FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə40/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   36   37   38   39   40   41   42   43   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
29


3. Vergi yükü və onun hesablanması üsulları 
 
 
Optimal  şəkildə  qurulmuş  vergi  sistemi  bir  tərəfdən  dövlətin 
maliyyə vəsaitlərinə olan tələbatını təmin etməli, digər tərəfdən isə vergi 
ödəyicisinin  sahibkarlıq  fəaliyyətinə  olan  marağını  nəinki  azalrmamalı, 
onu  hətta  təsərrüfatçılığın  səmərəliliyini  yüksəltmək  üçün  daim  yollar 
aramağa  sövq  etməlidir.  Buna  görə  də  vergi  yükü  göstərici  ölkənin 
vergi sisteminin keyfiyyət ölçüsüdür. 
 
Məlum  olduğu  kimi,  vergi  ödəyicisinin  üzərinə  düşən  vergi 
yükünün  artması  nəticəsində  əvvəlcə  vergi  sisteminin  səmərəliliyi 
yüksəlir və öz maksimumuna çatır, sonra isə kəskin surətdə aşağı düşür. 
Bu zaman büdcə sisteminin itkilərinin yeri doldurulmaz olur, çünki vergi 
ödəyicilərinin  müəyyən  hissəsi  ya  müflisləşir,  ya  da  öz  fəaliyyətini 
dayandırır,  digər  hissəsi  isə  ödəməli  olduqları  vergilərin  məbləğinin 
minimallaşdırılmasının  qanuni  və  ya  qeyri-qanuni  yolunu  tapırlar. 
Sonradan  vergi  yükünün  səviyyəsi  aşağı  salındıqda  belə  dağılmış 
istehsalı  bərpa  etmək  üçün  illər  tələb  olunur.  Bundan  başqa,  vergidən 
yayınmanın  real  yolunu  tapan  vergi  ödəyicisi  vergi  yığımlarınının 
əvvəlki  səviyyəsi  bərpa  olunduqda  belə  vergiləri  tam  həcmdə 
ödəməyəcək. 
 
Buna  görə  də  vergi  yükünün  optimal  səviyyəsinin  müəyyən 
edilməsi  problemi  inkişaf  səviyyəsindən  asılı  olmayaraq  istənilən 
ölkənin vergi sisteminin qurulması və təkmilləşdirilməsində mühüm rol 
oynayır.  
 
Beynəlxalq  vergitutma  təcrübəsi  göstərir  ki,  vergi  ödəyicilərindən 
tutulan  vergilər  onun  məcmu  gəlirinin  30-40  faizindən  çox  olduqda 
iqtisadi  fəallığın  səviyyəsi  aşağı  düşür,  ölkə  iqtisadiyyatına  qoyulan 
investisiyaların həcmi azalır, ölkədəki biznes mühiti öz cazibərdarlığını 
itirir.  Bununla  əlaqədar  olaraq  dövlətin  vergi  siyasəti  vergi  yükünün 
optimal səviyyəsinə nail olmağa yönəldilməlidir. 
 
Lakin  bir  çox  ölkələrdə  vergi  yükü  göstəricisinin  kəmiyyəti 
yüksəkdir.  Məsələn,  İsveçdə  vergi  sistemi  elə  qurulmuşdur  ki,  vergi 
ödəyiciləri  özlərinin  gəlirlərinin  50%  və  daha  artıq  hissəsini  dövlət 
xəzinəsinə  ödəyirlər.  Bu  heç  də  onların  istehsalın  inkişafına  marağını 
azaltmır. Burada heç bir paradoks yoxdur. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin