Fənn: Ümumi yerşünaslıq. Mövzu 2: Yerin Günəş sistemində mövqeyi. Plan: Qalaktika haqqında



Yüklə 51,96 Kb.
səhifə2/5
tarix07.01.2024
ölçüsü51,96 Kb.
#202887
1   2   3   4   5
leksiya-2 (1)

Günəş sistemi.
Nəhəng səma cisimləri onlara yaxın yerləşən nisbətən kiçik səma cisimlərini (planetləri, meteroidləri) öz ətrafında toplayaraq müəyyən sistemlər yaradır. Bunlardan biri də Günəş sistemidir.
2) Günəş sisteminə 9 planet, 33 peyk, 1 neçə min asteroid, komet, meteroidlər daxildir. Planetlər ulduzların şüaları ilə işıqlanan soyuq səma cisimləridir. Günəş sisteminə daxil olan planetlər ondan uzaqlığına görə aşağıdakı kimi yerləşir: Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran, Neptun, Pluton. Planetlərin ətrafında hərəkət edən kiçik səma cisimləri peyk adlanır. Yerin peyki Aydır. Marsın 2, Yupiterin 13, Saturunun 10, Uranın 5, Neptunun 2 peyki var.
Asteroidlər formasız, bərk maddələrdən ibarət qırıntılardır. Planetlərin hərəkəti istiqamətində dövr edirlər. Ən çox asteroid Yupiterlə Saturun arasında cəmlənmışdir. Meteroidlərin asteroidlərin parçalanması nəticəsində yaranması fərz edilir. Onların tərkibi Yerdə mövcud olan minerallara uyğun gəlir. Güman edilir ki, gün ərzində yerə doğru 10 mlrd meteroid hərəkət edir. Lakin bir qismi kosmosda yanaraq, kosmik toza çevrilir. İldə 34-40 mln. ton meteroid parçaları yerə düşür. Güclü zərbə ilə yerə düşən bu səma cisimləri yer səthində dairəvi meteroid krateri yaradırlar. Hazırda 170 belə nəhəng krater mövcuddur. Meteroidlərin yerə düşdüyü kraterlərdə, almaz metal və s. daşlara rast gəlinir.
Planetlər günəşdən uzaqlığına görə, böyüklüyünə görə, kimyəvi tərkibinə görə, kütlələrinin sıxlığına, fırlanma dövrünə görə 2 qrupa ayrılır: daxili və xarici. Günəş sisteninə daxil olan planetlər və onların peykləri həm öz oxları ətrafında, həm də günəş ətrafında fırlanır.Yer Günəşdən olan uzaqlığına görə 3-cü, kütləsinə görə isə 5-ci yeri tutur. Yer qrupu planetlər arasında ən böyüyüdür. Marsla Venera arasında yerləşir. Yerdə biosferin inkişafı üçün həlledici fakt odur ki, Günəş təkdir, qoşa ulduz deyildir, bu orbitin bütün nöqtələrində planetin eyni dərəcədə qızmasını təmin edir.
Planetlər fiziki xassələrinə görə iki qrupa bölünür:
1) Yer tipli planetlər-Merkuri, Benera, Yer və Mars;
2) nəhəng planetlər-Yupiter, Saturn, Uran və Neptun;
Bu qruplardan kənarda qalan, az öyrənilmiş Pluton.
Yer tipli planetlər ağır elementlərdən ibarətdir, bərkdir, xeyli böyük kütləyə malikdir,lakin ölçüləri böyük deyildir. Nəhəng planetlərin ölçüsü çox böyük, orta sıxlığı nisbətən azdır.



Yüklə 51,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin