Respublikasının Milli Qəhrəmanlarının gəlir vergisindən qismən azad
edilməsi nəzərdə tutulur. Bəzi ölkələrin qaunvericiliyi müəyyən müddət
ərzində kiçik müəssisələrin, xarici investisiyalı müəssisələrin bəzi
vergilərdən qismən və ya tamamilə azad edilməsini nəzərdə tutur.
2. Vergitutma obyektinin vergi ödəməkdən qismən və ya tamamilə
azad edilməsi. Məsələn, bir sıra ölkələrdə investisiyaya yönəldilmiş
mənfəət vergidə tam və ya qismən azad edilir. Azərbaycan
Respublikasında kənd təsərrüfatı məhsulları istehsalından əldə edilən
gəlir vergidən azaddır.
3. Zərərin keçirilməsi. Məsələn, Azərbaycan Respublikasında
müəssisənin gəlirlərdən çıxılmasına yol verilən xərclərinin gəlirdən artıq
olan hissəsi üç ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə
məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya
edilir.
4. Obyektin vergiyə cəlb olunmayan minimal hissəsinin təyin
ediməsi.
5. Vergi dərəcələrinin azaldılması. Məsələn, Azərbaycan
Respublikasının Vergi Məcəlləsinə əsasən əlillərin ictimai təşkilatlarına
məxsus olan, işçilərinin ən azı 50 faizi əlillərdən ibarət olan istehsal
müəssisələrinin mənfəət vergisinin dərəcəsi 50 faiz azaldılır.
6. Mülkiyyət formasından asılı olaraq verilən güzəştlər. Məsələn,
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən büdcə təşkilatları
əmlak vergisini ödəməkdən azaddırlar.
Dövlət vergilərdən iqtisadiyyatın tənzimlənməsinin əsas aləti kimi
istifadə edir. Vergi güzəştlərinin məbləğini dəyişməklə o, iqtisadi
vəziyyətə təsir edə bilir. Güzəştli vergitutma rejimi istehsalın
strukturuna, xalq təsərrüfatının prioritet təşkil edən sahələrinin inkişafına
güclü təsir imkanına malikdir.
Dostları ilə paylaş: