FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə102/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   98   99   100   101   102   103   104   105   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
76


şəxslər  ödəniş  mənbəyi  hesab  olunur.  Ödəniş  mənbəyi  və  gəlir 
mənbəyi anlayışlarını bir-birindən fərqləndirmək lazımdır. 
 Gəlir  mənbələri  iki  cür  ola  bilər:  passiv  gəlir  mənbələri  və  aktiv 
gəlir  mənbələri.  Passiv  gəlir  mənbəyi  dedikdə,  şəxsə  gəlir  gətirən 
aktivlər başa düşülür, məsələn, əmlak, qiymətli kağızlar və s. 
 Aktiv  gəlir  mənbəyi  dedikdə  isə  bilavasitə  işlərin  yerinə 
yetirilməsi,  xidmətlərin  göstərilməsi,  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul 
olmaq və s. başa düşülür. 
 Beləliklə, gəlir mənbəyi – gəlir gətirən fəaliyyət və ya aktivlərdir. 
Ödəniş  mənbəyi  isə  -  müəyyən  məbləği  digər  şəxsə  faktiki  olaraq 
ödəyən şəxsdir. 
 Öz adından və vergi ödəyicisinin hesabına vergi ödəyərkən ödəniş 
mənbəyi vergi agenti rolunda çıxış edir. 
 
Aşağıdakı  hallarda  ödəmə  mənbəyində  vergilərin  tutulması 
üsulundan istifadə edilir: 
 
-  fiziki  şəxslərə  gəlir  ödənilərkən,  ödəniş  mənbəyi  gəlir  vergisini 
tutmalı və onu büdcəyə köçürməlidir; 
 
-  təşkilatlar  səhmlərə  görə  dividend,  qiymətli  kağızlara  görə 
faizlər, pay iştirakına görə gəlir ödəyərkən, bu gəlirlərdən vergi tutmalı 
və büdcəyə köçürməlidirlər. 
 
Vergi ödəyicisinin vergi ödəmək vəzifəsi vergilərin ödənilməsi ilə 
başa  çatır.  Buna  görə  də  vergilərin  ödənilmə  anının  müəyyən  edilməsi 
mühüm əhəmiyyət kəsb edir. Vergilərin ödənildiyi günlər aşağıdakılar 
hesab olunurlar: 
- nağd yolla ödəniş zamanı – pulun kassaya keçirildiyi gün; 
 
- kredit  müəssisəsi və ya poçtla pul köçürülərkən – pulun poçt və 
ya kredit müəssisəsinə keçirildiyi gün; 
 
-  vergi  ödəyicisinin  hesablaşma  hesabından  pul  köçürülərkən  – 
ödənilən  məbləğin  vergi  ödəyicisinin  hesablaşma  hesabından  silindiyi 
gün.  
 
 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin