məhsulun yenidən bölüşdürülməsi) münasibətlər sistemi formalaşmağa
başlayır.
Ümumi daxili məhsulun yenidən bölüşdürülməsinin əsas üsulu
onun müəyyən bir hissəsinin öz maliyyə ehtiyatlarını formalaşdırmaq
üçün dövlət tərəfindən birbaşa olaraq alınmasıdır. Elə bu da
vergitutmanın iqtisadi mahiyyətini təşkil edir.
I
a b d
II
Ümumi daxili məhsulun yenidən bölüşdürülməsi.
Burada
a, b, d – yenidən bölüşdürücü münasibətlər;
I – dövlət büdcəsi;
II – ümumi daxili məhsulun ilkin bölüşdürülməsi
Dövlətin xeyirinə ümumi daxili məhsulun yenidən bölüşdürülməsi
ictimai istehsalın iki iştirakçısı arasında həyata keçirilir: işləyənlərdən
gəlir vergisi formasında və təsərrüfat subyektlərindən mənfəət vergisi,
əlavə dəyər vergisi və s. formasında.
Müəyyən vergilər müəssisənin xərclərinin tərkibinə daxil
edildiyindən istehsal xərcləri kimi onları da sabit və dəyişən vergi
xərclərinə ayırmaq olar. Sabit vergi xərcləri məhsul (yerinə yetirilmiş
işin, göstərilmiş xidmətin) həcmindən asılı olmur. Məsələn, əmlak
vergisinin, torpaq vergisinin həcmi sabit vergi xərcləridir. Dəyişən vergi
xərclərinin həcmi isə məhsulun (yerinə yetirilən işin, göstərilən
xidmətin) həcminə mütənasib olaraq dəyişir. Dəyişən vergi xərclərinə
misal olaraq əlavə dəyər vergisinin, mənfəət vergisinin və s.-in həcmini
göstərmək olar.
Artıq qeyd edildiyi kimi heç bir dövlət vergi tutmadan mövcud ola
bilməz. Kommunizm iqtisadiyyatının banisi K.Marksın yazdığı kimi
Dostları ilə paylaş: