səmərəliliyinin yüksəldilməsi sayəsində mənfəət artımının təmin
olunmasına istiqamətləndirir. Bu zaman istehsal məsrəflərinin
azaldılması yox, əmək məhsuldarlığının yüksəldilməsi daha təsirli olur.
Əmək haqqına hesablanmış vergilər dedikdə Dövlət Sosial Müdafiə Fonduna əmək haqqı fondundan ayırmalar başa düşülür.
Bu verginin məbləği yalnız işçilərin əmək haqqının kəmiyyətindən asılı
olduğu üçün fiziki şəxslərin gəlir vergisinə oxşardır. Bu ayırmaların
müəyyən hissəsi əməkdaşlar tərəfindən, müəyyən hissəsi isə müəssisə
tərəfindən ödənilir. Müxtəlif ölkələrdə bu nisbət müxtəlifdir. Məsələn,
Azərbaycan
Respublikasında Dövlət Sosial Müdafiə Fonduna
ayırmaların 2 faizi əməkdaşlar tərəfindən, 27 faizi isə müəssisə
tərəfindən ödənilir.
Əmək haqqına hesablanan vergilər mənfəətin məbləğini aşağıdakı
kimi azaldır:
M = W – Z – A – Ə - S