edilən liflərə pambıqtəhər lif deyilir.

Kətan lifi də pambıq lifi kimi sellülozdan ibarətdir, lakin kətan lifinin tərkibində digər maddələr məsələn, liqnin, yağ, muma bənzər və digər maddələr nisbətən çox olur.


Yüklə 34,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin