Belə ki, başqa ölkələrdə vergi ödəyicilərinin öz gəlirləri hesabına
həll etdikləri sosial xarakterli problemləri bu ölkələrdə dövlət öz
vəsaitləri hesabına həll edir. Bu isə ağır vergi yükündən narazılığın
qarşısına sədd çəkir və maraqlar balansı gözlənilmiş olur.
Adətən tez-tez fikir irəli sürülür ki, vergi yükü göstəricisinin
səviyyəsi nə qədər aşağıdırsa, iqtisadiyyat daha surətlə və dinamik
inkişaf edir. Lakin digər tərəfdən nəzərə almaq lazımdır ki, vergi yükü
dövlətin öz normal fəaliyyətini təmin edə biləcək həcmdə vergilərin
büdcəyə daxil olmasını təmin etməlidir.
Vergi yükünün hesablanmasına müxtəlif yanaşmalar mövcuddur.
Praktikada ən ümumi şəkildə vergi yükü vergi daxilolmalarının
cəminin ümumi daxili məhsulun həcminə nisbətinin faizlə ifadəsi kimi
təyin olunur.
Başqa sözlə V
K = ─── ×100%
YDM
burada K – vergi yükü;
YDM – ümumi daxili məhsul;
V – vergi daxilolmalarının həcmi.
Müəyyən iqtisadi amillərin vergi daxilolmalarının həcminə təsirini
xarakterizə etmək üçün makroiqtisadiyyatda vergilərin
elastiklik əmsalı adlanan göstəricidən istifadə olunur. Bu əmsal
aşağıdakı düsturla hesablanır:
∆X ∆Y
E = ─── * ───
X Y
burada E – elastiklik əmsalı;
X – vergi daxilolmalarının ilkin səviyyəsi;
∆X – vergi daxilolmalarının artımı;
Y – təsiri öyrənilən amilin kəmiyyəti;
∆Y – təsiri öyrənilən amilin artımı.
Vergilərin elastiklik əmsalı göstərir ki, müəyyən amilin 1 faiz
dəyişməsi nəticəsində vergi daxilolmalarının həcmi neçə faiz dəyişəcək.
Bu əmsalın qiyməti vahiddən böyük, kiçik və ona bərabər ola bilər. Əgər
vergilərin elastikliyi əmsalın ümumi milli məsula nəzərən təyin olunursa
və onun qiyməti vahidə bərabərdirsə, bu o deməkdir ki, ümumi milli
məhsula nisbətən dövlətin vergi gəlirlərinin payı sabit qalır. Məsələn,
AFR-də son iyirmi il ərzində ümumi milli məhsula nəzərən bütün
Dostları ilə paylaş: