FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə107/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   103   104   105   106   107   108   109   110   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
80


 
Fiziki  şəxslərdən  gəlir  vergisinin  tutulmasının  bir  prinsipi  də 
vətəndaşların  ayrı-ayrı  kateqoriyalarına  verilən  və  mühüm  sosial 
məsələlərin  həllinə  yönəldilən  məqsədli  vergi  güzəştləridir.  İqtisadi 
cəhətdən  inkişaf  etmiş  ölkələrin  əksəriyyətində  fiziki  şəxslərin 
gəlirlərinin  vergiyə  cəlb  edilməsi  demək  olar  ki,  elə  bu  prinsiplər 
əsasında qurulmuşdur. 
 
Dünyanın bütün ölkələrində bu vergi növünün geniş yayılması bir 
sıra  amillərlə  bağlıdır.  Bu  verginin  əsas  üstünlüyü  ölkənin  əmək 
qabiliyyətli  bütün  əhalisinin  onun  potensial  ödəyicisi  olmasındadır. 
Digər  tərəfdən  isə  bütün  bərabər  şərtlər  daxilində  vergi  orqanları 
tərəfindən  ona  nəzarət  edilməsi  daha  asandır  və  ondan  yayınma  halları 
xeyli  mürəkkəbdir.  Gəlir  vergisinin  bu  xüsusiyyətləri  onun  şkalasının 
qurulması,  vergiyə  cəlb  edilməyən  minimumun  məbləğinin  və  vergi 
güzəştlərinin təyin edilməsi məsələlərində ölkənin qanunvericilik və icra 
orqanlarının üzərinə böyük iqtisadi və sosial məsuliyyət qoyur. 
 
İqtisadi  cəhətdən  inkişaf  etmiş  ölkələrin  büdcə  gəlirlərinin  böyük 
hissəsi  gəlir  vergisi  hesabına  formalaşdığı  halda,  bizim  ölkəmizdə  bu 
vergi  hakim  mövqe  tutmur.  Son  illərdə  respublika  büdcəsinə  vergi 
daxilolmalarında  bu  verginin  xüsusi  çəkisi  təqribən  16-17  faiz  təşkil 
edir. 
 
Ölkəmizdə  büdcə  gəlirlərinin  formalaşmasında  fiziki  şəxslərin 
gəlir vergisinin payının iqtisadi cəhətdən inkişaf etmiş ölkələrə nisbətən 
aşağı  olmasının  iki  əsas  səbəbi  vardır.  Birincisi,  ölkə  əhalisinin  böyük 
əksəriyyətinin  gəlirlərinin  səviyyəsi  inkişaf  etmiş  ölkələrin  əhalisinin 
gəlirlərinə nisbətən xeyli aşağıdır. İkinci əsas səbəb isə yüksək gəlirlərin 
vergidən gizlədilməsidir. 
 
Rezident 
və 
qeyri-rezident 
fiziki 
şəxslər 
Azərbaycan 
Respublikasında gəlir vergisinin ödəyiciləri hesab olunurlar. 
 
 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin