Fənn: Ümumi yerşünaslıq. Mövzu 2: Yerin Günəş sistemində mövqeyi. Plan: Qalaktika haqqında



Yüklə 51,96 Kb.
səhifə3/5
tarix07.01.2024
ölçüsü51,96 Kb.
#202887
1   2   3   4   5
leksiya-2 (1)

3.Planetlərarası son tədqiqatlar.
Mars. ABŞ-ın MAVEN layihəsi 18 noyabr 2013-cü ildə işə başlayıb, 2 il ərzində Marsda tədqiqatlar üçün yaradılmışdır, Kyuriositi marsoxodu (26 noyabr 2011 ildə Marsa göndərilib.) 2 ildir ki, Marsda işləyir. Tədqiqatlar göstərmişdir ki, 3,5 mlrd. il əvvəl Marsda dənizlər və çaylar olmuşdur, planetin səthi yarım km dərinlikdə okean ilə örtülmüşdür. Mars planeti Yerdə olduğundan 1000 dəfə qalın karbon qazı ilə örtülü olduğundan planet kifayət qədər istiliyə malik olmuşdur. Sonra həm karbon qazı, həm də su buxarlanıb yox olmuşdur. Kaliforniya Universitetinin professoru Devid Berkliyə görə onlar” ya yuxarı buxarlanmış, ya da aşağı (planetin təkinə) enmişlər”.
Venera. Hal-hazırda Venera planetində fiziki şərait ekstremal olaraq “parnik effektindən” ibarətdir, t-+4700S təşkil edir, bu onu göstərir ki, elmə məlum olan bakteriya və mikroorqanizmlərin heç biri burada yaşaya bilməz. Veneranın atmosferi sulfat turşusundan ibarət olub atmosfer təzyiqi Yerdəkindən 90 dəfə çoxdur.
Ay. Yerin forma və böyüklüyü onun səthində istiliyin ekvatordan hər iki qütb istiqamətində zonal paylanması öz cazibə qüvvəsi ilə peyki olan Ayı və ətrafındakı qaz təbəqəsini saxlamağa imkan verir. Ay öz oxu ətrafında tam dövrəni 29,5 Yer sutkasına başa vuvrur ki, nəticədə Ayda gecə-gündüzün növbələşməsi baş verir. Ay həm də Yer planeti ətrafında 1 km/san sürətlə hərəkət edir. 28 sutka 13 saat müddətində tam dövr edir. Lap qədim zamanlardan insanlar bu təkrarlanmanı öyrənmiş və “qəməri təqvimi” yaratmışlar. Ayın mənşəyi haqda bir sıra fərziyyələr vardır. Şmidt və onun davamçılarının Ay və Yer soyuq kosmik qaz və toz hissəciklərinin kütləsinin birləşməsi və sıxlaşması nəticəsində eyni vaxtlarda əmələ gəlmişdir. Süni peyklər və Ay səthinə endirilmiş aparatlar vasitəsi ilə onun onun səthinə yaxın məsafədə nazik atmosferin olduğu qeydə alınmışdır. O, tərkibinə görə yerdəki atmosferdən fərqlənir. Əsasən Hidrogen və Neon qazlarından ibarətdir. Canlıların yaşaması üçün yararlı deyil. Ay işıq saçmır. O, ya bilavasitə ya da Yer atmosferindən əks olunan Günəş şüaları ilə işıqlanır. Ayın eyni yarısı həmişə işıqlı olur və Ay müxtəlif şəkildə görünür. Səbəbi odur ki, Ay həm öz oxu ətrafında, həm Yer ətrafında, həm də Yerlə birlikdə Günəşin ətrafında fırlanır. Yer, Ay və Günəşin fəzadakı mövqeyi və hərəkəti arasıda cüzi uyğunsuzluq, Günəş və Ay tutulmasına səbəb olur. Yer kürəsi Günəşlə Ayın arasında olduqda, Ay tutulması, Ay Yer ilə Günəş arasında olduqda, günəş tutulması baş verir. Ayın ətrafında sıx atmosfer olmadığı üçün, havanın tempraturu gündüzlər +130 dərəcəyə qədər qalxır, gecələr isə -(150-170)0C -ə enir. Ayın 40 % ni dəniz və göllər tutur. Ayın yerdən görünməyən tərəfinin fotoşəkillərini 1959-cu ildə LUNA-3 stansiyası çəkmişdir. 1966-cı ildə LUNA-9 stansiyası Ay səthinə enmişdir. 1967-ci ildə Ayın ilk qlobusu təyin edildi. 1969-cu ildə amerikalı Nil Armstronq APALON-2 kosmik gəmisi ilə ilk dəfə Ay səthinə qədəm basmışdır. Məlum olmuşdur ki, Ayın səthində 10 km qalınlığında yüngül süxurlar, dərində isə bərk tərkibli nüvə yerləşir. Çökəkliklərdə Ay qabığının qalınlığı 60 km, dağlarda 100 km-dir. Aydan gətirilmiş süxurların tərkibi, Yerdəki bazalt süxurlarının tərkibinə bənzəyir. Yaşı 3-4 mlrd ildir. Xrom, titan, sink, xrom çoxdur, qalay, kalium, natrium azdır. Ayla Yer bir-birini güclü cəzb edirlər. Ayın cazibə qüvvəsi nəticəsində, qabarma və çəkilmə hadisəsi baş verir. Bu zaman Yerin atmosferi, dayaz su təbəqəsini özünə tərəf qabardır.
Neptun. Neptunun tədqiqi Voyager 2 tərəfindən aparılmış (1989),müəyyən edilmişdir ki, Neptun qaz nəhəngi olaraq,bərk səthə malik olmadığından buraya aparat endirmək ehtimalı çox azdır.

Yüklə 51,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin