FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə101/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   97   98   99   100   101   102   103   104   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
75


 
Məsələn, Azərbaycan Respublikasında mənfəət vergisinin məbləği 
hesablanarkən  bu  iki  üsulun  istənilən  birindən,  hüquqi  şəxslərin  əmlak 
vergisi hesablanarkən isə ikinci üsuldan istifadə edilir. 
 
Azərbaycan  Respublikasının  ərazisində  vergilər  Azərbaycan 
Respublikasının pul vahidi olan manatla hesablanır və ödənilir. 
 
Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsi  vergitutmanın 
aşağıdakı formalarını nəzərdə tutur: 
 
-  bilavasitə  mənbədən  (verginin  gəlir  və  ya  mənfəət  əldə 
edilməsinədək tutulması); 
 
- bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən 
sonra tutulması); 
 
-  bildiriş  üzrə  (vergitutma  obyektinin  dəyəri  və  sahəsi  əsasında 
vergi  orqanının  və  ya  bələdiyyənin  hesabladığı  məbləğ  üçün  təqdim 
etdiyi  tədiyə  bildirişi  əsasında  vergi  ödəyicisi  tərəfindən  verginin 
ödənilməsi). 
 
Vergi  məbləğinin  bəyannamə  üzrə  tutulması  zamanı  vergi 
ödəyicisinin  üzərinə  öz  vergi  öhdəlikləri  barədə  rəsmi  sənədi  qanunla 
müəyyən vergi orqanına təqdim etmək vəzifəsi qoyulur. Məsələn, əlavə 
dəyər vergisi, mənfəət vergisi bəyannamə üzrə tutulur. 
 
Bildiriş  üzrə  vergitutma  formasında  isə  vergi  orqanı  və 
bələdiyyələrin  uyğun  bölmələri  vergi  ödəyicisinin  ödəməli  olduğu 
verginin  məbləğini  hesablayır  və  onun  ödənilməsi  üçün  vergi 
ödəyicisinə tədiyə bildirişi təqdim edirlər. Məsələn, fiziki şəxslər əmlak 
vergisini bildiriş üzrə ödəyirlər. 
 
Qeyd  edildiyi  kimi,  vergi  mənbəyi  elə  bir  ehtiyatdır  ki,  vergi 
ödəyicisi  onun  hesabına  vergiləri  ödəyir.  Aşağıdakı  vergi  mənbələri 
mövcuddur: 
 
- əlavə dəyər (əlavə dəyər vergisi üçün); 
 
- idxal (gömrük rüsumu üçün); 
 
- əmlak (əmlak vergisi üçün); 
 
- torpaq sahəsi (torpaq vergisi üçün) ; 
 
-  müəssisənin  mənfəəti  (müəssisə  və  təşkilatların  mənfəət  vergisi 
üçün); 
 
- məcmu gəlir (fiziki şəxslərin gəlir vergisi və digər bütün vergilər 
üçün). 
 
Bir  sıra  hallarda  qanunvericilik  mükafatı,  dividend  və  başqa  növ 
gəlirləri  ödəyən  təşkilatların  üzərinə  vergi  ödəyicilərinin  əvəzində 
vergiləri  hesablamaq,  tutmaq  və  büdcəyə  ödəmək  vəzifəsini  qoyur.  Bu 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin