vergilərin elastiklik əmsalı vahidə bərabər olmuşdur. Əgər bu əmsalın
qiyməti vahiddən böyükdürsə, deməli, vergi gəlirləri ümumi milli
məhsula nəzərən daha yüksək surətlə artır. Bu o deməkdir ki, ümumi
milli məhsulda vergi daxilolmalarının xüsusi çəkisi yüksəlir. Əgər bu
əmsalın qiyməti vahiddən kiçikdirsə, deməli, ümumi milli məhsulda
vergi daxilolmalarının xüsusi çəkisi azalır.
İstənilən iqtisadi subyektin fəaliyyətinin aşağıdakı üç əsas
istiqaməti bir-birindən fərqləndirilir:
- təsərrüfat;
- maliyyə;
- investisiya.
İqtisadi subyektin fəaliyyətinin təsərrüfat istiqaməti gəlir əldə
etmək üçün əsas fəaliyyət növünün həyata keçirilməsidir. Əksər
təşkilatlar üçün bu istiqamət prioritet təşkil edir.
İqtisadi subyektin fəaliyyətinin maliyyə istiqaməti – faiz, icarə
haqqı, lizinq ödənişi və s. şəkildə gəlir əldə etmək məqsədi ilə qiymətli
kağızlarla, əmlakla, pul vəsaitləri ilə və digər aktivlərlə əməliyyatların
həyata keçirilməsidir.
İqtisadi subyektin fəaliyyətinin
investisiya istiqaməti dividendlər,
paylar, faizlər və s. şəkildə gəlir əldə etmək məqsədi ilə digər iqtisadi
subyektlərin fəaliyyətində və layihələrin həyata keçirilməsində iştirak
üzrə əməliyyatların həyata keçirilməsidir.
İqtisadi subyektin fəaliyyətinin baxılan hər bir istiqamət üzrə
hesabat dövrünün sonuna yekunu maliyyə nəticəsidir, yəni mənfəət və
ya zərərdir. Bundan başqa hər bir istiqamətin həyata keçirilməsi
prosesində vergitutmaya cəlb olunan digər göstəricilər də, məsələn,
satışdan əldə olunan vəsait, əmək haqqı fondu və s. də yaranır. Vergi
güzəştlərinin olub-olmamasından asılı olaraq iqtisadi subyektin
bəzilərində belə göstəricilərin sayı çox, digərlərində isə az ola bilər.
Ancaq istənilən halda iqtisadi subyektin rəhbərliyi ödənilməli olan
vergilərin həcmini minimallaşdırmağa çalışacaq. Bu proses isə iqtisadi
subyektin vergi yükünün qiymətləndirilməsindən başlayır.
Elmi
ədəbiyyatda
iqtisadi
subyektin
vergi
yükünün
qiymətləndirilməsinin bir sıra üsulları var.
Dostları ilə paylaş: