Bildirişlər – hesablanmış vergilərin məbləği və ödəniş müddəti
barədə məlumatı özündə əks etdirən, vergi ödəyicisinə göndərilən
sənədlərdir. Bu sənədlərə fiziki şəxslərin torpaq və əmlak vergilərinin
hesablanması barədə Tədiyyə bildirişini, həmçinin vergi orqanı
tərəfindən vergilər hesablandıqda, yenidən hesablandıqda, vergi öhədliyi
müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə vergi ödəyicisinə
göndərilən bildirişləri aid etmək olar.
Dostları ilə paylaş: