FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə103/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   99   100   101   102   103   104   105   106   ...   179
Vergilər Və Vergitutma

5. Vergi güzəştləri 
 
 
İstənilən  dövlətin  vergi  siyasətində  vergi  güzəştləri  mühüm  yer 
tutur.  Vergi  güzəşti  vergitutma  obyekti  mövcud  olan  zaman  vergi 
qanunvericiliyinin  vergi  ödəyicisinə  vergini  ödəməkdən  tam  və  ya 
qismən azad olmaq üçün təqdim etdiyi müstəsna imkandır. 
KitabYurdu.az 
77


 
Bununla  əlaqədar  olaraq  vergi  güzəştlərinin  müstəsna  xarakter 
daşıması  mühüm  əhəmiyyət  kəsb  edir.  Vergi  güzəşti  həmişə  nəzərdə 
tutur ki, vergitutmanın ümumi qaydaları ilə yanaşı olaraq, həm də vergi 
ödəyiciləri  üçün  vergi  ödənişlərinin  həcmini  azaltmağa  və  ya  onu 
yüngülləşdirməyə  imkan  verən  qaydalar  da  mövcuddur.  Vergi 
ödəyiciləri 
vergitutmanın 
güzəştli 
qaydalarından 
vergi 
qanunvericiliyinin  nəzərdə  tutduğu  müəyyən  ciddi  şərtlət  daxilində 
istifadə edə bilərlər. 
 
Vergi güzəştlərinin aşağıdakı növləri var: 
-  istisnalar; 
-  çıxımlar; 
-  vergi krediti. 
İstisnalar  ayrı-ayrı  vergitutma  obyektlərinin  vergidən  azad 
edilməsinə  yönəldilmiş  vergi  güzəştləridir.  Fəaliyyət  müddətinə  görə 
onlar  daimi  (qanunvericiliklə  nəzərdə  tutulan)  və  müvəqqəti  (məsələn, 
cari  maliyyə  ili  üçün  büdcə  haqqında  Qanunda  nəzərdə  tutulan)  ola 
bilərlər.  
Çıxımlar  –  vergitutma  bazasının  azaldılmasına  yönəldilmiş 
güzəştlərdir.  Çıxımlar  ümumi  (bütün  vergi  ödəyiciləri  üçün)  və  xüsusi 
(konkret təsərrüfat subyektləri üçün) ola bilərlər. 
Vergi  krediti  –  vergi  dərəcəsinin  və  ya  məcmu  verginin 
azaldılmasına yönəldilmiş güzəştlərdir. 
Vergi güzəştlərini aşağıdakı kimi təsnifləşdirmək olar. 
-  ayrı-ayrı subyektlərə verilən güzəştlər; 
-  obyektə verilən güzəştlər; 
-  vergi dərəcələri üzrə güzəştlər;  
-  müddət üzrə güzəştlər. 
Bu  zaman  nəzərə  almaq  lazımdır  ki,  birinci  qrup  güzəştlər  bütün 
vergi  ödəyiciləri  arasında  yalnız  müəyyən  subyektlərə  verilir.  Vergi 
ödəyiciləri  üçün  bu  cür  güzəştin  verilməsi  üsulu  müxtəlif  ola  bilər, 
məsələn,  bəzi  vergi  subyektlərinə  vergi  tətillərinin  verilməsi,  vergi 
dərəcələrinin aşağı salınması, verginin ödənilmə  müddətinin uzadılması 
və  s.  Vergi  güzəştlərinin  qalan  üç  növü  isə  bütün  vergi  ödəyicilərinə 
bərabər şərtlər daxilində aid edirlər. 
Yuxarıda  göstərilən  vergi  güzəştləri  aşağıdakı  formalarda  verilə 
bilər: 
1. Müxtəlif kateqoriyalı şəxslərin vergi ödəməkdən azad edilməsi. 
Məsələn, Azərbaycan Respublikasının Vergi Məcəlləsində Sovet İttifaqı 
Qəhrəmanlarının,  Sosialist  Əməyi  Qəhrəmanlarının,  Azərbaycan 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin