Bununla əlaqədar olaraq vergi güzəştlərinin müstəsna xarakter
daşıması mühüm əhəmiyyət kəsb edir. Vergi güzəşti həmişə nəzərdə
tutur ki, vergitutmanın ümumi qaydaları ilə yanaşı olaraq, həm də vergi
ödəyiciləri üçün vergi ödənişlərinin həcmini azaltmağa və ya onu
yüngülləşdirməyə imkan verən qaydalar da mövcuddur. Vergi
ödəyiciləri
vergitutmanın
güzəştli
qaydalarından
vergi
qanunvericiliyinin nəzərdə tutduğu müəyyən ciddi şərtlət daxilində
istifadə edə bilərlər.
Vergi güzəştlərinin aşağıdakı növləri var:
- istisnalar;
- çıxımlar;
- vergi krediti.
İstisnalar ayrı-ayrı vergitutma obyektlərinin vergidən azad
edilməsinə yönəldilmiş vergi güzəştləridir. Fəaliyyət müddətinə görə
onlar daimi (qanunvericiliklə nəzərdə tutulan) və müvəqqəti (məsələn,
cari maliyyə ili üçün büdcə haqqında Qanunda nəzərdə tutulan) ola
bilərlər.
Çıxımlar – vergitutma bazasının azaldılmasına yönəldilmiş
güzəştlərdir. Çıxımlar ümumi (bütün vergi ödəyiciləri üçün) və xüsusi
(konkret təsərrüfat subyektləri üçün) ola bilərlər.
Vergi krediti – vergi dərəcəsinin və ya məcmu verginin
azaldılmasına yönəldilmiş güzəştlərdir.
Vergi güzəştlərini aşağıdakı kimi təsnifləşdirmək olar.
- ayrı-ayrı subyektlərə verilən güzəştlər;
- obyektə verilən güzəştlər;
- vergi dərəcələri üzrə güzəştlər;
- müddət üzrə güzəştlər.
Bu zaman nəzərə almaq lazımdır ki, birinci qrup güzəştlər bütün
vergi ödəyiciləri arasında yalnız müəyyən subyektlərə verilir. Vergi
ödəyiciləri üçün bu cür güzəştin verilməsi üsulu müxtəlif ola bilər,
məsələn, bəzi vergi subyektlərinə vergi tətillərinin verilməsi, vergi
dərəcələrinin aşağı salınması, verginin ödənilmə müddətinin uzadılması
və s. Vergi güzəştlərinin qalan üç növü isə bütün vergi ödəyicilərinə
bərabər şərtlər daxilində aid edirlər.
Yuxarıda göstərilən vergi güzəştləri aşağıdakı formalarda verilə
bilər:
1. Müxtəlif kateqoriyalı şəxslərin vergi ödəməkdən azad edilməsi.
Məsələn, Azərbaycan Respublikasının Vergi Məcəlləsində Sovet İttifaqı
Qəhrəmanlarının, Sosialist Əməyi Qəhrəmanlarının, Azərbaycan
Dostları ilə paylaş: